Famous People etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Famous People etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

Charles Maurice de Talleyrand-Périgord👀


Şarl Moris de Taleyran
Taleyran 2 fevral 1754-cü ildə Paris yaxınlığında mövcud olan Qaransyer küçəsində yerləşən evdə dünyaya göz açmışdır. Onun ailəsi Fransanın məşhur zadəgan ailələrindən idi. Atası Şarl Daniel Şalenin knyazı, Periqorun qrafı De Bovil və Mareyin baronu idi. Anası isə krallıq dövrünün saray xanımlarından idi. Onun xaç atası əmisi Aleksandr Anjelik idi ki, gələcəkdə Parisin arxiyepiskopu olacaqdı. Bir dəfə dayəsi onu skafın üstünə qoyan zaman o yıxılmışdı və sağ ayağı ciddi xəsarət almışdı. Lazım olan müalicə edilmədi və nəticədə Şarl Moris ömrünün axırına kimi şikəst qaldı. Dayəsi ilə birgə kiçik Şale şəhərinə getdilər. Burada XV Lüdovikin dövründə görkəmli saray xadimi olmuş Kolberin nəvəsi Mariya Fransuaza yaşayırdı ki, bu da onun qohumu idi."Ailəmin ilk üzvü idi ki mənə çox incəliklə yanaşır və mənə sevilməyin xoşbətliyini bəxş edirdi”- Taleyran sonradan bu qadın haqqında belə yazırdı. 1768-ci ildə 14 yaşlı gənc artiq milli zadəgan titulunu aldı. Kolleci bitirdikdən sonra işləmək lazım gəlirdi. Lakin onun çox seçimi yox idi. Hərbi karyeradan uzaqda idi. İdarəçilik sahəsində vazifəyə sahib olmaq üçün ailənin kifayət qədər pulu yox idi. Tək bir çıxış yolu qalırdı-din xadimliyi yaxud ruhanilik. Kolleci qurtardığı il Şarl Moris valideynləri tərəfindən Reymsə, əmisinin yanına göndərildi. 1774-ci ildə Sen-Sulpis seminariyasına daxil oldu. Sonrada Taleyran yazırdı ki: "Mənim bütün gəncliyim elə bir peşəyə sərf olundu ki, mən onun üçün doğulmamışdım”.Onun ən böyük arzusu dövlət işləri və politik sferada fəaliyyət göstərmək və maliyyə naziri olmaq idi. 4 illik təhsilini o 1778-ci ildə Sorbonda başa vurdu. İl yarımdan sonra din xadimi kimi fəaliyyətə başladı. 1780-ci ildən artıq onun dili ilə desək o, kilsənin "maliyyə naziri"nə çevrilmişdi. Bu isə ona dövlətin maliyyə işlərində və siyasi həyatında iştirak imkanı verirdi. Taleyran artıq inqilab ərəfəsində olan Fransanın siyasi əlaqələrində mühüm yer tuturdu. Gözəl xarici görünüşü, təhsili və ağlı ona Parisin ən valehedici kişisi simasını qazandırmışdı. 1783-cü ildə o, Adelaidu de Flao ilə tanış oldu və onların münasibəti 9 il davam etdi. Onların Şarl Jozef adlı bir oğulları oldu və o Napoleonun məşhur adyutantlarından biri oldu.1788-ci ilin 2 noyabrında kral XVI Lüdovikin əmri ilə baş rahib Taleyrana yepiskop vəzifəsi verildi.
      Taleyran deyirdi ki,Lüdoviklərin,Napaleonların özlərinə güvənmək olmaz.Lakin onların qızıl haşiyəli portretlərinə etibar etmək olar.Məzara qədər də Taleyranın həyat prinsipi belə olmuşdur.O,1790-cı ildə Milli Məclisin prezidenti seçildi.14 iyul 1790-cı ildə Bastiliyanın alınmasının 1 illiyinin qeyd olunması münasibətilə keçirilən təntənəli günü Taleyran 2 dəfə şans oyununda cek-potu qazandığı üçün xüsusilə qeyd edir.Bir müddət sonra Papa onun kilsə ilə əlaqlərini kəssə də Taleyran buna heç də məhəl qoymadı.Çünki ,əslində,papanın qərarı onun da arzuladığı bir iş oldu ki ruhanilikdən azad olmuş oldu. Diplomatiya sahəsində hökumətin ona ehtiyacı var idi.Artıq 1792-ci ilin yanvarında o Londona göndərildi ki, əgər Avropada monarxiyalar arasında müharibə başlansa bu məqamda İngiltərəni bitərəf olmağa razı etsin. Gərgin əmək sərf etməsinə baxmayaraq ingilislərin fransız səfirinə soyuq münasibətindən sonra iyulda o missiyasını tamamladı və Parisə qayıtdı.1792-ci ilin 10 avqustunda yarımminillik fransız monarxiyası devrildi.Taleyran saxta yolla pasport alaraq təcili İngltəryə qaçdı.Əgər biraz da olsa qaçmaqda geciksəydi onun başı havaya uçaçaqdı çünki bunun üçün əsaslı səbəblər var idi.Belə ki,Kralın “dəmir seyfində” Taleyranın krala irəli sürdüyü təklifləri əks etdirən 2 sənəd tapılmışdı.Beləlikə Taleyran üçün həmişəlik olmasa da uzun bir müddətlik Fransaya yol bağlanır. 1794-cü ilin yanvarında Taleyran İngiltərə hökuməti tərəfindən ölkəni tərk etmək əmri gəlir.Avropanın bütün monarxiyalarında ona şiddətli nifrət var idi və bu səbəblə Taleyran Filadelfiyaya getdi.9 termidor çevrilişindən sonra 1796-cı ilin 20 sentyabrında Parisə qayıtdı.Artıq həm dünyada həm də Taleyranın həyatında yeni dönəm başladı.Artıq inqilab Fransada başa çataraq  öz sərhədlərini aşdı və bütün Avropaya yayıldı.Feodal Avropasının “Atlı Robespyer” adlandırdığı Napaleonun sözləri Alpdan o tərəflərdə də guruldayırdı.Taleyran görürdü ki,ölkə açıq şəkildə hərbi diktaturaya doğru gedir.İlk növbədə direktoriyaya öz xidmətlərini təqdim etməli rəğbət qazanmalı idi.5 üzvlü direktoriyada 3-ü onu rüşvətxor,4-cüsü oğru və rüşvətxor,5-cisi isə satqın,oğru və rüşvətxor hesab edirdi.Onlardan biri deyirdi ki,Taleyran xarici qüvvələrin gizli xidmətçisidir,həyatda hələ belə insan olmayıb.Digəri isə deyirdi ki,Taleyran paltar dəyişdirirmiş kimi prinsip dəyişdirir.Lakin belə güclü ağıla ehtiyac var idi. Nəticədə Taleyran 3ün 2yə səsçoxluğu ilə Taleyran XİN vəzifəsinə təyin olundu. O bu işində müvəffəqiyyət qazandı.Taleyran ilk 2 il ərzində işbirliyi və müqavilələr əsasında xarici ölkələrdən 13 mln 650 min frank rüşvət almışdı.Taleyran direktoriyaya əks hərəkət etmədən sadəcə baş tutacaq işləri tezləşdirmək üçün rüşvət alırdı və bu sahədə onun özünəməxsus etikası var idi, belə ki “əgər işi görə bilirsənsə al, görə bilmirsənsə geri qaytar”.



