Lucy
LUCY
Janr: elmi fantastika, döyüş
Çəkiliş: ABŞ, 2014
Rejissor: Luc Besson
Filmdə hadisələr Tayvanda başlayır. Lucy (Scarlett Johansson) dostu Richardın təhriki ilə mafyoz qruplaşmaya bağlama çatdırdıqdan sonra bağlamanın içindəki CPH4 adı verilən narkotik maddə bu qruplaşmanın rəhbərininəmri ilə onun daxilinə yerləşdirilir. Ancaq mədəsinə aldığı zərbələr bu narkotikin Lucy'nin bədəninə yayılmasına səbəb olur, bu səbəbdən normal insanlarda 7 və bəzən 10%-inin istifadəsi mümkün olan beyin Lucy'də getdikcə daha böyük istifadə imkanına yaxınlaşır və filmin sonunda 100-ə çatır...
Beynin potensialı ilə bağlı araşdırma aparan prf. Samuel Norman (Morgan Freeman) bu hadisələrə cəlb olunur və Lucy ona beynin yuxarı istifadə potensialında nələrin yaşandığını görmək imkanı təmin edir...
Film, mənə görə, mövzusundan fərqli istiqamətdə görünəcək şəkildə başlayır... Hətta filmin ilk dəqiqələrində niyə bu filmə baxdığımı düşündüm... Bu isə qanlı səhnələrin çoxluğu ilə əlaqədar idi... Filmə baxarkən, dostumun da məsləhəti ilə " səhv axtarmağa çalışmayın...sadəcə filmin dadını çıxarın" :)... Bu məsləhətin əsas səbəbi isə mənim "belə güclü beyni varsa, niyə ingilis dilindən fərqli bir dili danışa bilmir?" sualım olmuşdu... cavabını isə filmin sonrakı dəqiqələrində tapmaq olur... Bir digər sual doğuran məqam isə lucy'nin saçlarını ani olaraq qəhvəyiyə çevirməsi zamanı yarandı... Beynin inkişafının necə fiziki fərqliliyə səbəb ola biləcəyi sualına isə, bu sahədə mütəxəssis olmadığımdan, sadəcə "dalğalar vasitəsilə" cavabını tapa bildim...
Film haqqında sevmədiyim məqamlardan biri onun döyüş, vəhşilik elementlərinin həddən artıq çox olması oldu... Bu qədər mühüm mövzusu olan bir filmdə belə səhnələrə çox yer verilməsi onun əsasının dərk olunmasında mühüm deyildi...Həmçinin sual yaranır... bu cür imkanlara malik bir insanın əlində çoxmu çətindir silahlı insanların saniyəsində öhdəsindən gəlmək?...
Beynin funksional istifadəsinin maximuma yaxınlaşması, məndə zamanda səyahətin olub-olmyacağı ilə bağlı suallar yaratdı... cavabını isə filmə baxıb görmək olar :)
Filmdə Taxi filminə və Mikelancelo'nun "Adəmin yaradılışı" əsərinə işarə də görmək olar...
Sonda deyim ki, döyüş səhnələrinin həddindən çox olması filmin maraqlı məqamlarını kölgədə qoya bilib sanki... Ancaq təkcə Morgan Freeman'ın səsini eşitməyə görə belə baxmağa dəyər :P
...
posted under
Film Review
|
0 Comments
Kaydol:
Kayıtlar (Atom)
Recent Comments