Sevgililer gününüz kutlu olsun!!!💕

Sevgililer günü nedir, nereden gelmişdir, 
ne zamandan beri kutlanıyor gibi soruların 
cevaplarını sanırım artık çoğumuz biliyoruz.
Yine de kısaca hatırlatma yapalım. 
Sevgililer Günü, her yılın 14 Şubat günü birçok 
ülkede kutlanan özel gündür ve Valentine
diye bir din adamının adına ilan edilen bir 
bayram günü olarak ortaya çıkmıştır. Romantik aşk ile Valentine arasındaki bağlantı tarihi dokümanlarda hiç geçmemektedir ve kimi tarihçilere göre sadece bir efsanedir.

      Valentine'nin onuruna kutlama günü, 14 Şubat 496 yılında Papa 
      Gelasius tarafından ilan edilmiştir.
Şimdilerde ise Valentine günü hakkındaki düşüncelerine göre insanlar 2 türe ayrılıyorlar dersem yanılmış olmam bence. Şöyle ki, bir qrup insanlar her yıl 14 şubatı sabırsızlıkla beklerken ve bir-birlerine türlü-türlü hediyeler alırken ( genellikle peruş ayılar oluyo😔 ) çeşitli kutlamalar yaparken diğer qrup insanlarsa “ya ne gerek var şimdi” “bunlar hep hediye satmak için uydurulmuş şeyler” ya da “bize her gün 14 şubat zaten” demeyi tercih ediyorlar ki bence yanılmıyorlar da J Eger ki  siz zaten bir ömür boyu birlikte olmak için bir yola baş koyduysanız, bir-birinize kalben sımsıkı baglıysanız, tektaraflı degil de karşılıklı olarak tarifi mümkünsüz duygular paylaşıyorsanız, gözlerinize baktığınızda tüm dünyayı onların içinde göre biliyorsanız, onun yanındayken kendinizi hiç olmadıgınız kadar heyecanlı ama bir o kadar da huzurlu ve tamamlanmış hiss ediyorsanız, yanınızdaki kişinin sanki sizin bir parçanız oldugunu ve geride kalan tüm yıllarınızı sadece ve sadece onunla geçirmek istediyinizi düşünüyorsanız size zaten her gün Sevgililer günüdür...Yaradanı, kendinizi, hayatı, hayat arkadaşınızı, dünyayı, her kesi ve her şeyi sevin.Sevin ki gerçek mutlulugun ne demek oldugunu anlaya bilesiniz.
"Gerçek sevgi; iyilik gördüğünde artmayan ve kötülük gördüğünde eksilmeyendir".
                                                                                                          Wolfgang Van Goethe
           