Taleyranın memuarlarının böyük hissəsi Napaleona həsr olunmuşdu.Onların bəzi ortaq cəhətləri də var idi.Məsələn,insanlara qarşı nifrət,öz uğurlarına inam,mənəvi dəyərlərə əhəmiyyət verməmək və s. Fərqli cəhətləri isə o idi ki,Napaleon o qədər emosional idi ki, sanki içində hər an partlaya biləcək bir vulkan yatırdı.Taleyran isə həddindən artıq soyuqqanlı idi və sanki buz qabığı ilə örtülmüşdü.Taleyrana görə cibinə xeyir gətirməyən hər şey mənasız və lazımsız idi.Napaleon ömrünün sonuna yaxın Taleyran haqqında belə demişdi “O,intriqaların,əxlaqsızlıqların insanıdır ,lakin o həm də,çox böyük ağıla malikdir və mənim nazirlərim arasında o ən bacarıqlısı olmuşdur”.Taleyran heç vaxt Napaleon ilə rəqabət aparmırdı və özünü onunla müqayisə etmirdi,çünki bilirdi ki,Napaleon hər zaman idarə edən O.isə qulluqçu olacaq.Taleyran Napaleona heç vaxt nə etmək lazım olduğunu deyil,onun arzuladıqlarını ən yaxşı hansı yolla etmək lazım olduğunu deyirdi. Napoleon yaxşı başa düşürdü ki, məhz Taleyranın istedadı sayəsində Avropada qüvvələr nisbətini öz xeyrinə dəyişə bilər. O diplomatik oyunlarda çətin vəziyyətdən məharətlə çıxırdı.
Taleyranın sevgi hekayələrindən biri özü də gözləmədən nigahla nəticələnib. Hələ 1798-ci ildə Taleyran direktoriyanın XİN olan vaxtı hindistanlı Qran xanımla tanış olur. Bu xanım Fransadakı səfirlərdən birinin keçmiş xanımı olub.Fransada həbsə düşən Qran məhz Taleyranın xaişi ilə azad olunmuşdu və onun evində yaşamağa başlamışdı. Lakin digər səfirlərin xanımları buna etiraz etməyə başlayırlar və söhbət Napaleonun qulağına çatanda o, Taleyranın qarşısına 2 şərt qoyur:ya xanımla evlənmək ya da təcili göndərmək. Napaleona müqavimət göstərməyin mümkünsüz olduğunu başa düşən Taleyran Qran xanımla qanuni nigaha girir.
Napaleon Taleyrana imperator nəslindən olan şahzadələrə məxsus “Əlahəzrət” titulu verir və ildə 300min frank verirdi.Taleyranın isə tək vəzifəsi təntənəli günlərdə iştirak etmək və imperatorun taxtının yanında əyləşmək idi.Bu da Taleyrana sərf edirdi ki, uzaqdan durub hadisələrin inkişafını izləsin.1808-ci ildə Napaleon İspaniyanın və Portuqaliyanın işğalına başladı.Taleyran isə buna qəddar və lazımsız addım kimi baxırdı.Taleyran bilirdi ki,bu hadisələrinsonu böyük fəlakətdir ,lakin o,bu barədə nəinki Napaleona xəbərdarlıq edirdi ,əksinə onu tərifləyərək daha da ilhamlandırırdı. Napaleonun I Aleksandrla görüşə Taleyranı da özü ilə aparmaq  təklifi isə Taleyranın həyatında həlledici an oldu.Bu görüşdə I Aleksandr gözlənilməz bir sürprizlə qarşılaşdı.Belə ki,Taleyran gecə Aleksandrın otağına gələrək bu sözləri dedi “Siz Napaleona müqavimət göstərməklə Avropanı xilas edə bilərsiniz.Fransız xalqı sivildir,Fransa hökmdarı isə yox,Rus xalqı sivil deyil ,rus hökmdarı isə sivildir.Rus hökmdarı fransız xalqı ilə ittifaqa girməlidir”.Bu daha bir neçə gizli danışığın başlanğıcı idi. Taleyran Parisə qayıtdıqdan sonra da Metternixlə və I Aleksandr ilə gizli danışıqları davam etdirdi.Hər dəfə də məktubları fərqli adlarla yazırdı (adətən Anna İvanovna).
