Söz ilə ifa edilə bilən Dao həqiqi Dao deyil...
Çin müdrüklüyünün qədim nümünəsi Dao De Cin (Dao De
Jing, -Yollar və məziyyətlər) kitabından hissələr paylaşacam sizinlə...
Rəvayətə görə, günlərin bir günü qoca Lao Tzu
ölümün nəfəsini hiss edir, və heç kəsə dinmədən uzaqda görsənən dağlara tərəf
yola düşdü. Çou dövlətinə xidmət edən sərhədçi qocanı görüb onu tanıdı və onun
hara və nə üçün getdiyini hiss etdi. Sərhədçi bir bəhanə ilə Lao Tzu-nu donuz
tövləsinə salır və deyir ki, qoca Dao(yəni Yol) haqqında bildiklərini yazıb ona
verməyənədək elə o tövlədə dəqalacaq. Çarəsi olmayan Lao Tzu 81 şeirdən ibarət
olan kitabı yazıb. Kitabın ilk sözləri bunlar olub: "Söz ilə ifa edilə
bilən Dao həqiqi Dao deyil..."
Hamı gözəlliyin gözəlliyini dərk edib – ona görə də
eybəcərlik peyda oldu
Hamı xeyirin xeyirli olduğunu dərk edib – ona
görə də şər peyda oldu
Çünki
Varlıq ilə Yoxluq bir-birini törədir
Çətin və Asan biri-birinə gətirib çıxarır
Uzun və Qısa biri-birilə tutuşdurulur
Hündür və Alçaq bir-birini təyin edir
Səslər bir-birlə həmahəng olur
Əvvəl və Axır bir-birini növbələyir
Buna görə
Arif Aqil iş görəndə biəməldir, öyüd verəndə
dinməzdir
Məşğul olduqda iştirak etmir
Yaratdığına yiyəlik etmir
Hərəkət edəndə cəhd etmir
Zəhmətini məqsədə yönəltmir
Nəticələrlə fəxr edə-edə vaxtını itirmir
Buna görə də ruhu tükənməzdir
GUFRA
Recent Comments