Tarixdən Öncə İncəsənət...ART before History...

Qədim Dövr İncəsənəti

İnsanın insan olduğunu dərk etmədiyi zamanlarda belə vardı incəsənət.. hətta dünyanın özü belə o zamankı əl dəyməmiş gözəllikləri ilə bir incəsənət nümunəsi deyildimi?! 
Bizə məlum olan ilk sənət nümunələri Avropada 40.000-10.000 il bundan öncə Alt Paleolit dövründə yaradılmış hesab olunur. Bu dövrdən bizə gəlib çatan mağara rəsmlərində və kiçik heykəllərdə əsas ilham qaynağı heyvanlar aləmi olmuşdur. Alimlər düşünür ki, bunlar ov etməyə kömək etsin deye həyata keçirilmiş dini ayinlərdən qalmadır. 


Chauvet mağarası, Vallon-Pontd'Arc yaxınlığı. e.ə 18-16. əsrlər

   Buz dövrünün bitməsi ilə Avropadakı ovçu-yığıcı dövrün də sonu gəlmiş, Neolit dövrünün başlaması ilə Yaxın və Orta şərq regionu əsas inkişaf mərkəzinə çevrilmişdir. (İnkişafın şərqlə qərb arasında dövr etməsi demək ki, hələ ən qədim dövrlərdən mövcud olmuşdur.)
    Neolit dövrünə keçid oturaq həyatı da özü ilə gətirir və ilk şəhərlər, ibadətxanalar təqribən e.ə. 4500-cü illərdə Cənubi Mesopotamiya (bugünkü İraq ərazisində) yaradılır və Şumer mədəniyyəti e.ə. 3500-cü ildə meydana çıxır. Şumerlər dulusçuluq çarxının, təkərin, yük arabasının, kotanın və yazının yaradıcıları olaraq bilinirlər. Fiqurlu səhnələrin və hekayəllərin yer aldığı dua heykəlləri e.ə. 3000-ci illərdə meydana gəlmişdir. Bu dövrlərdə kralları tanrıların elçisi olaraq ifadə edən heykəllər yaradılır. 
  

Fransa, Aurignakda tapılan fiqurlar dünyada indiyə kimi tapılmış ən qədim heykəllərdir. Heykəllər mamont dişlərindən oyulmuşdur. Bu bölgədəki mağaralardan birində tapılmış bu ayaq izi, böyük ehtimalla, yer üzərində mövcud olan və yaşı düzgün müəyyənləşdirilmiş ən qədim ayaq izidir. Təxminlərə görə, bu ayaq izi təqribən 130 sm olmaqla 8 yaşındakı bir oğlan uşağına aiddir.  


  




  Geissenklösterle mağarasında  tapılmış quş sümüyü və mamont dişindən düzəldilmiş bu tütək dünyanın ən qədim instrumenti olaraq qəbul edilir










Tarixdən öncəki sənətdə qadın fiqurlarına (Venera fiqurları) qadının cəmiyyətdəki rolunun böyük olması ilə əlaqədar çox rast gəlinir...
                                                                                       
Villendorf Venerası. E.ə 24.000-22.000
Bir qadın başı. E.ə 20.000










posted under |

0 yorum:

Yorum Gönder

Sonraki Kayıt Önceki Kayıt Ana Sayfa
    English French German Spain Italian Dutch Russian Portuguese Japanese Korean Arabic Chinese Simplified

    Pages

lesfillesdesgrands 2015 ©. Blogger tarafından desteklenmektedir.

    ...

    ...

Recent Comments