Napoleonun Rusiyaya yürüşü müvəffəqiyyətsizliklə nəticələndi. Antifransız koalisiyası başda I Aleksandr olmaqla Fransa ərazisinə soxuldular. I Aleksandr və Prussiya kralı Taleyranın görünüşünə gəldilər. Burada Taleyran onları inandırmağa çalışdı ki, Fransa taxt-tacını Burbonlara həvalə etmək lazımdır və bilirdi ki, bütün Fransa köhnə nəslin hakimiyyətə qayıtmasını arzulayır.Taleyran məqsədinə çatdı. 3 mayda yeni kral XVIII Lüdovik paytaxta gəldi. Onun dövründə knyaz yenidən Xaric işlər naziri oldu və Napoleondan aldığı bütün titulları saxladı. Lakin vəziyyət onun üçün getdikcə çətinləşirdi. Çünki emiqrantların əksəriyyəti və kralın özü də Taleyrandan qorxur və ona etibar etmirdi.1814-cü ilin yayında məhz Taleyran Fransanın rəsmi təmsilçisi simasında Vyana konqresinə göndərildi. Fransa uzunmüddətli qanlı müharibələrdən sonra dağılmış halda idi və işğallara məruz qalmışdı. Taleyran bu konqresdə əsil diplomatik qabiliyyətlərini nümayiş etdirdi,çünki əslində onun əlində heç bir əsil güc yox idi. Fransanın qarşısında Rusiya,Prussiya,İngiltərə və Avstriya dayanmışdı.Əgər bu ölkələr konqresdə müəyyən qədər də olsa birlikdə hərəkət etsəydilər Taleyran onların diktə etdiyi hər şeyi qəbul edib uyğunlaşmalı idi.Bu səbəblə Taleyran gəldiyi ilk gündən etibarən mürəkkəb və incə şəkildə intriqalar şəbəkəsi toxumağa başladı ki,müttəfiqlərdən birindən digərinə qarşı istifadə etsin.İlk vaxtlarda işi çətin idi,çünki onu “əsrin ən böyük alçağı” adlandırırdılar və ona katolikliyi inqilabçılara satan şəxs kimi baxırdılar.Lakin Taleyran bütün bunlara baxmayaraq öz çətin işini davam etdirirdi,əsas məqsədi koalisiyanı dağıtmaq idi.1815-ci ilin yanvarında, yəni 3,5 ay sonra Taleyran öz məqsədinə nail oldu, belə ki, İngiltərə, Avstriya, Rusiya və Prussiyanın da daxil olduğu dördlər ittifaqını yaratmağa nail oldu.Bu böyük diplomatik uğur öz ardıyca başqa uğurlar da gətirdi. Knyaz konqresə yeni bir konsepsiya ilə gəlmişdi ki, bunun da əsasında legitizm (inqilabın devirmiş olduğu padşah sülaləsinə tərəfdar olan monarxist cərəyan) ideyaları dururdu. Fransanın başlıca məqsədi 1792-ci il sərhədlərini saxlamaqdan ibarət idi.Həmin dövrdə bu Fransa üçün olduqca uyğun idi,çünki yeni müharibə üçün gücləri yox idi. Taleyran üçün Fransa xarici siyasətinin əsas bazisi-İngiltərə ilə ittifaq və dostluq,Avstriya ilə lazım gəldyi halda Prussiyaya qarşı yaxınlıq idi.1815-ci ilin 9 iyununda o artıq Vyana konqresinin qərarlarını imzaladı.Fransa nəinki əvvəlki sərhədlərini qoruyub saxlaya bildi,Prussiyanın təkidlərinə baxmayaraq Saksoniya kralı bütün səlahiyyətlərini əlində saxlaya bildi.Təbii ki bu təmənnasız olmadı,Taleyran bunun üçün kraldan 5 mln frank almışdı, Baden hersoqundan 1 mln, IV Ferdinanddan isə 6 mln frank rüşvət almışdı.
Napaleonun Elba adasından qayıtması və hakimiyyətini yenidən bərqərar etməsi Taleyran üçün sürpriz oldu.Lakin Ferdinand Bakın 1933-cü ildə işıq üzü görən “Taleyranın sirri” adlı kitabında Napaleonun Elbadan qaçmasına məhz Taleyranın köməklik etdiyi yazılsa da bu fikir hər hansı bir elmi fakta əsaslanmır.Napaleon yenidən Taleyrana nazir olmaq təklifi etsə də Taleyran bununla razılaşmadı.Napaleonun 100 günlük hakimiyyətindən sonra yenidən burbonlar hakimiyyətə gəldi.1815-ci ilin 24 sentyabrında taleyranın karyerası başa çatdı.Aktiv siyasətdən uzaqlaşdıqdan sonra Taleyran 5 cildlik memuarlarını qələmə aldı.Ölümünün yaxınlaşdığını hiss edən Taleyran qardaşı oğlunun təkidi ilə kilsə ilə barışdı, papa XVI Qriqoriyə məktub yazdı. Belə deyirdilər ki "o bütün həyatı boyunca kilsəni, ölümündən əvvəl isə şeytanı aldatdı" 17 may 1838-ci ildə Lui Filipp bacısı ilə birlikdə Taleyranı ziyarət etdilər və bir neçə saat sonra şarl Moris 84 yaşında vəfat etdi. Ölümündən əvvəl o yazırdı ki, "Mən Direktoriyadan bu günədək olan bütün rejimlərə xidmət etdiyim üçün əsla özümü təqsirləndirməyəcəyəm çünki mən istənilən halda Fransaya xidmət etmişəm!" Taleyran üçün deyirdilər ki,o,onu alanların hamısını satıb deyə belə varlıdır.

