International Relations etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
International Relations etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

Soyuq müharibədən sonra NATO-nun qəbul etdiyi strateji konsepsiyalar

Soyuq müharibə dövründə NATO-nun rolu və məqsədi açıq şəkildə Sovet İttifaqının törətdiyi təhdidin mövcudluğu ilə müəyyən olunurdu. 1990-cı illərin əvvəllərində Varşava Paktı buraxıldı və Sovet İttifaqı dağıldı. Ənənəvi düşmənlərinin yox olması ilə əlaqədar bəzi şərhçilər, NATO-ya olan ehtiyacın da aradan qalxdığına və gələcək müdafiə xərclərinin və silahlı qüvvələrə qoyulan sərmayənin da əsaslı şəkildə azalacağına inanırdılar.
P.S. Soyuq Müharibə dövründə NATO-nun qəbul etdiyi strateji konsepsiyalar barədə isə buraya "klikliyərək"  blogdakı digər yazımızdan  məlumat əldə edə bilərsinizJ
1991-ci ildən etibarən yeni bir dövr başlamışdır. Bir zamanlar NATO-nun güclü rəqibi olan Sovetlər Birliyi dağılmış, Rusiya və digər köhnə rəqibləri NATO-nun tərəfdaşı, hətta bəziləri üzvü olmuşdur. İttifaq üçün bu dövr dialoq və əməkdaşlığın ön plana çıxdığı dövr kimi dəyərləndirilir.  Həmçinin bu dövrdə məlum təhdid və risklərin böyük ölçüdə azalması, bununla yanaşı isə  qeyri-müəyyən bir  mühitinin yaranmısı, bu mühitin  beynəlxalq təhlükəsizliyi təsiri altına alma xüsusiyyətləri özünü göstərirdi. Artıq beynəlxalq cəmiyyəti yaxından maraqlandıran asimmetrik təhdidlər, terrorizm, kütləvi qırğın silahlarının dövlət xarici güclərin əlinə keçmə riski, gedərək artan qeyri-qanuni miqrasiya və insan qaçaqmalçılığı, narkotik qaçaqçılığı, tükənən su və enerji qaynaqlarının paylanması və nəzarəti,  açıq dənizlərdə nəqliyyatın təhlükəsizliyi, iqlim və ətraf problemlər kimi kompleks mövzular ittifaqın gündəmini işğal etməyə başlamışdır. Belə mühitin formalaşdığı bir zamanda  1990-ci ilin 5-6 iyul tarixlərində  London sammiti keçirilmişdir ki, bu sammitdə NATO və Varşava Paktı üzvlərinin bir-birlərini düşmən kimi görmədiklərinə dair  Bəyannamə imzalandı. Eləcə də, NATO strategiyasında köklü dəyişikliklərin edilməsi ilə bağlı qərar qəbul edildi. London Bəyannaməsində  Orta və Şərq Avropanın yeni demokratikləşən ölkələrinin Avropanın siyasi quruluşunun əhəmiyyətli bir hissəsi olduqları, Avropa təhlükəsizliyin “bölünməzliyi”,  NATO-nun Avropanın bütün dövlətləri ilə əməkdaşlıq edərək qitədə daimi  sülhə nail olmaq cəhdləri vurğulanırdı. Həmçinin London Bəyannaməsində  nəzərdə tutulan Avropa, əməkdaşlığa  söykənən Avropa kimi qiymətləndirilir. Həmçinin, Soyuq müharibənin bitməsi ilə artıq NATO-nun şərqə doğru genişlənməsi məsələsini gündəmə gətirmək nöqteyi nəzərində Avro-Atlantika təhlükəsizlik anlayışı işlədilmiş oldu. Bildiyimiz kimi, 1949-cu il Vaşinqton müqaviləsində  Avro-Atlantik təhlükəsizlik anlayışı deyil, Şimali Atlantika təhlükəsizlik anlayışı işlədilmişdi.



