Bugün sizinlə yenicə ziyarət etdiyimiz Lətif Kərimov adına Xalça Muzeyi haqqında fikirlərimizi bölüşmək istədik... Muzey elə ilk baxışdan xarici görünüşünə görə içindəki eksponatların heç də görkəmsiz olmadığı barədə düşüncələr oyadır... Xaricdən bükülmüş xalça görüntüsünün yaradılması muzey daxilində eksponatların yerləşməsi baxımından da fərqlilik meydana gətirib...

Muzey 4 mərtəbədən ibarətdir... İlk mərtəbədə kassa, informasiya bölməsi və hədiyyəlik əşyaların satıldığı bölmə yerləşir... Polis yoxlanışından keçdikdən sonra kassaya yaxınlaşıb tələbələr üçün endirimli (3 manat) olan biletlərimizi alıb, muzeyi gəzməyə başladıq... İkinci mərtəbədə bizi qədim və Azərbaycanın hər bölgəsindən olan xalçalarla bərabər, müxtəlif heykəllər, fotolar, bəzəklı qablar, xurcunlar, xalça toxumada istifadə edilən təbii rənglərin alındığı bitkilərin əks olunduğu cədvəllər, şəkillər və s. qarşıladı... Daha yuxarı mərtəbələrə çıxdıqca xalçaların bəzədilməsi üçün istifadə olunan motivlərin daha da mürəkkəbləşdiyini gördük... İkinci mərtəbədə xalçanın toxunması yollarını öyrədən şəkillər, videolar da turistlər tərəfindən diqqətlə incələnirdi...
 |
Hər bir bitki ondan alınan rəngin əsasında rəng zolağında yer alıb... |
Üçüncü mərtəbədə müxtəlif bölgələri təmsil edən xalçalar sərgilənir... Qarabağ, Quba, Təbriz, Şirvan və s. qədimdən bəri xalçaçılqla məşğul olunan zonalarımızın müxtəlif tarixi dövrlərə aid əl işçiliyi burada ziyarətçilərə təqdim olunur. Bizim diqqətimiz ən çox cəlb edən nümunələr Təbriz xalçaçılıq məktəbinin nümunələri oldu... İnsan motivlərinin işlənməsi, rənglərin seçilməsi, canlılığı və s. baxımdan ən çox bəyəndiyimiz xalçalar məhz bu bölgəyə aid olanlar oldu.
 |
Şahnamədən bir illüstrasiya |
 |
Səttar xan |
Bu mərtəbədə həmçinin müxtəlif bölgələr üzrə Azərbaycan xanımlarının qədim geyimləri də sərgilənirdi... Bələdçi xanım muzeyi ziyarət edən turistlərə qədimdə xanımların öz bellərinin incə görünüşünə necə diqqət etdikləri və buna uyğun geyindikləri barədə məlumat verirdi
:)
 |
Naxçıvan qadınının geyimi |
 |
Şəki qadınının geyimi |
Bu mərtəbədə həmçinin dəzgah qarşısında canlı-canlı xalça toxunma prosesinə də tamaşa edə bilərsiniz
:)
Ən maraqlı məkanlardan biri isə "Qarabağ otağı" adlanan içi bu bölgəmizə məxsus evlər tərzində dekorasiya edilmiş məkan idi... Buraya daxil olmaq üçün ayaqqabıların çıxarılması lazım gəlir, burada da muzeyin digər məkanlarında olduğu kimi şəkil və ya selfie çəkdirmək sərbəstdir, sadəcə şəkillərdən də görə biləcəyiniz kimi işıqlandırma zəifdir
:) (Xalça muzeyinin Şuşa filialı da hələlik Bakıda yerləşir...)
Dördüncü və sonuncu mərtəbə isə Lətif Kərimovun xatirəsinə həsr olunmuş guşədən, müxtəlif Azərbaycan rəssamlarının əsərləri əsasında yaradılmış xalçalardan ibaətdir və bu səbəbdən xalçalar daha mürəkkəb və daha görkəmlidir... Ən çox bəyəndiklərimiz isə Tahir Salahovun əsərləri əsasında toxunulan xalçalar oldu...
 |
Lətif Kərimov |
 |
Atəşgah |
 |
Dədə Qorqud |
 |
Üzeyir Hacıbəyov |
 |
Dmitri Şostakoviç |
 |
Eyfel |
Bu mərtəbədə müxtəlif rəsm xalçalarından əlavə yenə də rənglərinin canlılığı və motivlərinin gözəlliyi ilə diqqət çəkən xalçalar və bəzək əşyaları da sərgilənirdi...
 |
Nizami |
 |
Füzuli |
Sonda qeyd etmək istərdik ki, muzey bizə görə Bakıda mövcud olan ən maraqlı məkanlardan biridir... Hər bir kəs gedib görməlidir
:)
0 yorum:
Yorum Gönder