P.S. Qeyd edim ki, məlumatların əksəriyyəti rus tarixçisi Yevgeny Viktorovich Tarlenin - Taleyran kitabından götürülmüşdür.Müəllifin Napaleondan bəhs olunan kitabına da nəzər sala bilərsiniz.
Devamını Oku

posted under | 0 Comments

FAMOUS PEOPLE (Stalin)

STALİN

İosif Vissarionoviç Çuqaşvili (əsl adı)...
Gürcüstanın Qori əyalətində dünyaya gəlib. İnqilabi hərəkatlara qarışdığı üçün Sibirə sürgün edilir. Rusiyanın Almaniyaya qarşı müharibəsinin III ilində cəbhədə adam azaldığından Çar öz düşmənlərini cəbhəyə göndərmək qərarına gəlir. Ancaq Stalinin sol qolu sağ qolundan 4 sm qısa idi və sol ayağının II və III barmaqları pərdəli, bitişik olduğundan bunları şeytanın əlaməti kimi görüb onu cəbhəyə aparmadılar...


Qızı Svetlananın yazılarından:
"Atam illeqal fəaliyyət göstərən Bolşevik partiyası üçün bank soymuşdu. Ən sevdiyi ləqəbi Koba idi. Gündüzlər ova çıxır, gecələr qatillər və oğrularla kart oynayırdı. Çarın devrilməsindən sonra siyasi dustaqlara amnistiya verilir. Stalin də Leninlə birlikdə evə qayıdır. O, atamın ən sevdiyi adam idi...