Roma sammiti və 1991-ci il  strateji konsepsiyası: London sammitindən 16 ay sonra, yəni 1991-ci ilin 7-8 noyabr tarixlərində NATO üzvü olan ölkələrin dövlət və hökumət başçıları Romada toplanaraq  NATO-nun Yeni Strateji konsepsiyasını təsdiqlədilər. Roma Bəyannaməsində NATO-nun Orta və Şərqi Avropa ölkələri ilə yeni qurulan əməkdaşlığı və eləcə də  Avropanın  gələcək təhlükəsizliyi ilə bağlı  olaraq izləyəcəyi siyasət, yerinə gətirəcəyi vəzifələr öz əksini tapmışdır. 1991-ci il  Strateji Konsepsiyası daha əvvəlki strateji sənədlərdən bir çox cəhətlərinə görə fərqlənirdi. Birincisi o idi ki, heç bir dövlət ilə qarşıdurma ehtiva etməyən ictimaiyyətə açıq sənəd idi. İkincisi isə,  əsas məqsəd kimi bir tərəfdən ittifaq üzvlərinin təhlükəsizliyini kollektiv müdafiə yolu ilə  qorumağı, digər tərəfdən isə keçmiş rəqiblərlə əməkdaşlıq münasibətləri çərçivəsində  Avropada təhlükəsizliyi inkişaf etdirərək yaymağı hədəfləyirdi. Həmçinin, yeni strateji konsepsiyada  Mərkəzi və Şərqi Avropa ölkələrinin bir sıra təhdidlərlə üz-üzə olduqları, bu təhdidlərin meydana gətirəcəyi böhranlı vəziyyətlərin silahlı qarşıdurmalara çevriləcəyi göstərilmişdir.  Bu təhdidlər belə sıralanmışdır:

  • Etnik münaqişələr
  • Dövlətlərin  sərhəd xəttlərindəki anlaşmazlıqları
  •  Din və məzhəb qarşıdurmaları
  •  Kütləvi qırğın silahlarının yayılması
  • Terrorizm
  • Təxribat
  • Narkotik ticarət

Həmçinin konsepsiyada nəzərdə tutulur ki,  sülhü və beynəlxalq təhlükəsizliyi qorumaq üçün NATO bu təhdidləri dialoq və əməkdaşlıq çərçivəsində  həll edə bilmədiyi  təqdirdə müdaxilə yolu ilə - hərbi güc vasitəsilə  aradan qaldırmalıdır. NATO-nun təhlükəsizlik funksiyasında isə  hər hansı bir dəyişiklik olmamışdır. Yəni “üzv ölkələrin təhlükəsizliyinə  və ərazi bütövlüyünə təminat verilməsi” prinsipi öz etibarlılığını qoruyub saxlayırdı. Ancaq yeni strateji mühitdə NATO-nun sabitlik və təhlükəsizlik məsələlərinə yanaşması daha geniş bir çərçivə qazanmışdır. Beləki, yeni strateji konsepsiyası təhlükəsizliyin  müdafiə qədər siyasi, iqtisadi, ictimai və ekoloji faktorlara də söykəndiyini  qəbul etdi. Konsepsiyada ittifaqın yeni strategiyasının bir-birini dəstəkləyən və  tamamlayan üç ünsürə söykəndiyi də öz əksini tapmışdır. Üç ünsür dedikdə isə  dialoq, əməkdaşlıq və birgə müdafiə nəzərdə tutulur. Burada güdülən əsas məqsəd Avropada və dünyada sabitliyi təmin etmək üçün geniş bir təhlükəsizlik anlayışı çərçivəsində əməkdaşlıq və dialoqu ön plana çıxartmaq olmuşdur.