Devamını Oku

posted under | 0 Comments

Charles Maurice de Talleyrand-Périgord👀


Şarl Moris de Taleyran
Taleyran 2 fevral 1754-cü ildə Paris yaxınlığında mövcud olan Qaransyer küçəsində yerləşən evdə dünyaya göz açmışdır. Onun ailəsi Fransanın məşhur zadəgan ailələrindən idi. Atası Şarl Daniel Şalenin knyazı, Periqorun qrafı De Bovil və Mareyin baronu idi. Anası isə krallıq dövrünün saray xanımlarından idi. Onun xaç atası əmisi Aleksandr Anjelik idi ki, gələcəkdə Parisin arxiyepiskopu olacaqdı. Bir dəfə dayəsi onu skafın üstünə qoyan zaman o yıxılmışdı və sağ ayağı ciddi xəsarət almışdı. Lazım olan müalicə edilmədi və nəticədə Şarl Moris ömrünün axırına kimi şikəst qaldı. Dayəsi ilə birgə kiçik Şale şəhərinə getdilər. Burada XV Lüdovikin dövründə görkəmli saray xadimi olmuş Kolberin nəvəsi Mariya Fransuaza yaşayırdı ki, bu da onun qohumu idi."Ailəmin ilk üzvü idi ki mənə çox incəliklə yanaşır və mənə sevilməyin xoşbətliyini bəxş edirdi”- Taleyran sonradan bu qadın haqqında belə yazırdı. 1768-ci ildə 14 yaşlı gənc artiq milli zadəgan titulunu aldı. Kolleci bitirdikdən sonra işləmək lazım gəlirdi. Lakin onun çox seçimi yox idi. Hərbi karyeradan uzaqda idi. İdarəçilik sahəsində vazifəyə sahib olmaq üçün ailənin kifayət qədər pulu yox idi. Tək bir çıxış yolu qalırdı-din xadimliyi yaxud ruhanilik. Kolleci qurtardığı il Şarl Moris valideynləri tərəfindən Reymsə, əmisinin yanına göndərildi. 1774-ci ildə Sen-Sulpis seminariyasına daxil oldu. Sonrada Taleyran yazırdı ki: "Mənim bütün gəncliyim elə bir peşəyə sərf olundu ki, mən onun üçün doğulmamışdım”.Onun ən böyük arzusu dövlət işləri və politik sferada fəaliyyət göstərmək və maliyyə naziri olmaq idi. 4 illik təhsilini o 1778-ci ildə Sorbonda başa vurdu. İl yarımdan sonra din xadimi kimi fəaliyyətə başladı. 1780-ci ildən artıq onun dili ilə desək o, kilsənin "maliyyə naziri"nə çevrilmişdi. Bu isə ona dövlətin maliyyə işlərində  siyasi həyatında iştirak imkanı verirdi. Taleyran artıq inqilab ərəfəsində olan Fransanın siyasi əlaqələrində mühüm yer tuturdu. Gözəl xarici görünüşü, təhsili və ağlı ona Parisin ən valehedici kişisi simasını qazandırmışdı. 1783-cü ildə o, Adelaidu de Flao ilə tanış oldu və onların münasibəti 9 il davam etdi. Onların Şarl Jozef adlı bir oğulları oldu və o Napoleonun məşhur adyutantlarından biri oldu.1788-ci ilin 2 noyabrında kral XVI Lüdovikin əmri ilə baş rahib Taleyrana yepiskop vəzifəsi verildi.
