KİMƏ NƏ ?
Mən itirdim, mən araram,
O yar mənim kimə nə?
Gah gedərəm öz bağıma
Gül dərərəm kimə nə?
O yar mənim kimə nə?
Gah gedərəm öz bağıma
Gül dərərəm kimə nə?
Gah gedərəm mədrəsəyə
Dərs oxuram haqq için
Gah gedərəm meyxanəyə
Dəm çəkərəm kimə nə?
Dərs oxuram haqq için
Gah gedərəm meyxanəyə
Dəm çəkərəm kimə nə?
Sufilər haram demişlər
Bu eşqin şərabına
Mən doldurur,mən içərəm
Günah mənim kimə nə?
Bu eşqin şərabına
Mən doldurur,mən içərəm
Günah mənim kimə nə?
Bir məlamət hirqəsini
Özüm geydim əynimə
Ari-namus şüşəsini
Daşa çaldım kimə nə?
Özüm geydim əynimə
Ari-namus şüşəsini
Daşa çaldım kimə nə?
Sufilər səcdə edərlər
Məscidin mehrabına
Yar eşiyi səcdəgahım
Üz sürərəm kimə nə?
Məscidin mehrabına
Yar eşiyi səcdəgahım
Üz sürərəm kimə nə?
Gah çıxaram göy üzünə
Hökm edərəm qafdan qafa
Gah enərəm yer üzünə
Yar sevərəm kimə nə?
Hökm edərəm qafdan qafa
Gah enərəm yer üzünə
Yar sevərəm kimə nə?
Kəlb rəkib belə deyərmiş
Gözəl sevmək çox günah
Mən sevərəm sevdiyimi
Günah mənim kimə nə?
Gözəl sevmək çox günah
Mən sevərəm sevdiyimi
Günah mənim kimə nə?
Nəsimiyə sordular ki
Yarın ilə xoşmusan?
Xoş olayım, olmayayım
O yar mənim kimə nə? (İmaməddin Nəsimi)
Yarın ilə xoşmusan?
Xoş olayım, olmayayım
O yar mənim kimə nə? (İmaməddin Nəsimi)
GUFRA
0 yorum:
Yorum Gönder