Bu hədəflərə çatmaq üçün ittifaqın hərbi qüvvəsi əhəmiyyətli  faktor olaraq qalırdı. Ancaq dəyişən təhlükəsizlik şəraitinə uyğun olaraq  NATO qüvvələrində bir sıra dəyişiklik edilməsi nəzərdə tutuldu. Hərbi qüvvələrin həcmi  soyuq müharibə dövründən daha kiçik olacaq, hazırlıq səviyəsi  daha aşağı səviyyədə tutulacaq, ancaq yüksək hərəkətlilik və atəş gücünə sahib olacaqdı. Yeni Strateji Konsepsiyaya uyğun olaraq yenidən təşkil ediləcək hərbi qüvvələr  üç qrupa bölünürdü: Cəld reaksiya qüvvələri, əsas müdafiə qüvvələri və gücləndirilmiş qüvvələr. NATO-ya daxil ölkələrin müdafiə sisteminin milliyyətçi təsirlərdən uzaq tutulması üçün hərbi qüvvələrin çox millətli meyarlara əsaslanmasına da diqqət yetirilirdi.  
Roma sammitində eləcə də, müttəfiq liderlər sülh və əməkdaşlığa dair bəyannamə də verdilər. Bu bəyannamə özündə Mərkəzi və Şərq Avropa ölkələri ilə inkişaf edən əməkdaşlıq kontekstində NATO-nun gələcək vəzifələrini ehtiva edirdi. Bəyannaməyə görə, İttifaq Mərkəzi və Şərqi Avropa ölkələrində keçiriləcək islahatlarla əlaqədar atılan addımları dəstəkləyəcək, bu ölkələrə çətin keçid dövrü ilə əlaqədar planlar təklif edəcək,  üzv dövlətlər öz  siyasi, iqtisadi və elmi mövzulardakı təcrübələrini təqdim edəcəklər. Bu məqsədlərə nail olmaq üçün isə Şimali Atlantika Əməkdaşlıq Şurası(ŞAƏŞ) quruldu. 16 NATO üzvü ilə bərabər  altı Orta və Şərqi Avropa ölkəsi və üç Baltik dövlətin iştirakı ilə qurulan ŞƏAŞ-nın əsas məqsədi üzvlər arasında təşkilati əlaqələri gücləndirmək və təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirmək olmuşdur. ŞƏAŞ Soyuq müharibənin həm fiziki, həm də zehni qalıqlarını  yox etmək üçün yaradılmışdır. ŞƏAŞ illik olaraq hazırlanan iş planlarına əsasən öz fəaliyyətini həyata keçirirdi, 1995-ci ildən sonra isə iki illik planlar hazırlandı.

Vaşinqton sammiti və 1999-cu il strateji konsepsiyası: 50-ci ildönümünü qeyd etmək və 21-ci əsr vizyonunu ortaya qoymaq üçün toplanan, XX əsrin son NATO Dövlət və Hökumət Başçıları Sammiti 23-25 aprel 1999-cu ildə Vaşinqtonda keçirilmişdir. Bu sammit İttifaqın Soyuq müharibə keçmişi ilə qloballaşan dünyadakı funksiyaları arasına bir sərhəd xətti çəkməsi baxımından NATO tarixinin ən əhəmiyyətli sammiti olmuşdur. Əsas gündəliyi Kosovo Böhranı və uzun müddətdirki müzakirə edilən Yeni Strateji Konsepsiya olan sammitdə üç əhəmiyyətli sənəd qəbul olundu: Yeni Strateji Konsepsiyası, Kosovo Bəyannaməsi və Vaşinqton Bəyannaməsi.

NATO Soyuq Müharibə sonrasında dəyişən şərtlərlə ayaqlaşaraq 1991-ci il Roma sammitində Strateji Konsepsiya qəbul etmişdir. Ancaq gedərək artan yeni geostrateji reallığın gerisində qalan bu konsepsiya, 1999-ci ildə  Vaşinqton keçirilən sammitində yenilənmişdir. Müttəfiqlər demokratiya, insan hüquqları və hüquqi dövlətə bağlılıqlarını ifadə etmiş və son əlli ildə dünyada meydana gələn böyük dəyişikliklərə baxmayaraq dəyərlərinin və təhlükəsizlik maraqlarının dəyişməyəcəyini vurğuladılar. 
