The Man Who Knew Infinity
The Man Who Knew Infinity
Janr: Bioqrafiya, dram
Çəkiliş: İngiltərə, 2015
Rejissor: Matt Brown
Hadisələr 1920-ci ildə Cambridge universitetinin "Trinity College"-də (məzunları arasında Nyuton, Lord Bayron kimi insanlar var, Nyutonun başına düşən almanın sahibi olan ağac da buranın həyətində yerləşir :) ) prf Hardy-nin (Jeremy İrons) gələcəyin məşhur riyaziyyatçısı S.Ramanujan (Dev Patel - məşhur xarabalıqdakı milyonçu) ilə tanışma və ya onun sözləri ilə "Ramanujanı kəşfetmə" hekayəsini qələmə almasından başlanır. İndi də kasta sisteminin mövcud olduğu Hindistanda yaşayan Ramanujan burada ağır həyat şəraitinə malikdir... Onun kimilər dənizləri keçib səyahət edə bilməz, ancaq riyazi dahi olan bu insan Hardy tərəfindən Cembridge-ə dəvət alır. Burada özünün riyazi formullarını dərc edəcəyini düşünən Ramanujan yola düşür, ancaq o dövrdə hələ də İngiltərə müstəmləkəsi olan Hindistan ingilislər tərəfindən aşağı görülür və hər cəhətdən hindli Ramanujan bu aşağılanmanı hiss edir..
Ramanujan dərslərdə iştirak etməyə məcbur olur. Bu zaman ərzində isə prf. Hardy və Littlemore ilə birlikdə formullarının isbatını verməyə çalışır.
Filmdə inanc və inancsızlıq mövzusuna da toxunulub."Üstün varlığın olduğuna" inanmayan prf. Hardy-dən fərqli olaraq, Hindu inanclarına sahib olan Ramanujan riyazi formulların da məhz tanrısı vasitəsilə onun dilinə gəldiyinə inanır...
Bu film riyazi dahilər, riyaziyyat haqqında öyrədici xarakterə malikdir, bununla yanaşı, riyazi biliklər olmadan da filmi anlamaq mümkündür... Film Robert Kanigel-in 1991-ci ildə yazılmış eyniadlı kitabına əsaslanır. Film həmçinin, Toronto, Zürix, Sinqapur, Dubay film festivallarında da nümayiş etdirilib...
...
0 yorum:
Yorum Gönder