Sürgündən qayıdan Stalin yaxın dostlarının qızı və gələcək arvadı Nadyanı görür. 
Çarın devrilməsindən sonra vətəndaş müharibəsi başlayır. Koba Stalin adını məhz bu ərəfədə götürmüşdür...




Leninin iki yaxın adamı Stalin və Trotski bir-biri ilə yola getmirlər. Stalin Xalq Komissarı kimi getdiyi əyalətdə Qızıl ordunun tərkibində Trotskinin əmri ilə Çar dövründən qalan zabitlərin xidmət etdiyini öyrənir. Zabitləri suda boğduran Stalin Trotskiyə yazdığı teleqrafda deyirdi: "Xəyanətlərindən şübhələnilən əvvəlki çar zabitlərindən 24-ü boğulub. Bu çox bədbəxt qəzadır. Onların əvəzinə daha uyğun adamların təyin olunması diləyi ilə"
Trotski bu hadisədən sonra Stalini heç vaxt bağışlamır. Stalin ona "yəhudilərin kralı" deyirdi...



1922-ci ildə Partiyanın Baş katibi vəzifəsi yaradılması və bu işin kimin öhdəsinə verilməsi məsələsi müzakirə olunur. Lenninin təklifi ilə Trotski : "Məni bu işə təyin etməyin, yoldaş, bir "ulaq" tapın. Stalin ola bilər" deyir. Stalin isə heç kimin qəbul etmədiyi bu vəzifəsini öhdəsinə götürür. Bu vəzifənin köməyi ilə ətrafındakı adamların sayını artırır, bəzilərinin vəzifəyə gətirilməsini təmin etməklə onları özünə borclu edir. Leninin iflic xəbəri gəldikdə heç kimin istəmədiyi bu vəzifə Stalini partiya təhlükəsizliyinin başına gətirir...


Stalin Leninin xəstəliyi ərzində oxumağı üçün içində yalnız yaxşı xəbərlərin olduğu saxta qəzet də nəşr etdirmişdir.
Lenin öldükdə onun mumyalanıb Qızıl Meydandakı mavzoleyinə dəfn edilməsi də Stalinin fikri idi. Stalin Trotskiyə dəfn günü haqqında yanlış məlumat verdiyindən həmin gün Trotski orada iştirak etmirdi...



 İlk arvadından olan oğlu Yakov yəhudi bir qızla evlənmək istədikdə buna icazə verməyən Stalin Yakov özünə qəsd edib yaralandıqda :"Necə də axmaqdır, özünü vurmağı belə düzgün edə bilmir" deyir.
Yakovun İkinci Dünya Müharibəsi zamanı əsir düşdüyü xəbəri gəldikdə Stalin : "Mənim Yakov adında oğlum yoxdur" demişdir...


 SSRİ-də göstərilən hər kino onun təstiqini almalı idi, özü ən çox amerikan filmlərini sevirdi. Xüsusən də, ən sevdiyi filmlər Charlie Chaplin filmləri idi...



Həm uzun müddət ona dostluq etmiş, həm də rəqib kimi gördüyü ətrafındakı insanları ya öldürtdü, ya da sürgünə getdi. Partiyanın Baş katib səsverməsində güclü potensialı olduğunu gördüyü Kirovu öldürtdürüb, qəbri daşındıqda isə göz yaşı tökməkdən geri qalmadı.
Trotski isə əlindən Mexikoya qaçdığı Stalinin qəzəbindən canını qurtara bilmədi və orada öldürüldü...


Partiyanın konqreslərində Stalin uzun dəqiqələr ərzində alqışlanırdı, çünki heç kim alqışı ilk kəsən adam kimi diqqət çəkmək istəmirdi. Stalin özünə qarşı kifayət qədər diqqət göstərməyən nümayəndələri öldürürdü....


 Hitlerə qarşı verdiyi savaşda Tanrını da yardıma çağırır. "Bu müqəddəs müharibədir" deyə çıxış edən Stalin bağlatdırdığı kilsələri 1942-ci ildə yenidən açdırıb... 

Devamını Oku

posted under | 0 Comments

İkinci Papa, the second Pope

II Papa - Müqəddəs Linus (II Pope - St. Linus, Aziz Linus) 

Toskana əsilli papadır. Papalıqla yanaşı Roma şəhərinin Yepiskopu vəzifəsində də çalışmışdır. Roma katolik kilsəsi onu Müqəddəs pyotrdan sonra II Papa kimi qəbul edir. Pyotrdan o öləndən sonra Linusun papa olmasını dəstəkləmişdir. Həvarilərin də dəstəyini qazanaraq Linus Papa olmuş və sonralar Papa olacaq I Klementi də öz yerinə Roma yepiskopu təyin etmişdir. Özündən sonra Papa olacaq Anakletus isə başqa bir şəhərə yepiskop təyin olunmuşdur. 



