Fiddler On The Roof
Fiddler On The Roof
Janr: Dram, Musiqili
Çəkiliş: ABŞ, 1971
Rejissor: Norman Jewison
"Əgər tanrı insanlar arasında yaşasaydı, onlar onun evinin pəncərələrini sındıraradı..."

Film XX əsrin əvvəllərində Rus çarlığında yəhudi kəndi olan Anatevkada yaşayan kasıb südçü Tevye və onun başına gələnlərdən bəhs edir... Anatevka adət-ənənəyə bağlı bir kənddir... lakin Tevyenin 3 (5 qızı var) evlilik yaşına çatmış qızından heç biri adət-ənənəyə uyğun şəkildə ailə həyatı qurmaq istəmir... Bununla yanaşı, Çar hökumətinin yəhudilər üçün tətbiq etdiyi məhdudlaşdırmalar, qırğınlar, proqramlar filmdə Anatevka sakinlərinin həyatını daha da çətinləşdirən məqamlar kimi diqqətə çatdırılır...
Film 1971-ci ildə ekranlara çıxıb.. Hələ bundan əvvəl 1964-cü ildə isə Broadway-də səhnələşdirilib...Filmin ekranlara çıxmasından bir il sonra hətta "Yeşilçam"-da onun bənzərinin çəkilişləri də tamamlanıb... 2007-ci ildə ekranlarda görülən "Elveda Rumeli" serialı da məhz bu əsərin motivləri əsasında çəkilmiş, Balkanlarda yaşayan müsəlman türklərin məişət həyatını əks etdirmişdir...

Filmin "If I were a Rich Man" mahnısına bir çox proqramda istinad olunmuş və Gwen Stefani və başqaları tərəfindən cover'lənmişdir... Bu mahnı əsərin yazıçısı Sholom Aleichem-in 1902-ci ildəki monoloqundan götürülüb... Buradakı "If I were a Rothschild" ifadələri dəyişilmiş və həmin formanı almışdır...
Filmdə mənim diqqətimi çəkən məqamlardan biri Çarın yəhudilərə divan tutulması ilə bağlı əmrini kənd camaatına tətbiq etməli olan "hakimin" Stalinə, bu əmri hakimin özünə çatdıran Çar nümayəndəsinin isə Leninə bənzəməsi oldu... Kommunizmi bütün pisliklərin səbəbi kimi görən kapitalistlərin 1971-ci ildə çəkdiyi bu filmdə bu cür "xırda" bir elementin yerləşdirilməsi təəccüb doğurmur... Bir digər maraqlı məqam isə kəndin cavanlarının Din xadimindən "Çara xeyir dua vermək mümkündürmü?" sualına onun "Qoy Allah onu qorusun və saxalsın... ancaq bizdən mümkün qədər uzaqda" tərzində cavab verməsi oldu :)
Filmdə sevdiyim məqamlardan bir digəri də... Tevyenin Allahla söhbəti/monoloqu zamanı yaşandı...Bu monoloqlar əsasən Çar hakimiyyəti altında yəhudi olmağın çətinliyini ifadə edirdi... Onlardan birində isə Tevye deyir: "Allahım, seçilmiş xalq olduğumuzu bilirəm... ancaq başqa xalqı seçmək olmazdı?" :)
...
0 yorum:
Yorum Gönder