XXI əsrdə NATO-nun yeri və rolunu müəyyənləşdirən yeni strateji konsepsiyada NATO-nun əsas məqsədləri, öhdəlikləri, strateji perspektivləri, həmçinin onun gələcəkdə siyasi və hərbi inkişaf strategiyası dəqiq müəyyənləşdirilmişdi. Həmçinin,  yeni konsepsiya NATO-nun  Şərqə doğru genişlənməsinin əsasını qoydu. Konsepsiyanın əsas məqsədi kimi NATO-nun bir neçə mərhələdə  Mərkəzi və Şərqi Avropa ölkələrini öz sıralarına daxil etməsi istiqamətində islahatların həyata  keçirilməsi göstərilirdi. “Millətlərarası çevik qüvvələr” adlı yeni strateji konsepsiya ilə alyansın fəaliyyət dairəsini coğrafi cəhətdən genişləndirilməsi nəzərdə tutulurdu. NATO-nun yeni missiyası çərçivəsində ilk dəfə olaraq  “ittifaq xarici” müdaxilə anlayışı ortaya qoyuldu. Bu yeniliyə  görə NATO-nun vəzifəsi yalnız üzv ölkələrin təhlükəsizliyinin müdafiəsi ilə məhdudlaşmır,  lazım olduğu təqdirdə ittifaq xaricindəki  regional və etnik qarşıdurmalara da müdaxilə edə biləcəkdi. Bu çərçivədə münaqişələrin idarə edilməsi və sülh qoruma əməliyyatlarına daha çox diqqət yetirmək  qərara alındı. Beləcə yeni missiya ilə “birgə müdafiə sistemi”ndən “birgə təhlükəsizlik sistemi”nə keçən NATO, Avropa yönümlü təhlükəsizlik anlayışından uzaqlaşaraq qlobal miqyasda təhlükəsizlik missiyasını mənimsədi. Bu konsepsiya  əsasən Balkanlardakı hadisələrlə əlaqədar qəbul edilmişdi və NATO üzvü olmayan Serbiyaya qarşı güc tətbiq etmək üçün hüquqi əsas yaradırdı.
Vaşinqton Zirvəsinin ən əhəmiyyətli müzakirə olunan mövzularından biri də  NATO  dəyərlərinə zidd olaraq  görülən Kosovo Böhranı idi. 1991-ci ildə Avropadakı münaqişələrin  qarşısının alınmasında BMT ilə əməkdaşlıq edəcəyi istiqamətində qərar alan NATO, Kosovaya müdaxilə zamanı bu qərarı yox saydı.  BMT-nin sülhü yaratma missiyasının  müvəffəqiyyətsiz olması, BMT və NATO-nun ikitərəfli qərar qəbul etmə prosesinin  hərbi müdaxilələri gecikdirməsi və eləcə də  Kosovaya müdaxilə edilməsi qərarına  Çin və Rusiya vetosu görə qərar qəbul edilə bilməmişdir. 1998-ci ilin noyabrında keçirilən NATO Parlament Asambleyasında Kosovaya müdaxilə üçün BMT TŞ qərarına ehtiyac duyulmadığı barədə qərar qəbul edilmişdir. Bu mənada Kosovo Böhranı  NATO baxımından bir dönüş nöqtəsi oldu. Avropada təhlükəsizlik və müdafiə məsələlərini  yenidən qiymətləndirməyi gündəmə gətirən böhran, “ittifaq xarici” anlayışının ilk dəfə olaraq NATO-nun Yeni Strateji Konsepsiyasına daxil edilməsinə səbəb oldu. NATO-nun Kosovaya müdaxiləsini qanuniləşdirən bu konsepsiya, bəzi tədqiqatçılar tərəfindən “milli suverenlik” prinsipinin  pozulması kimi qiymətləndirildi. Həmçinin yeni strateji konsepsiyada aşağıdakı məsələlər xüsusilə vurğulanmışdır:
