Şarl
Moris de Taleyran

Taleyran
2 fevral 1754-cü ildə Paris
yaxınlığında mövcud olan Qaransyer küçəsində yerləşən
evdə dünyaya göz açmışdır. Onun
ailəsi Fransanın məşhur zadəgan ailələrindən idi. Atası Şarl Daniel Şalenin knyazı, Periqorun qrafı De
Bovil və Mareyin baronu idi.
Anası isə krallıq dövrünün saray
xanımlarından idi. Onun xaç atası əmisi
Aleksandr Anjelik idi ki, gələcəkdə Parisin
arxiyepiskopu olacaqdı. Bir dəfə dayəsi
onu skafın üstünə qoyan zaman o
yıxılmışdı və sağ ayağı ciddi xəsarət almışdı. Lazım
olan müalicə edilmədi və nəticədə Şarl Moris ömrünün axırına kimi şikəst qaldı. Dayəsi ilə birgə kiçik Şale şəhərinə getdilər. Burada XV Lüdovikin dövründə görkəmli saray xadimi olmuş Kolberin nəvəsi Mariya Fransuaza yaşayırdı
ki, bu da onun qohumu idi."Ailəmin ilk üzvü idi ki mənə çox incəliklə yanaşır və mənə sevilməyin
xoşbətliyini bəxş edirdi”- Taleyran
sonradan bu qadın haqqında belə yazırdı.
1768-ci ildə 14 yaşlı gənc artiq
milli zadəgan titulunu aldı. Kolleci bitirdikdən sonra işləmək lazım gəlirdi.
Lakin onun çox seçimi yox idi. Hərbi karyeradan uzaqda idi. İdarəçilik sahəsində vazifəyə sahib olmaq üçün ailənin kifayət qədər
pulu yox idi. Tək bir çıxış yolu
qalırdı-din xadimliyi yaxud ruhanilik. Kolleci qurtardığı il Şarl Moris valideynləri tərəfindən
Reymsə, əmisinin yanına göndərildi.
1774-ci ildə Sen-Sulpis
seminariyasına daxil oldu. Sonrada Taleyran yazırdı ki: "Mənim bütün gəncliyim
elə bir peşəyə sərf olundu ki, mən onun üçün doğulmamışdım”.Onun ən böyük arzusu dövlət işləri və politik sferada fəaliyyət göstərmək və maliyyə naziri olmaq idi. 4 illik təhsilini o
1778-ci ildə Sorbonda başa vurdu. İl yarımdan sonra din xadimi kimi fəaliyyətə başladı. 1780-ci ildən artıq onun dili
ilə desək o, kilsənin "maliyyə naziri"nə çevrilmişdi. Bu isə ona dövlətin maliyyə işlərində və siyasi
həyatında iştirak imkanı verirdi. Taleyran artıq inqilab ərəfəsində olan Fransanın siyasi əlaqələrində mühüm yer tuturdu. Gözəl xarici görünüşü,
təhsili və ağlı ona Parisin ən valehedici kişisi simasını qazandırmışdı.
1783-cü ildə o, Adelaidu de Flao
ilə tanış oldu və onların münasibəti 9 il davam etdi.
Onların Şarl Jozef adlı bir oğulları
oldu və o Napoleonun məşhur
adyutantlarından biri oldu.1788-ci ilin 2 noyabrında kral XVI Lüdovikin əmri ilə baş rahib
Taleyrana yepiskop vəzifəsi verildi.
Taleyran
deyirdi ki,Lüdoviklərin,Napaleonların özlərinə güvənmək olmaz.Lakin onların qızıl haşiyəli
portretlərinə etibar etmək olar.Məzara
qədər də Taleyranın həyat
prinsipi belə olmuşdur.O,1790-cı
ildə Milli Məclisin prezidenti
seçildi.14 iyul 1790-cı ildə Bastiliyanın
alınmasının 1 illiyinin qeyd olunması münasibətilə keçirilən təntənəli günü Taleyran 2 dəfə şans oyununda cek-potu qazandığı üçün
xüsusilə qeyd edir.Bir müddət
sonra Papa onun kilsə ilə əlaqlərini kəssə də Taleyran
buna heç də məhəl qoymadı.Çünki ,əslində,papanın
qərarı onun da arzuladığı bir iş oldu
ki ruhanilikdən azad olmuş oldu.
Diplomatiya sahəsində hökumətin
ona ehtiyacı var idi.Artıq 1792-ci ilin yanvarında o Londona göndərildi ki, əgər Avropada monarxiyalar arasında
müharibə başlansa bu məqamda İngiltərəni bitərəf olmağa razı etsin.