      Taleyran deyirdi ki,Lüdoviklərin,Napaleonların özlərinə güvənmək olmaz.Lakin onların qızıl haşiyəli portretlərinə etibar etmək olar.Məzara qədər də Taleyranın həyat prinsipi belə olmuşdur.O,1790-cı ildə Milli Məclisin prezidenti seçildi.14 iyul 1790-cı ildə Bastiliyanın alınmasının 1 illiyinin qeyd olunması münasibətilə keçirilən təntənəli günü Taleyran 2 dəfə şans oyununda cek-potu qazandığı üçün xüsusilə qeyd edir.Bir müddət sonra Papa onun kilsə ilə əlaqlərini kəssə  Taleyran buna heç də məhəl qoymadı.Çünki ,əslində,papanın qərarı onun da arzuladığı bir iş oldu ki ruhanilikdən azad olmuş oldu. Diplomatiya sahəsində hökumətin ona ehtiyacı var idi.Artıq 1792-ci ilin yanvarında o Londona göndərildi ki, əgər Avropada monarxiyalar arasında müharibə başlansa bu məqamda İngiltərəni bitərəf olmağa razı etsin. Gərgin əmək sərf etməsinə baxmayaraq ingilislərin fransız səfirinə soyuq münasibətindən sonra iyulda o missiyasını tamamladı və Parisə qayıtdı.1792-ci ilin 10 avqustunda yarımminillik fransız monarxiyası devrildi.Taleyran saxta yolla pasport alaraq təcili İngltəryə qaçdı.Əgər biraz da olsa qaçmaqda geciksəydi onun başı havaya uçaçaqdı çünki bunun üçün əsaslı səbəblər var idi.Belə ki,Kralın “dəmir seyfində” Taleyranın krala irəli sürdüyü təklifləri əks etdirən 2 sənəd tapılmışdı.Beləlikə Taleyran üçün həmişəlik olmasa da uzun bir müddətlik Fransaya yol bağlanır. 1794-cü ilin yanvarında Taleyran İngiltərə hökuməti tərəfindən ölkəni tərk etmək əmri gəlir.Avropanın bütün monarxiyalarında ona şiddətli nifrət var idi və bu səbəblə Taleyran Filadelfiyaya getdi.9 termidor çevrilişindən sonra 1796-cı ilin 20 sentyabrında Parisə qayıtdı.Artıq həm dünyada həm də Taleyranın həyatında yeni dönəm başladı.Artıq inqilab Fransada başa çataraq  öz sərhədlərini aşdı və bütün Avropaya yayıldı.Feodal Avropasının “Atlı Robespyer” adlandırdığı Napaleonun sözləri Alpdan o tərəflərdə  guruldayırdı.Taleyran görürdü ki,ölkə açıq şəkildə hərbi diktaturaya doğru gedir.İlk növbədə direktoriyaya öz xidmətlərini təqdim etməli rəğbət qazanmalı idi.5 üzvlü direktoriyada 3-ü onu rüşvətxor,4-cüsü oğru və rüşvətxor,5-cisi isə satqın,oğru və rüşvətxor hesab edirdi.Onlardan biri deyirdi ki,Taleyran xarici qüvvələrin gizli xidmətçisidir,həyatda hələ belə insan olmayıb.Digəri isə deyirdi ki,Taleyran paltar dəyişdirirmiş kimi prinsip dəyişdirir.Lakin belə güclü ağıla ehtiyac var idi. Nəticədə Taleyran 3ün 2yə səsçoxluğu ilə Taleyran XİN vəzifəsinə təyin olundu. O bu işində müvəffəqiyyət qazandı.Taleyran ilk 2 il ərzində işbirliyi və müqavilələr əsasında xarici ölkələrdən 13 mln 650 min frank rüşvət almışdı.Taleyran direktoriyaya əks hərəkət etmədən sadəcə baş tutacaq işləri tezləşdirmək üçün rüşvət alırdı və bu sahədə onun özünəməxsus etikası var idi, belə ki “əgər işi görə bilirsənsə al, görə bilmirsənsə geri qaytar”.