  •  NATO yeni demokratik dövlətləri ehtiva edəcək şəkildə genişlənməyə davam edəcək;
  • Müharibələrin yaranmasına səbəb olmayacaq  şəkildə “Münaqişələrin qarşısının alınması”nı  inkişaf etdirəcək;
  • Şimali Amerika və Avropa təhlükəsizlik sistemlərinin gələcəkdə də  bir-birindən ayrı təsəvvür edilməyəcək;
  • Tərksilah fəaliyyətlərinə davam ediləcək və kütləvi qırğın silahlarının yayılmasının qarşısı alınacaq;
  • BMT Nizamnaməsində qeyd olunan prinsiplərin həyata keçirilməsinə nəzarət etməyə davam edəcək, bu məqsədlə də ATƏT  və Aİ ilə yaxın əməkdaşlıq əlaqələrini  inkişaf etdirəcək;
  • İnsan hüquqlarının qorunması, terrorla və mütəşəkkil cinayətkarlıqla  mübarizəyə  eyni qətiyyətlə davam edəcək
Həmçinin ABŞ irqi ayrı-seçkilik, kütləvi qırğın silahları, beynəlxalq terror və narkotik qaçaqçılığı kimi problemləri NATO Strateji Konsepsiyasına daxil edərək, qlobal məsələlərin NATO vasitəsilə həyata keçirilməsini nəzərdə tuturdu. Beləcə Vaşinqton sammitində qəbul edilən yeni strateji konsepsiyada kollektiv təhlükəsizlik və “ittifaq xarici” prinsiplər çərçivəsində, qlobal miqyasda yeni missiyalar qazanan NATO yavaş-yavaş BMT-nin hərbi qanadına çevrildi. 
11 Sentyabr hadisələrindən sonra isə terrorizm təhdidi və kütləvi qırğın silahları kimi məslələr ön plana  çıxmış oldu.  NATO-nun  həm ittifaq daxili, həm də ittifaq xarici ərazilərdə təhlükəsizlik sistemini qoruma ehtiyacı ortaya çıxdı. Digər tərəfdən isə dünya düzənindəki dəyişikliklər, yeni yaranmış təhdidlər ilə birlikdə NATO konsepsiyasının da  yenilənməsi fikri
ortalığa çıxdı. Həmçinin , 1999-cu il konsepsiyasında əsas məqsəd kimi NATO-nun Şərqə doğru genişlənməsi göstərilmişdir ki, bu məqsədə də nail olundu: keçən 10 il ərzində NATO üzvlərinin sayı 16-dan 28-ə çatmışdır.  2009-cu ilin 3-4 aprelində Strasburqda  keçirilən NATO dövlət və hökümət başçılarının sammitində belə bir qərar qəbul olundu ki, ekspertlərdən ibarət qrup yaradılsın və bu qrup NATO-nun yeni təhlükəsizlik şəraitinə uyğun gələn yeni strateji konsepsiyasını hazırlasın. ABŞ keçmiş dövlət katibi Madeleine Albright rəhbərliyi ilə ekspertlər qrupu yaradıldı ki, bu qrup da yeni konsepsiyanın mətnini hazırladılar. 2010-cu ilin  17 mayında “NATO 2020:təhlillər və tövsiyələr” adlı təklif sənədi  NATO Baş Katibliynə təqdim olundu. Həmin dövrdə bir çoxları elə fikirləşirdi ki, bu təklif sənədinin məzmunu  ilə yeni strateji konsepsiya eyni olacaq. Ancaq noyabrda qəbul olunan yeni konsepsiya kifayət qədər bu təklif sənədindən fərqləndi.