Deyilənə görə, kilsəyə girən qadınların başını bağlamalı olduğunu bildirən şəxs odur.  



Roma imperatoru Neron
Linusun necə ölməsi barədə inanılan fikirlərdən biri onun imperator Neron tərəfindən öldürülməsidir. Belə ki, Neron xristianlığın yayılmasını qəbul edə bilməmiş, xristianlara zülm etmişdir. Bu səbəbdən kilsələri bağlatdırıb, din adamlarını edam etdirmişdir. Papa Linus ona sığınan xristianlara kömək etməyə çalışdıqda əsgərlər hücum edir və yaranan münaqişədə Papa öldürülür. Bundan sonra da xristianlara zülm edilməyə davam edilsə də, onun yayılmasının qarşısını almaq mümkün olmur və sonrakı Papa Anakletusun dövründə o, bu  dini daha böyük ərazilərə yaymağa nail olur. Nerondan sonra Roma imperatorluğu xristianlığı qəbul etdi və hətta Senatda belə Papalara yer verildi. 
Bəziləri isə Linusun xəstəlikdən öldüyünə inanırlar. 


Onun məzarının tam olaraq harda olduğu bəlli deyil. 1615-ci ildə torrigio adlı bir şəxs üzərində Linus yazan məzar tapır və bunun Papanın məzarı olduğunu iddia edir. lakin sonrakı araşdırmalar əslində məzar daşında "Anullinus" yazdığını, aşınma nəticəsində əvvəlki hərflərin silindiyini göstərir. Bəziləri isə onun Vatikanda Müqəddəs Pyotrun yanında dəfn edildiyini deyir.  





Devamını Oku

posted under | 0 Comments

Ən Gənc Nobel Sülh Mükafatı Sahibi...

Əslən Pakistanın Svat bölgəsinin Minqora şəhərindən olan Məlalə, Taliban  hərəkatının Svat vadisində qızların məktəbdə oxumasına qoyduğu qadağaya qarşı fəal mübarizəsi ilə tanınır. BBC  2009-ci ildə Məlalənin  şərhlərini yazması üçün  blog açdı. Artıq öz  fikirlərini açıq ifadə edən Məlalə Talibanın bölgədə nələr etdiyini və qız uşaqlarının təhsil almasının  vacib olduğu barədə  yazılar yazmağa başladı. 'Pakistanlı qızın gündəliyi " adı altında yazdığı yazıların Məlalə  aid olması  məlum oldu. Bundan sonra 2009-cu ilin yaz aylarında New York Times`ın  Məlalənin  həyatını əks etdirən  sənədli filmi nümayiş etdirildi. O vaxtdan etibarən bir sıra mükafatlar alan Məlalə həm də Pakistanın ilk Milli sülh mükafatına da layiq görülmüşdür.Artıq televiziya və qəzetlərə müsahibə verməyə başlayan Məlalənin şöhrəti artmağa başladı. Ancaq bu tanınma Məlalənin Taliban tərəfindən hədəf alınmasına gətirib çıxartdı.

9 oktyabr 2012-ci ildə  Məlalənin də içində olduğu məktəb avtobusunu saxlayan Taliban üzvləri 15 yaşlı yeniyetməyə iki dəfə atəş açaraq onu başından və boynundan yaralamışlar. Taliban qruplaşmasının nümayəndəsi İhsanulla İhsan hücuma görə məsuliyyətin Talibana aid olduğunu bəyan edib və Məlaləni  "kafirliyin və əxlaqsızlığın təcəssümü" adlandırıb. Məlalənin Pakistanda başlayan müalicəsi isə İngiltərənin Birmingham şəhərində Şahzadə Elizabeth xəstəxanasında davam etdi.


Pakistanın siyasi və dini liderlərilə yanaşı, Əfqanıstan prezidenti Həmid Kərzai  və ABŞ rəsmiləri hücumu pisləyib. ABŞ Dövlət katibi Hillari Klinton Məlalə Yusəfzayın cəsarətini yüksək qiymətləndirərək, silahlıların qadının gücü qarşısında zəiflədiyini deyib.