Gərgin əmək sərf etməsinə baxmayaraq ingilislərin fransız səfirinə soyuq münasibətindən sonra iyulda o
missiyasını tamamladı və Parisə qayıtdı.1792-ci ilin 10 avqustunda
yarımminillik fransız monarxiyası devrildi.Taleyran saxta yolla pasport alaraq təcili İngltəryə qaçdı.Əgər biraz da olsa qaçmaqda
geciksəydi onun başı havaya uçaçaqdı çünki bunun üçün əsaslı səbəblər var idi.Belə ki,Kralın “dəmir seyfində” Taleyranın
krala irəli sürdüyü təklifləri əks
etdirən 2 sənəd tapılmışdı.Beləlikə Taleyran
üçün həmişəlik olmasa da uzun bir müddətlik Fransaya yol bağlanır. 1794-cü ilin
yanvarında Taleyran İngiltərə hökuməti tərəfindən ölkəni tərk etmək əmri gəlir.Avropanın bütün
monarxiyalarında ona şiddətli nifrət
var idi və bu səbəblə Taleyran Filadelfiyaya getdi.9
termidor çevrilişindən sonra 1796-cı ilin 20 sentyabrında Parisə qayıtdı.Artıq həm dünyada həm də Taleyranın həyatında yeni dönəm başladı.Artıq
inqilab Fransada başa çataraq öz sərhədlərini aşdı və bütün Avropaya yayıldı.Feodal
Avropasının “Atlı Robespyer” adlandırdığı Napaleonun sözləri Alpdan o tərəflərdə də guruldayırdı.Taleyran
görürdü ki,ölkə açıq şəkildə hərbi diktaturaya doğru gedir.İlk növbədə direktoriyaya öz xidmətlərini təqdim
etməli rəğbət qazanmalı idi.5 üzvlü direktoriyada 3-ü onu rüşvətxor,4-cüsü oğru
və rüşvətxor,5-cisi isə satqın,oğru və rüşvətxor hesab edirdi.Onlardan biri
deyirdi ki,Taleyran xarici qüvvələrin gizli xidmətçisidir,həyatda hələ belə insan
olmayıb.Digəri isə deyirdi
ki,Taleyran paltar dəyişdirirmiş kimi
prinsip dəyişdirir.Lakin belə güclü
ağıla ehtiyac var idi. Nəticədə Taleyran
3ün 2yə səsçoxluğu ilə Taleyran XİN vəzifəsinə təyin olundu. O bu işində müvəffəqiyyət qazandı.Taleyran ilk 2
il ərzində işbirliyi və müqavilələr əsasında xarici ölkələrdən 13 mln 650
min frank rüşvət almışdı.Taleyran direktoriyaya əks hərəkət etmədən sadəcə baş tutacaq
işləri tezləşdirmək üçün rüşvət alırdı və bu
sahədə onun özünəməxsus etikası
var idi, belə ki “əgər işi görə bilirsənsə al, görə bilmirsənsə geri qaytar”.

Taleyranın
memuarlarının böyük hissəsi Napaleona həsr olunmuşdu.Onların bəzi ortaq cəhətləri
də var idi.Məsələn,insanlara qarşı
nifrət,öz uğurlarına inam,mənəvi dəyərlərə əhəmiyyət
verməmək və s. Fərqli cəhətləri isə o idi ki,Napaleon o qədər emosional
idi ki, sanki içində hər an
partlaya biləcək bir vulkan yatırdı.Taleyran isə həddindən artıq soyuqqanlı idi və sanki buz qabığı ilə örtülmüşdü.Taleyrana görə cibinə xeyir gətirməyən hər şey mənasız və lazımsız idi.Napaleon ömrünün sonuna
yaxın Taleyran haqqında belə demişdi
“O,intriqaların,əxlaqsızlıqların insanıdır ,lakin o həm də,çox böyük ağıla
malikdir və mənim nazirlərim
arasında o ən bacarıqlısı olmuşdur”.Taleyran
heç vaxt Napaleon ilə rəqabət
aparmırdı və özünü onunla müqayisə etmirdi,çünki bilirdi ki,Napaleon hər
zaman idarə edən O.isə qulluqçu olacaq.Taleyran Napaleona heç
vaxt nə etmək lazım olduğunu
deyil,onun arzuladıqlarını ən yaxşı
hansı yolla etmək lazım olduğunu deyirdi. Napoleon yaxşı başa düşürdü ki, məhz
Taleyranın istedadı sayəsində Avropada
qüvvələr nisbətini öz xeyrinə dəyişə bilər. O diplomatik oyunlarda çətin vəziyyətdən
məharətlə çıxırdı.
