Book review (Ten little niggers, Ten little indians, Then there were none)

Aqata Kristi - On Zənci Balası

(Agatha Christie - Ten Little Niggers)


Aqata əsəri əvvəlcə "Ten little niggers" adlandırsa da, Amerikadakı nəşri irqçiliyə yol açmasın deyə "Then there were none" adlanmış, daha sonra həm İngiltərə, həm də ABŞ-dakı nəşrləri "Ten little indians" və ya "Ten little soldiers" adlanmışdır...
Əsər bir-biriylə əlaqəsi sadəcə kiminsə ölümündə payı olmaqdan ibarət olan 10 nəfərin müxtəlif səbəblər və fərqli formada dəvətlər əsasında "Zəncilər adası"-na gəlməsi ilə başlayır... Bu adada hündür və qəribə qayalar yerləşir. Bu qayaların cizgilərinin məhz enlidodaqlı insan başına bənzəməsinə görə buraya "Zəncilər adası" adını qoymuşlar... Yaşlı hakim... Soyuqqanlı dayə... muzdla müxtəlif tapşırıqlar yerinə yetirən, istədiyinə çatmaq yolunda heç nəyə fikir verməyən adam... dindar və mərhəmətsiz yaşlı qadın... arvadını çox sevən general... sakitləşdirici müalicələr aparan həkim... özündən razı, yaraşıqlı və aradan ən tez çıxan oğlan... istefada olan hərbçilərə bənzəyən müfəttiş və bütün bu qonaqlara adadakı malikanədə xidmət edəcək olan ər və arvad Rocerslər... Bu insanların adaya gəlişi ilə əsl "Survivor" başlanır... Bir-birinin ardınca yollanırlar... o biri dünyaya... Əsərdə sirrli ölümlərlə bağlı diqqət edilməli 2 məqam var: 1. Yemək stolunun üstündə olan 10 zənci fiqurdan birinin hər ölümlə birlikdə yoxa çıxması, 2. Gənc dayə qızın otağında tapdığı şeir:

On zənci balası nahara getdi,
Birisi boğuldu, aradan itdi.

Doqquz zənci balası çox yedilər,
Birisi yuxudan durmadı səhər.

Səkkiz zənci balası Devona qaçdı,
Biri qayıtmadı, qayadan uçdu.

Yeddi zənci balası odun doğradı,
Balta kəsdi birini, altısı qaldı

Altı zənci balası gəzməyə çıxdı,
Birini arı sancıb tez göyə qalxdı.

Beş zənci balası məhkəmə qurdu,
Biri cəzalandı və qaldı dördü.

Dörd zənci balası dənizdə çimdi,
Biri tora düşdü, bilmədi kimdi.

Üç zənci balası heyvanxanada, 
Birini ayı yedi, düşmədi yada.

İki zənci balası gündə uzandı,
Birini gün yandırdı, bircəsi qaldı.

Son zənci balası yoruldu nəsə,
Gedib özünü asdı, qalmadı kimsə


Bir müddətdən sonra artıq ölümün qaçılmaz olduğunu başa düşən qonaqlar ondan neçə qorunacaqlar? Bəs tək ortaq nöqtəsi kiminsə ölümündə ittiham olunmadan müqəssir olan bu insanları öldürmək istəyən kimdir? Dedektiv romanların, xüsusən də, Aqata Kristi dəsti-xəttinin heyranı olanların mütləq oxumalı olduğu (əgər artıq oxumuyublarsa) əsərlərdən ən başlıcasıdı bəlkə də... Onu da qeyd edim ki, Aqatanın məşhur dedektivi Erkül Puaro bu əsərdə yoxdur... Bir də, əsərin tərcüməçisi İlqar Fəhmidir... Gördüyümdə bu adın tanış gəldiyini düşündüm... Sonra yadıma düşdü ki, onun "Aktrisa" əsəri məndə var və filmə də çəkilib... O da xoşuma gələn əsərlərdəndir və film də son dövrlərdə çəkilən Azərbaycan filmlərinin xoşuma gələn nümunələrindəndir...


...

posted under |

0 yorum:

Yorum Gönder

Sonraki Kayıt Önceki Kayıt Ana Sayfa
    English French German Spain Italian Dutch Russian Portuguese Japanese Korean Arabic Chinese Simplified

    Pages

lesfillesdesgrands 2015 ©. Blogger tarafından desteklenmektedir.

    ...

    ...

Recent Comments