Lissabon sammiti və 2010-cu il strateji konsepsiyası: 19-20 noyabr tarixlərində keçirilən Lissabon sammitində qəbul olunan yeni strateji konsepsiyasında  NATO-nun gələcək  on il üçün  nələr etməsi lazım olduğu açıq və aydın  şəkildə  bəyan edildi.


38 maddədən ibarət yeni konsepsiyanın fundamental vəzifə və prinsiplər başlıqlı ilk bölməsində  1)üzv ölkələrin müstəqillik və təhlükəsizliyinin qorunmasının  hər zaman etibarlı olacağı; 2) İttifaq üzvlərinin müdafiəsi üçün lazımlı olan kollektiv müdafiə; 3)münaqişəli vəziyyətlərin idarə edilməsi və  əməkdaşlıq çərçivəsində üzv ölkələrin təhlükəsizliklərinə təminat verilməsi kimi  üç təməl prinsipin  NATO tərəfindən  yerinə yetirilməsinə davam edəcəyi qətiyyətlə vurğulandı.  Yeni konsepsiyada vurğulanan ən əhəmiyyətli məsələlər biri  bu idi ki,  beynəlxalq cəmiyyətin səylərinin bir hissəsi olaraq NATO-nun böhranlı vəziyyətlərin idarə edilməsindəki rolu daha da artdırılacaq. Avro-Atlantika bölgəsi daxilində və xaricində  NATO digər aktorlarla birlikdə hərəkət edərək siyasi, vətəndaş və hərbi münaqişələri  öz vasitələrindən effektiv  istifadə edərək həll etməlidir.  Digər konsepsiyalarda göstərilən bi sıra əsas məsələlər yenilənmiş formatda yeni strateji konsepsiyada öz əksini tapmışdır. Bunlardan biri də birgə müdafiə prinsipidir. Birgə müdafiə prinsipi(NATO üzvlərindən birinə hücum digərlərinə hücum kimi qiymətləndirilir) Vaşinqton müqaviləsinin 5-ci maddəsində əks olunmuşdur ki, bu da NATO mövcudluğunun təməl maddələrindir. Yeni strateji konsepsiyada isə hücumla hədələmə prinsipi də hücum anlayışna daxil edilmişdir.  Türkiyə ilə İsrail arasında baş vermiş “Mavi Mərmərə” böhranında NATO-nun bu maddəyə nə qədər riayət etdiyi  sual altına alınmışdır. Burada NATO üzvü olan bir ölkəyə NATO üzvü olmayan ölkənin faktiki hücumu baş vermişdi. Lakin Türkiyə İsrail arasında proseslərin tənzimlənməsini NATO deyildə, ABŞ öz üzərinə götürdü.
Təhlükəsizlik mühiti başlıqlı ikinci bölmədə, hal-hazırda Avro-Atlantik regionda sülhün hakim olduğu və NATO-a  istiqamətli şərti hücum ehtimalının aşağı olduğu ifadə edilmişdir. Bununla birlikdə şərti hücumların göz ardı edilmədiyi, xüsusilə ballistik raketlərin yayılmasının NATO bölgəsi üçün ciddi bir təhdid olduğunu vurğulanmışdır. Nüvə silahların, digər kütləvi qırğın silahlarının yayılmasının qlobal sülh və rifah üçün ciddi təhlükəyə səbəb olduğu, terrorizmin NATO ölkələrinin vətəndaşlarının təhlükəsizliyi, geniş mənada isə beynəlxalq sabitlik və rifah üçün birbaşa bir təhdid olduğu vurğulanmışdır.