Taleyranın memuarlarının böyük hissəsi Napaleona həsr olunmuşdu.Onların bəzi ortaq cəhətləri də var idi.Məsələn,insanlara qarşı nifrət,öz uğurlarına inam,mənəvi dəyərlərə əhəmiyyət verməmək və s. Fərqli cəhətləri isə o idi ki,Napaleon o qədər emosional idi ki, sanki içində hər an partlaya biləcək bir vulkan yatırdı.Taleyran isə həddindən artıq soyuqqanlı idi və sanki buz qabığı ilə örtülmüşdü.Taleyrana görə cibinə xeyir gətirməyən hər şey mənasız və lazımsız idi.Napaleon ömrünün sonuna yaxın Taleyran haqqında belə demişdi “O,intriqaların,əxlaqsızlıqların insanıdır ,lakin o həm də,çox böyük ağıla malikdir və mənim nazirlərim arasında o ən bacarıqlısı olmuşdur”.Taleyran heç vaxt Napaleon ilə rəqabət aparmırdı və özünü onunla müqayisə etmirdi,çünki bilirdi ki,Napaleon hər zaman idarə edən O.isə qulluqçu olacaq.Taleyran Napaleona heç vaxt nə etmək lazım olduğunu deyil,onun arzuladıqlarını ən yaxşı hansı yolla etmək lazım olduğunu deyirdi. Napoleon yaxşı başa düşürdü ki, məhz Taleyranın istedadı sayəsində Avropada qüvvələr nisbətini öz xeyrinə dəyişə bilər. O diplomatik oyunlarda çətin vəziyyətdən məharətlə çıxırdı.
Taleyranın sevgi hekayələrindən biri özü də gözləmədən nigahla nəticələnib. Hələ 1798-ci ildə Taleyran direktoriyanın XİN olan vaxtı hindistanlı Qran xanımla tanış olur. Bu xanım Fransadakı səfirlərdən birinin keçmiş xanımı olub.Fransada həbsə düşən Qran məhz Taleyranın xaişi ilə azad olunmuşdu və onun evində yaşamağa başlamışdı. Lakin digər səfirlərin xanımları buna etiraz etməyə başlayırlar və söhbət Napaleonun qulağına çatanda o, Taleyranın qarşısına 2 şərt qoyur:ya xanımla evlənmək ya da təcili göndərmək. Napaleona müqavimət göstərməyin mümkünsüz olduğunu başa düşən Taleyran Qran xanımla qanuni nigaha girir.
Napaleon Taleyrana imperator nəslindən olan şahzadələrə məxsus “Əlahəzrət” titulu verir və ildə 300min frank verirdi.Taleyranın isə tək vəzifəsi təntənəli günlərdə iştirak etmək və imperatorun taxtının yanında əyləşmək idi.Bu da Taleyrana sərf edirdi ki, uzaqdan durub hadisələrin inkişafını izləsin.1808-ci ildə Napaleon İspaniyanın və Portuqaliyanın işğalına başladı.Taleyran isə buna qəddar və lazımsız addım kimi baxırdı.Taleyran bilirdi ki,bu hadisələrinsonu böyük fəlakətdir ,lakin o,bu barədə nəinki Napaleona xəbərdarlıq edirdi ,əksinə onu tərifləyərək daha da ilhamlandırırdı. Napaleonun I Aleksandrla görüşə Taleyranı da özü ilə aparmaq  təklifi isə Taleyranın həyatında həlledici an oldu.Bu görüşdə I Aleksandr gözlənilməz bir sürprizlə qarşılaşdı.Belə ki,Taleyran gecə Aleksandrın otağına gələrək bu sözləri dedi “Siz Napaleona müqavimət göstərməklə Avropanı xilas edə bilərsiniz.Fransız xalqı sivildir,Fransa hökmdarı isə yox,Rus xalqı sivil deyil ,rus hökmdarı isə sivildir.Rus hökmdarı fransız xalqı ilə ittifaqa girməlidir”.Bu daha bir neçə gizli danışığın başlanğıcı idi. Taleyran Parisə qayıtdıqdan sonra da Metternixlə  I Aleksandr ilə gizli danışıqları davam etdirdi.Hər dəfə  məktubları fərqli adlarla yazırdı (adətən Anna İvanovna).
