unforgettable sound-Belle

Yeni başlığımızdan göründüyü kimi bu etiket altinda olan yazılarımızda ilk eşitdiyimiz andan etibarən ruhumuzu ələ keçirən, bizə yaşatdığı hisləri zamanın belə köhnəldə bilmədiyi musiqiləri paylaşacayıq.Ruhumuzun təslim olduğu musiqinin sehridi heç şübhəsiz... sözlərin başa düşmədən dəfələrlə dinlədiyimiz  bu musiqilərdə hansı hekayələr yaşayır  görəsən...Qadağan olunmuş almaya sonsuzadək oruclu olmanız diləyi ilə...GUFRA...


Quasimodo:
Gözəl...
Onun üçün yaradılan kəlimədir bu ,gözəl...
Rəqs edərkən dilində hekayələr...
Azad bir quşdur o 
Uçmaq üçün çırpınan
Hər tərpənişi içimi yandıran...
Ruhumda çılpaq reqs ederkən
Və yuxu  gözlərimə gəlməzkən
Məryəm Ana ,artiq nə işimə yarar dua etmək
Söylə ilk daşı qaldırıb kim sənə atacaq  ?
Onun həyatı mənim əlimdə son tapacaq 
Ah Şeytan fısıldayır unut indi uca Tanrini
Oxşa Esmeraldanın saçlarını....


Frollo:

Gözəl...
Şeytan mı onun içində gizlenen?
Sonsuz Tanrıdan üzümü döndərən
Kim qoydu bu şəhvətli arzunu içimə
Yanan bir gövdəyəm Tanrım yoxsa içimdə.
O, içinde daşıyır ilk günahı. 
Onu arzulamaq məni günahkar qılar mı?
Gözəl...
Bədənindən içəridə bir ruhun varmı sənin ?
Yoxsa insanlığın günah mələyi sənsən ?
Məryəm Ana ,izin ver bir dəfə aşım qanunları
Aralayım Esmeraldanın bağçasının qapısını...


Phoebus:

Gözəl...
Onun gözləri cəhənnəmə aparacaq kimi görünsə də
Kəlimələr yetməz saflığını vəsf etməyə...
Rəqsi başdan çıxarar hər kişini
Göyqurşağı ətəyinin altı yanğın yeri...
Mənə vəəd edilənim, izin verin tək bir sədaqətsizlik eyləyim sizə 
Tanrının hüzurunda evlənmədən öncə.
Duzdan bir heykələ çevrilməyin verəcəyi əzabla belə 
Kim ayıra bilər ki ondan gözlərini ?
Oh Fleur de Lys, Mən inanclı biri deyiləm
Esmeraldanın eşq çiçəyini qoparmağa gedəcəyəm. 
  


 Ruhumda çılpaq reqs ederkən

Və yuxu  gözlərimə gəlməzkən 
Məryəm Ana ,artiq nə işimə yarar dua etmək
Söylə ilk daşı qaldırıb kim sənə atacaq  ?
Onun həyatı mənim əlimdə son tapacaq 
Ah Şeytan fısıldayır unut indi uca Tanrini
Oxşa Esmeraldanın saçlarını....

posted under , |

0 yorum:

Yorum Gönder

Sonraki Kayıt Önceki Kayıt Ana Sayfa
    English French German Spain Italian Dutch Russian Portuguese Japanese Korean Arabic Chinese Simplified

    Pages

lesfillesdesgrands 2015 ©. Blogger tarafından desteklenmektedir.

    ...

    ...

Recent Comments