Taleyranın sevgi hekayələrindən biri
özü də gözləmədən nigahla nəticələnib. Hələ 1798-ci ildə Taleyran direktoriyanın XİN olan vaxtı
hindistanlı Qran xanımla tanış olur. Bu
xanım Fransadakı səfirlərdən birinin keçmiş xanımı
olub.Fransada həbsə düşən Qran məhz
Taleyranın xaişi ilə azad olunmuşdu
və onun evində yaşamağa başlamışdı. Lakin digər səfirlərin
xanımları buna etiraz etməyə başlayırlar
və söhbət Napaleonun qulağına
çatanda o, Taleyranın qarşısına 2 şərt
qoyur:ya xanımla evlənmək ya da təcili göndərmək. Napaleona müqavimət göstərməyin
mümkünsüz olduğunu başa düşən Taleyran Qran xanımla qanuni nigaha girir.
Napaleon Taleyrana imperator nəslindən
olan şahzadələrə məxsus “Əlahəzrət” titulu verir və ildə 300min
frank verirdi.Taleyranın isə tək vəzifəsi
təntənəli günlərdə iştirak etmək və imperatorun taxtının yanında əyləşmək idi.Bu da Taleyrana sərf
edirdi ki, uzaqdan durub hadisələrin inkişafını izləsin.1808-ci ildə Napaleon İspaniyanın və Portuqaliyanın işğalına başladı.Taleyran
isə buna qəddar və lazımsız addım kimi baxırdı.Taleyran
bilirdi ki,bu hadisələrinsonu böyük fəlakətdir ,lakin o,bu barədə nəinki Napaleona xəbərdarlıq edirdi ,əksinə onu tərifləyərək daha da
ilhamlandırırdı. Napaleonun I Aleksandrla görüşə Taleyranı da özü ilə aparmaq təklifi isə Taleyranın həyatında həlledici an
oldu.Bu görüşdə I Aleksandr gözlənilməz
bir sürprizlə qarşılaşdı.Belə ki,Taleyran gecə Aleksandrın otağına gələrək bu sözləri
dedi “Siz Napaleona müqavimət göstərməklə Avropanı
xilas edə bilərsiniz.Fransız
xalqı sivildir,Fransa hökmdarı isə yox,Rus
xalqı sivil deyil ,rus hökmdarı isə sivildir.Rus
hökmdarı fransız xalqı ilə ittifaqa
girməlidir”.Bu daha bir neçə gizli
danışığın başlanğıcı idi. Taleyran Parisə qayıtdıqdan
sonra da Metternixlə və I Aleksandr ilə gizli danışıqları davam etdirdi.Hər dəfə də məktubları
fərqli adlarla yazırdı (adətən Anna İvanovna).
Napoleonun Rusiyaya yürüşü müvəffəqiyyətsizliklə nəticələndi. Antifransız koalisiyası başda
I Aleksandr olmaqla Fransa ərazisinə soxuldular. I Aleksandr və Prussiya kralı Taleyranın görünüşünə gəldilər. Burada Taleyran onları
inandırmağa çalışdı ki, Fransa taxt-tacını Burbonlara həvalə etmək lazımdır və bilirdi ki, bütün Fransa köhnə nəslin hakimiyyətə qayıtmasını arzulayır.Taleyran məqsədinə çatdı. 3 mayda yeni kral XVIII Lüdovik
paytaxta gəldi. Onun dövründə knyaz
yenidən Xaric işlər naziri oldu və Napoleondan
aldığı bütün titulları saxladı. Lakin vəziyyət onun üçün getdikcə çətinləşirdi. Çünki emiqrantların əksəriyyəti və kralın özü də Taleyrandan qorxur və ona etibar etmirdi.1814-cü ilin
yayında məhz Taleyran Fransanın rəsmi təmsilçisi simasında Vyana konqresinə göndərildi. Fransa uzunmüddətli qanlı
müharibələrdən sonra dağılmış halda
idi və işğallara məruz qalmışdı. Taleyran
bu konqresdə əsil diplomatik qabiliyyətlərini
nümayiş etdirdi,çünki əslində onun əlində heç bir əsil güc yox idi. Fransanın qarşısında
Rusiya,Prussiya,İngiltərə və Avstriya dayanmışdı.Əgər bu ölkələr
konqresdə müəyyən qədər də olsa birlikdə hərəkət etsəydilər Taleyran onların
