Ən Gənc Nobel Sülh Mükafatı Sahibi...
Əslən Pakistanın Svat bölgəsinin Minqora şəhərindən olan Məlalə, Taliban hərəkatının Svat vadisində qızların məktəbdə oxumasına qoyduğu qadağaya qarşı fəal mübarizəsi ilə tanınır. BBC 2009-ci ildə Məlalənin şərhlərini yazması üçün blog açdı. Artıq öz fikirlərini açıq ifadə edən Məlalə Talibanın bölgədə nələr etdiyini və qız uşaqlarının təhsil almasının vacib olduğu barədə yazılar yazmağa başladı. 'Pakistanlı qızın gündəliyi " adı altında yazdığı yazıların Məlalə aid olması məlum oldu. Bundan sonra 2009-cu ilin yaz aylarında New York Times`ın Məlalənin həyatını əks etdirən sənədli filmi nümayiş etdirildi. O vaxtdan etibarən bir sıra mükafatlar alan Məlalə həm də Pakistanın ilk Milli sülh mükafatına da layiq görülmüşdür.Artıq televiziya və qəzetlərə müsahibə verməyə başlayan Məlalənin şöhrəti artmağa başladı. Ancaq bu tanınma Məlalənin Taliban tərəfindən hədəf alınmasına gətirib çıxartdı.
9 oktyabr 2012-ci ildə Məlalənin də içində
olduğu məktəb avtobusunu saxlayan Taliban üzvləri 15 yaşlı yeniyetməyə iki dəfə
atəş açaraq onu başından və boynundan yaralamışlar. Taliban qruplaşmasının nümayəndəsi İhsanulla İhsan
hücuma görə məsuliyyətin Talibana aid olduğunu bəyan edib və Məlaləni "kafirliyin və əxlaqsızlığın təcəssümü" adlandırıb. Məlalənin Pakistanda
başlayan müalicəsi isə İngiltərənin Birmingham şəhərində Şahzadə Elizabeth
xəstəxanasında davam etdi.
Pakistanın siyasi və dini liderlərilə yanaşı, Əfqanıstan prezidenti
Həmid Kərzai və ABŞ rəsmiləri hücumu pisləyib. ABŞ Dövlət katibi
Hillari Klinton Məlalə Yusəfzayın cəsarətini yüksək qiymətləndirərək,
silahlıların qadının gücü qarşısında zəiflədiyini deyib.
Tamamilə sağaldıqdan sonra Məlalə
BMT-yə çağırıldı. 16 yaşlı qızın BMT-dəki çıxışı ayaqda alqışlanmışdır:
"Mənim hekayəm bir çox qızın hekayəsidir.Biz qaranlığı görəndə aydınlığın, susdurulanda isə səslərimizin mahiyyətini anlayırıq. Gəlin biz
əlimizə kitab və qələm alaq, onlar bizim ən güclü silahlarımızdır. Bir uşaq, bir müəllim, bir kitab və bir
qələm dünyanı dəyişdirə bilər.Taliban məni susdurmağa çalışdı. Ancaq səsim
artıq daha yüksək çıxır. Onlar bacara bilmədi "
2014-cü ildə Nobel Sülh mükafatı, bütün uşaqların təhsil hüququ üçün apardıqları mübarizədən dolayı Hindistandan Kailash Satyarthi və Pakistandan Məlalə
Yusəfzaya verilmişdir. Təhsilinə İngiltərədə davam
edən dünyanın ən gənc Nobel Sülh Mükafatı sahibi Məlalə bütün qız uşaqlarının məktəbə
gedənə qədər bu işi davam etdirəcəyinin
də vurğulanmışdır. ₦
0 yorum:
Yorum Gönder