Müdafiə və yayındırma  başlıqlı üçüncü bölmədə İttifaqın heç bir ölkəni düşmən olaraq görmədiyi, ancaq hər hansı bir üzvün təhlükəsizliyi təhdid edildiyində, NATO-nun öz vəzifəsini yerinə yetirəcəyi vurğulanmışdır.  Nüvə potensialın ətrafında formalaşan yayındırmanın isə  NATO strategiyasının təməl element olduğu qeyd edilmişdir. Xüsusilə Avropada, nüvə silahlarının azaldılması məsələsində Almaniyanın tələbləri, Fransa ilə İngiltərənin etirazı ilə qarşılaşdı. Nəticədə isə “NATO-nun nüvə silahlarına qarşı olduğu, ancaq dünyada nüvə silahları var olduğu müddətdə NATO-nun nüvə gücü kimi qalmağa davam edəcəyi” ifadəsi qəbul edildi.
Münaqişəli vəziyyətlərin idarə edilməsi vasitəsi ilə təhlükəsizlik başlıqlı bölmədə isə  NATO-nun sərhədləri xaricində baş verən münaqişə və qarşıdurmaların, İttifaq üçün birbaşa  təhdid meydana gətirdiyi, bu səbəblə NATO-nun münaqişələrin qarşısının alınması və idarə edilməsi məqsədiylə üzərinə düşəni edəcəyi ifadə edilmişdir. Əfqanıstan və Balkanlardakı əməliyyatlar  münaqişələrin idarə edilməsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini ortaya qoymuşdur.
Əməkdaşlıq vasitəsilə beynəlxalq təhlükəsizliyi inkişaf etdirmə başlıqlı bölmədə NATO-nun qapılarının sonuna qədər ittifaqın dəyərlərini bölüşən, üzvlük statusunun tələblərinə cavab verən  öhdəlik və vəzifələri yerinə yetirən  bütün Avropanın demokratik dövlətlərinə  açıq olduğu vurğulanmışdır. NATO-nun beynəlxalq təhlükəsizlik istəyi daşıyan bütün təşkilat və dövlətlərlə siyasi dialoq və əməkdaşlığını  inkişaf etdirəcəyi, ortaq təhlükəsizlik maraqları mövzusunda bütün dost dövlətlərlə əməkdaşlıq edəcəyi ifadə edilmişdir. NATO-nun  BMT və Aİ ilə fəaliyyət istiqamətlərinə də xüsusi diqqət yetirilib. Əgər “NATO:2020” sənədinə baxsaq orada ayrı-ayrılıqda  NATO-nun BMT, Aİ, ATƏT ilə əlaqələrinə dair başlıqlar var. Yeni konsepsiyada isə ATƏT çərçivəsində təhlükəsizlik mühiti barəsində  xüsusi qeyd yoxdur. Bunun səbəbi isə əsasən Avro-Atlantika təhlükəsizlik məkanında ATƏT-in təhlükəsizlik proseslərində malik olduğu təsir imkanlarının zəifləməsidir. Eyni zamanda “NATO:2020” sənədində NATO-nun Şanxay Əməkdaşlıq Təşkilatı və KTMT ilə əməkdaşlığın qurulması da öz əksini tapmışdır ki, bu təklif yeni strateji konsepsiya öz əksini tapmadı. NATO-BMT arasında imzalanmış 2008-ci il bəyannaməsində əməkdaşlıq prinsipləri öz əksini tapır. Burada NATO və BMT-nin təhlükəsizlik sferasında təməl məqsədlərinin eyni olduğu vurğulanır. Yeni konsepsiyada da NATO növbəti 10 il üçün bu sahədə BMT ilə əməkdaşlığını artırmağı məqsəd kimi qarşısına qoyub. NATO-Aİ əməkdaşlığında  “qarşılıqlı açıqlıq, şəffaflıq və tamamlayıcılıq” prinsipləri ön plana şəkildi.  Aİ üzvü olmayan NATO ölkələrinin   Avropa-Atlantika bölgəsinin təhlükəsizliyinə çox önəmli töhfə verdikləri də xüsusi vurğulanıb.