diktə etdiyi hər şeyi qəbul edib uyğunlaşmalı idi.Bu səbəblə Taleyran gəldiyi ilk gündən etibarən
mürəkkəb və incə şəkildə intriqalar şəbəkəsi toxumağa başladı ki,müttəfiqlərdən
birindən digərinə qarşı istifadə etsin.İlk vaxtlarda işi çətin
idi,çünki onu “əsrin ən böyük alçağı”
adlandırırdılar və ona
katolikliyi inqilabçılara satan şəxs
kimi baxırdılar.Lakin Taleyran bütün bunlara baxmayaraq öz çətin işini davam
etdirirdi,əsas məqsədi koalisiyanı dağıtmaq idi.1815-ci ilin yanvarında, yəni
3,5 ay sonra Taleyran öz məqsədinə nail
oldu, belə ki, İngiltərə, Avstriya, Rusiya və Prussiyanın da daxil olduğu dördlər
ittifaqını yaratmağa nail oldu.Bu böyük diplomatik uğur öz ardıyca başqa uğurlar
da gətirdi. Knyaz konqresə yeni
bir konsepsiya ilə gəlmişdi ki,
bunun da əsasında legitizm
(inqilabın devirmiş olduğu padşah
sülaləsinə tərəfdar olan
monarxist cərəyan) ideyaları dururdu. Fransanın başlıca məqsədi 1792-ci il sərhədlərini
saxlamaqdan ibarət idi.Həmin dövrdə bu
Fransa üçün olduqca uyğun idi,çünki yeni müharibə üçün gücləri yox idi. Taleyran üçün
Fransa xarici siyasətinin əsas
bazisi-İngiltərə ilə ittifaq və dostluq,Avstriya ilə lazım gəldyi halda Prussiyaya qarşı
yaxınlıq idi.1815-ci ilin 9 iyununda o artıq Vyana konqresinin qərarlarını
imzaladı.Fransa nəinki əvvəlki sərhədlərini
qoruyub saxlaya bildi,Prussiyanın təkidlərinə baxmayaraq
Saksoniya kralı bütün səlahiyyətlərini əlində saxlaya bildi.Təbii ki bu təmənnasız
olmadı,Taleyran bunun üçün kraldan 5 mln frank almışdı, Baden hersoqundan 1 mln, IV Ferdinanddan isə 6 mln frank
rüşvət almışdı.
Napaleonun Elba adasından qayıtması və hakimiyyətini yenidən bərqərar etməsi
Taleyran üçün sürpriz oldu.Lakin Ferdinand Bakın 1933-cü ildə işıq üzü görən “Taleyranın sirri” adlı
kitabında Napaleonun Elbadan qaçmasına məhz Taleyranın köməklik etdiyi yazılsa
da bu fikir hər hansı bir elmi fakta əsaslanmır.Napaleon
yenidən Taleyrana nazir olmaq təklifi etsə də Taleyran bununla razılaşmadı.Napaleonun
100 günlük hakimiyyətindən sonra yenidən burbonlar hakimiyyətə gəldi.1815-ci ilin 24 sentyabrında
taleyranın karyerası başa çatdı.Aktiv siyasətdən uzaqlaşdıqdan sonra Taleyran 5
cildlik memuarlarını qələmə aldı.Ölümünün
yaxınlaşdığını hiss edən Taleyran qardaşı oğlunun təkidi ilə kilsə ilə barışdı,
papa XVI Qriqoriyə məktub yazdı.
Belə deyirdilər ki "o bütün həyatı
boyunca kilsəni, ölümündən əvvəl
isə şeytanı aldatdı" 17 may
1838-ci ildə Lui Filipp bacısı ilə birlikdə Taleyranı ziyarət etdilər və bir neçə saat sonra şarl Moris 84 yaşında vəfat etdi.
Ölümündən əvvəl o yazırdı ki,
"Mən Direktoriyadan bu günədək olan bütün rejimlərə xidmət etdiyim üçün əsla özümü təqsirləndirməyəcəyəm çünki
mən istənilən halda Fransaya xidmət etmişəm!" Taleyran üçün deyirdilər
ki,o,onu alanların hamısını satıb deyə belə varlıdır.
P.S. Qeyd edim ki, məlumatların
əksəriyyəti rus tarixçisi Yevgeny Viktorovich Tarlenin -
Taleyran kitabından götürülmüşdür.Müəllifin
Napaleondan bəhs olunan kitabına da nəzər sala bilərsiniz.
Recent Comments