SÖYLƏDİ YOX YOX

Yuxudan oyanmış şahin baxışlım
Dedim sərxoşmusan, söylədi yox yox
Ağ əlləri əlvan-əlvan xınalı
Dedim bayram mıdır, söylədi yox yox

Dedim nə gülürsən, dedi nazımdır

Dedim qaşın mıdır, dedi gözümdür
Dedim ay mı doğdu, dedi üzümdür
Dedim ver öpəyim, söylədi yox yox

Dedim aydınlıq var, dedi eynimdə

Dedim günahım çox, dedi könlümdə
Dedim mehtab nədir, dedi qoynumda
Dedim ki görəyim, söylədi yox yox

Dedim vətənin mi, dedi ilimdir

Dedim bülbül müdür, dedi gülümdür
Dedim Nəsimi Şah, dedi qulumdur
Dedim satarmısın, söylədi yox yox...(İmaməddin Nəsimi)
                                                                                                               GUFRA
Показать список оценивших

posted under , |

0 yorum:

Yorum Gönder

Sonraki Kayıt Önceki Kayıt Ana Sayfa
    English French German Spain Italian Dutch Russian Portuguese Japanese Korean Arabic Chinese Simplified

    Pages

lesfillesdesgrands 2015 ©. Blogger tarafından desteklenmektedir.

    ...

    ...

Recent Comments