Napoleonun Rusiyaya yürüşü müvəffəqiyyətsizliklə nəticələndi. Antifransız koalisiyası başda I Aleksandr olmaqla Fransa ərazisinə soxuldular. I Aleksandr və Prussiya kralı Taleyranın görünüşünə gəldilər. Burada Taleyran onları inandırmağa çalışdı ki, Fransa taxt-tacını Burbonlara həvalə etmək lazımdır və bilirdi ki, bütün Fransa köhnə nəslin hakimiyyətə qayıtmasını arzulayır.Taleyran məqsədinə çatdı. 3 mayda yeni kral XVIII Lüdovik paytaxta gəldi. Onun dövründə knyaz yenidən Xaric işlər naziri oldu və Napoleondan aldığı bütün titulları saxladı. Lakin vəziyyət onun üçün getdikcə çətinləşirdi. Çünki emiqrantların əksəriyyəti və kralın özü də Taleyrandan qorxur və ona etibar etmirdi.1814-cü ilin yayında məhz Taleyran Fransanın rəsmi təmsilçisi simasında Vyana konqresinə göndərildi. Fransa uzunmüddətli qanlı müharibələrdən sonra dağılmış halda idi və işğallara məruz qalmışdı. Taleyran bu konqresdə əsil diplomatik qabiliyyətlərini nümayiş etdirdi,çünki əslində onun əlində heç bir əsil güc yox idi. Fransanın qarşısında Rusiya,Prussiya,İngiltərə  Avstriya dayanmışdı.Əgər bu ölkələr konqresdə müəyyən qədər də olsa birlikdə hərəkət etsəydilər Taleyran onların diktə etdiyi hər şeyi qəbul edib uyğunlaşmalı idi.Bu səbəblə Taleyran gəldiyi ilk gündən etibarən mürəkkəb və incə şəkildə intriqalar şəbəkəsi toxumağa başladı ki,müttəfiqlərdən birindən digərinə qarşı istifadə etsin.İlk vaxtlarda işi çətin idi,çünki onu “əsrin ən böyük alçağı” adlandırırdılar və ona katolikliyi inqilabçılara satan şəxs kimi baxırdılar.Lakin Taleyran bütün bunlara baxmayaraq öz çətin işini davam etdirirdi,əsas məqsədi koalisiyanı dağıtmaq idi.1815-ci ilin yanvarında, yəni 3,5 ay sonra Taleyran öz məqsədinə nail oldu, belə ki, İngiltərə, Avstriya, Rusiya və Prussiyanın da daxil olduğu dördlər ittifaqını yaratmağa nail oldu.Bu böyük diplomatik uğur öz ardıyca başqa uğurlar da gətirdi. Knyaz konqresə yeni bir konsepsiya ilə gəlmişdi ki, bunun da əsasında legitizm (inqilabın devirmiş olduğu padşah sülaləsinə tərəfdar olan monarxist cərəyan) ideyaları dururdu. Fransanın başlıca məqsədi 1792-ci il sərhədlərini saxlamaqdan ibarət idi.Həmin dövrdə bu Fransa üçün olduqca uyğun idi,çünki yeni müharibə üçün gücləri yox idi. Taleyran üçün Fransa xarici siyasətinin əsas bazisi-İngiltərə ilə ittifaq və dostluq,Avstriya ilə lazım gəldyi halda Prussiyaya qarşı yaxınlıq idi.1815-ci ilin 9 iyununda o artıq Vyana konqresinin qərarlarını imzaladı.Fransa nəinki əvvəlki sərhədlərini qoruyub saxlaya bildi,Prussiyanın təkidlərinə baxmayaraq Saksoniya kralı bütün səlahiyyətlərini əlində saxlaya bildi.Təbii ki bu təmənnasız olmadı,Taleyran bunun üçün kraldan 5 mln frank almışdı, Baden hersoqundan 1 mln, IV Ferdinanddan isə 6 mln frank rüşvət almışdı.
Napaleonun Elba adasından qayıtması və hakimiyyətini yenidən bərqərar etməsi Taleyran üçün sürpriz oldu.Lakin Ferdinand Bakın 1933-cü ildə işıq üzü görən “Taleyranın sirri” adlı kitabında Napaleonun Elbadan qaçmasına məhz Taleyranın köməklik etdiyi yazılsa da bu fikir hər hansı bir elmi fakta əsaslanmır.Napaleon yenidən Taleyrana nazir olmaq təklifi etsə  Taleyran bununla razılaşmadı.Napaleonun 100 günlük hakimiyyətindən sonra yenidən burbonlar hakimiyyətə gəldi.1815-ci ilin 24 sentyabrında taleyranın karyerası başa çatdı.Aktiv siyasətdən uzaqlaşdıqdan sonra Taleyran 5 cildlik memuarlarını qələmə aldı.Ölümünün yaxınlaşdığını hiss edən Taleyran qardaşı oğlunun təkidi ilə kilsə ilə barışdı, papa XVI Qriqoriyə məktub yazdı. Belə deyirdilər ki "o bütün həyatı boyunca kilsəni, ölümündən əvvəl isə şeytanı aldatdı" 17 may 1838-ci ildə Lui Filipp bacısı ilə birlikdə Taleyranı ziyarət etdilər və bir neçə saat sonra şarl Moris 84 yaşında vəfat etdi. Ölümündən əvvəl o yazırdı ki, "Mən Direktoriyadan bu günədək olan bütün rejimlərə xidmət etdiyim üçün əsla özümü təqsirləndirməyəcəyəm çünki mən istənilən halda Fransaya xidmət etmişəm!" Taleyran üçün deyirdilər ki,o,onu alanların hamısını satıb deyə belə varlıdır.