Tamamilə sağaldıqdan  sonra Məlalə BMT-yə çağırıldı. 16 yaşlı qızın BMT-dəki çıxışı ayaqda alqışlanmışdır: "Mənim hekayəm bir çox qızın hekayəsidir.Biz qaranlığı görəndə aydınlığın, susdurulanda isə səslərimizin mahiyyətini  anlayırıq. Gəlin biz əlimizə kitab və qələm alaq, onlar bizim ən güclü silahlarımızdır. Bir uşaq, bir müəllim, bir  kitab və bir qələm dünyanı dəyişdirə bilər.Taliban məni susdurmağa çalışdı. Ancaq səsim artıq daha yüksək çıxır. Onlar bacara bilmədi "   




2014-cü ildə Nobel Sülh mükafatı, bütün uşaqların təhsil hüququ üçün apardıqları mübarizədən dolayı Hindistandan Kailash Satyarthi və Pakistandan Məlalə Yusəfzaya verilmişdir. Təhsilinə İngiltərədə davam edən dünyanın ən gənc Nobel Sülh Mükafatı sahibi Məlalə bütün qız uşaqlarının məktəbə gedənə qədər bu işi davam etdirəcəyinin də vurğulanmışdır.                                                                                                                       ₦



Devamını Oku

posted under | 0 Comments

Birinci Papa, the first Pope

I Papa - Müqəddəs Pyotr (I Pope - St. Peter, Aziz Petrus) 

d
 Peter Paul Rubensin "Müqəddəs pyotr" əsəri.
Rəssam  Pyotru əlində tutduğu Cənnət və cəhənnəmin
            açarları və əynində Pallium ilə rəsm etmişdir.
 Papalığın adı onunla bağlıdır. İsanın 12 həvarisindən biridir. Həmçinin Simon, Peter, Kifas adları ilə də bilinir. Fələstində dünyaya gəlib. Balıqçı olmuşdur. Katolik kilsəsinə əsasən ilk Papa hesab olunur. Qədim yəhudi dilində (ivrit) Kifas "qaya" anlamına gəlir. Bu ləqəbi Pyotra İsa peyğmbər vermişdir. O: "Mən öz evimi bu qayanın üzərində quracam" demişdir. Yəni İsa peyğəmbər öz ardıcıllarının ondan sonrakı dayağı kimi Pyotru görmüşdür. Bizə məlumdur ki, indi də dünyanın ən böyük kilsəsi olan - Müqəddəs Pyotr kilsəsi Vatikanda yerləşir. Şəkildə göründüyü kimi Pyotrun əlində tutduğu açarlar onun simvollarından hesab olunur. Bu açarlar Cənnət krallığının və Cəhənnəmin açarlarıdır. Xristian inancına görə insanın öldükdən sonra cənnət, yoxsa cəhənnəmə gedəcəyini də məhz o təyin edir. Dünyanın ən məşhur rəssamlarının da rəsm əsərlərində əlində açar tutan insan və yaxud sadəcə açar rəsmi Pyotra işarədir. 

Guido Reni - Müqəddəs Pyotrun
 çarmıxa çəkilməsi











    Pyotrun digər simvolu isə tərsinə çevrilmiş xaçdır. Pyotr İsa peyghəmbər kimi düzünə çarmıxa çəkilə biləcək qədər dəyərli olduğuna inanmamış, bu səbəbdən baş aşağı edam edilmək istəmişdi. Onu qeyd edim ki, bəzi insanlar bu simvolu satanizmlə əlaqələndirmişdir. 



Leonardo da Vinçinin də rəsm etdiyi İsa peyğəmbərin öz həvariləri ilə "Sonuncu şam yeməyi" zamanı Müqəddəs Pyotrla İsa arasında bir dialoq baş verir. Masadan ayrılarkən Pyotr İsadan hara getdiyini soruşur. İsa isə ona cavabında:
-"Pyotr, getdiyim yerə qədər məni izləyə bilməzsən. Ancaq sonradan mənim ardımca gələcəksən" deyir.
Pyotr: Niyə səni indi izləyə bilmərəm? Sənin üçün canımı verərəm..
İsa Məsih: Sən? canını mənim üçün verəcəksən? Sizə düzünü deyim.. Sən məni 3 dəfə inkar etmədikcə xoruz banlamayacaq..
  Deyilənə görə, yəhudilər İsanı mühakimə etmək üçün tutduqdan sonra Pyotru İsanın yanında gördüklərini deyən insanlara Pyotr - "mən onu tanımıram" deyərək İsanı inkar etmişdir. 3-cü dəfə inkar etdikdə isə xoruz banlaması səsi eşidilmişdir.
                                                                                                                            
Leonardo da Vinçi - Sonuncu şam yeməyi
Freska Santa Maria delle Grazie monastrının divarına çəkilib.


Pyotrun İsadan sonrakı həyatı ilə maraqlananlar bu filmə baxa bilərlər :)                                                                                                                                                                                                                  
Bernini - Müqəddəs Pyotrun taxtı
Vatikanda Müqəddəs Pyotr 

kilsəsində yerləşir
Bernininin bu əsərində bürüncdən düzəldilmiş taxt taxtadan düzəldilmiş taxtı bütövlüklə içinə alıb onu qoruyur. Bəziləri taxtadan olan taxtın Müqəddəs Pyotra aid olduğuna inanır.  
Orta əsrlərdə inanclı insanlara bu taxta taxtı sərgiləmək adətə çevrilmişdi. Yeni seçilmiş papalar da bu taxtda otururdular. Aleksandr VII gələcək nəsillər üçün bu dəyəri qorumaq məqsədilə, bu adəti aradan qaldrır və taxtı Berniniyə yenidən dizayn etdirir. Bu zaman Bernini taxtı bürünclə dövrələyir və stulu əhatələyən kilsənin 4 "həkimini" öz əsərinə daxil edir. Bunlar Müqəddəs Avqustin, Müqəddəs Ambrosi, Müqəddəs Afanasi və Müqəddəs Xrisostom idi. Bernininin əsərində yer almış qızıl buludlar isə Cənnəti simvolizə edir. Aşağıdan uzanan buludlar taxtı sanki Cənnətə doğru qaldırır.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                  




Devamını Oku

posted under | 0 Comments

Marie Balter Hekayəsi



Marie  1930-cu ildə alkolik  ananın nigahdan kənar uşağı olaraq dünyaya gəlir. Anası  5 yaşında olan Marieni yoxsulluqdan uşaq evinə  verir. Daha sonra isə bir ailə  onu övladlığa götürər, lakin   onu övladlığa götürən bu ailə sadist çıxar. İtalyan əsilli ər-arvad kiçik qızı evin zirzəmisində bağlayıb ona işgəncə edərlər. Kənardan  baxıldıqda normal və çox hörmətli görünən ailə  bunu illərcə rahatlıqla gizlədə bilirlər və Marie sanki cəhənnəmi yaşayar. Marie Rose 17 yaşında olarkən  depressiyadan iflic keçirər. Halisünasyonlar da gördüyü üçün həkimlər ona şizofren diaqnozu qoyar və  ruhi xəstəxanada yerləşdirilər. Həyatının 17 ilini orada keçirən Marie yemək yeməz, yerindən tərpənməz və tez-tez intihar etməyi düşünər. 34 yaşındakı Marinenin  vəziyyətini həkimlər  yenidən dəyərlədirər və  onun şizofren olmadığına, ağır depressiya keçirdiyinə  qərar verərlər. Dostlarının və xəstaxanada onunla yaxın olan həkimin  köməyi ilə  Marie xəstəxanadan çıxar. 34 ili ziyan olmuş bu qadın qəzəbli, hirsli, ümidsiz olmaq əvəzinə sıfırdan başlamağı seçdi.

Həkimlərin onun  oxumasının  mümkün olmadıqlarını dedikləri halda Marie Salem State Universitetinə Psixologiya fakültəsinə daxil olar və məzun olur.  Özü kimi ruhi xəstəxanada olmuş, daha sonra yaxşılaşmış  Joe ilə evlənir. Təəssüf ki, altı il sonra  Joe ölər və Marie işi ilə daha çox məşğul olmağa başlayar. 
Uzun illər həkim olaraq çalışdıqdan sonra Harvard Universitetində magistr təhsili alar. Psixiatrik xəstələrlə işləyər, konfranslar verər. Ən maraqlısı isə budur ki, o 58 yaşındaykən 17 ilini keçirdiyi Danvers Dövlət Xəstəxanasına  rəhbər olaraq təyin olunur. Verdiyi bir mətbuat konfransda isə Marie  bunları demişdir: "Əgər bağışlamağı öyrənməsəydim, həyatım ziyan edilmiş bir həyat olardı. Və bu gün bu xəstəxanaya idarəçi olaraq geri dönməzdim."  Xəbər agenliklərindən biri isə Marie Rose Balterin yeni vəzifəsi haqqında xəbər verərkən belə demişdir:  "Ən uzun səyahət beynimizdən ürəyimizə etdiyimiz səyahətdir. Bağışlamaq bu səyahətin ən qısa yoludur. Bağışlamağı tələb edən  hər yara, özündə mühüm bir dərs saxlayar. Dərsi görə bilmək üçün yaranı yenidən deşərək üzləşmək məcburiyyətində qalsaq belə ... "

  • P.S.  Marie Balterin həyatı haqqında  1986-ci ildə Nobody`s Child filmi də çəkilmişdir

                                                                                          ₦

















Devamını Oku

posted under | 0 Comments
Önceki Kayıtlar Ana Sayfa
    English French German Spain Italian Dutch Russian Portuguese Japanese Korean Arabic Chinese Simplified

    Pages

lesfillesdesgrands 2015 ©. Blogger tarafından desteklenmektedir.

    ...

    ...

Recent Comments