P.S. Qeyd edim ki, məlumatların əksəriyyəti rus tarixçisi Yevgeny Viktorovich Tarlenin - Taleyran kitabından götürülmüşdür.Müəllifin Napaleondan bəhs olunan kitabına da nəzər sala bilərsiniz.
Devamını Oku

posted under | 0 Comments

Song Of The Day ♫

Sam Cooke - Cupid 
Devamını Oku

posted under | 0 Comments

Song Of The Day ♫



Океан Ельзи - На небі 
p.s. Happy birthday our sweet Ariel ✨
Devamını Oku

posted under | 0 Comments

Söz ilə ifa edilə bilən Dao həqiqi Dao deyil...

Çin müdrüklüyünün qədim nümünəsi Dao De Cin (Dao De Jing, -Yollar və məziyyətlər) kitabından hissələr paylaşacam sizinlə...
Rəvayətə görə, günlərin bir günü qoca Lao Tzu ölümün nəfəsini hiss edir, və heç kəsə dinmədən uzaqda görsənən dağlara tərəf yola düşdü. Çou dövlətinə xidmət edən sərhədçi qocanı görüb onu tanıdı və onun hara və nə üçün getdiyini hiss etdi. Sərhədçi bir bəhanə ilə Lao Tzu-nu donuz tövləsinə salır və deyir ki, qoca Dao(yəni Yol) haqqında bildiklərini yazıb ona verməyənədək elə o tövlədə dəqalacaq. Çarəsi olmayan Lao Tzu 81 şeirdən ibarət olan kitabı yazıb. Kitabın ilk sözləri bunlar olub: "Söz ilə ifa edilə bilən Dao həqiqi Dao deyil..."

Hamı gözəlliyin gözəlliyini dərk edib – ona görə də eybəcərlik peyda oldu
Hamı xeyirin xeyirli olduğunu dərk edib –  ona görə də şər peyda oldu
Çünki
Varlıq ilə Yoxluq bir-birini törədir
Çətin və Asan biri-birinə gətirib çıxarır
Uzun və Qısa biri-birilə tutuşdurulur
Hündür və Alçaq bir-birini təyin edir
Səslər bir-birlə həmahəng olur
Əvvəl və Axır bir-birini növbələyir
Buna görə
Arif Aqil iş görəndə biəməldir, öyüd verəndə dinməzdir
Məşğul olduqda iştirak etmir
Yaratdığına yiyəlik etmir
Hərəkət edəndə cəhd etmir
Zəhmətini məqsədə yönəltmir
Nəticələrlə fəxr edə-edə vaxtını itirmir
Buna görə də ruhu tükənməzdir

                                                                                                           GUFRA

Devamını Oku

posted under , | 0 Comments
Daha Yeni Kayıtlar Önceki Kayıtlar Ana Sayfa
    English French German Spain Italian Dutch Russian Portuguese Japanese Korean Arabic Chinese Simplified

    Pages

lesfillesdesgrands 2015 ©. Blogger tarafından desteklenmektedir.

    ...

    ...

Recent Comments