Strateji konsepsiyada NATO-Rusiya əlaqələrinə də xüsusi diqqət yetirilmişdir. 1997-ci il Madrid sammitində NATO-nun Şərqə doğru genişlənməsinin 1-ci mərhələsində Polşa,Macarıstan,Çexiya NATO üzvünə çevriləndə, Rusiyanın faktiki təzyiqlərini neytrallaşdırmaq məqsədilə NATO-Rusiya arasında təməl akt imzalandı. Yeni konsepsiya ilə  NATO Rusiya əlaqələrində yeni mərhələ başlamış oldu. NATO Lissabon sammitinə Rusiyanı da dəvət etmiş, konsepsiyanın qəbul olunması prosesində iştirak etmişdir. NATO Rusiyanı potensial təhlükə mənbəyi kimi deyil, potensial tərəfdaş kimi görməyə çalışır. Hətta  “NATO Rusiya üçün təhlükə kəsb etmir” ifadəsi də yeni konsepsiyada əks olunub. Həmçinin qeyd edilib ki, “ bunun müqabilində isə NATO Rusiya tərəfindən gerçək tərəfdaşlıq görmək istəyir”.
XXI  əsr üçün İttifaq başlıqlı son bölmədə isə  NATO-nun  fərdi azadlıq, demokratiya, insan hüquqları və hüquqi  dövlət kimi dəyərlərə söykənməsi, üzvlərinin azadlıq və təhlükəsizliyini qorumağın əsas məqsəd olması  və bu yönlərdə  ittifaqın müvəffəqiyyətlə inkişaf etdiyi qeyd edilmişdir.                                                                                                                                  
Devamını Oku

Muxtariyyət yoxsa Müstəqillik?

Kataloniya İspaniyada geniş muxtariyyətə malik bölgədir. Təxminən 32 min kvadrat kilometr ərazisi və 7 milyon əhalisi (İspaniya əhalisinin 18%-dir) olan Kataloniyanın paytaxtı Barselona şəhəridir. Kataloniya ilk dəfə 1871-ci ildə İspaniyadan ayrılmağa çalışır, ancaq uzun danışıqlardan sonra krallığın tərkibində qalmağa davam edir. Kataloniya ilk dəfə 1932-ci ildə İspaniya Respublikasının tərkibində muxtariyyət statusu qazanır. Ancaq bölgə bu statusdan faktiki bəhrələnə bilmir. Çünki 1936-cı ildə İspaniyada vətəndaş müharibəsi başlayır. Diktator Frankonun silahlı qüvvələri 1939-cu ildə Barselonaya daxil olaraq yerli respublikaçılara divan tutur. Kataloniya muxtariyyət hökumətinin başçısı Luis Kompanis edam edilir. 1977-ci ildə Frankonun ölümündən sonra İspaniyada referendum keçirilir və referendumun nəticəsinə əsasən, İspaniya yenidən konstitusiyalı monarxiya sisteminə qayıdır. Kataloniya ikinci dəfə 1979-cu ildə muxtariyyətinə qovuşur. 1980-ci ildə burada keçirilən parlament seçkilərində Jordi Pujol muxtar bölgənin baş naziri seçilir. Kataloniya Parlamenti 135 deputatdan formalaşır və prezidenti dörd ildən bir seçir.
Kataloniyada qazanılan pul sakinlərin gözü qarşısında mərkəz Madridə gedir. İlk dövrlərdə Kataloniya  qazanılmış bir dollardan yerli büdcəsinə yalnız 40 sent əlavə edirdi. Qazanılan pulun 60% vergilərə və mərkəzə xərclənirdi. İspaniya qanunlarına görə hər bir əyalət əhalinin faizinə görə investisiya alır. Lakin, nədənsə bu Kataloniyaya şamil edilmir: İspaniya əhalisinin 18%i burada yaşayır, ölkənin milli gəlirinin 25%i Kataloniyanın payına düşsə də, Kataloniya cəmi 11% investisiya alır.

2003-cü ildə Paskual Maraqall Kataloniyanın prezidenti seçildikdən sonra seçicilərə bölgənin statusunu dəyişdirəcəyini vəd edir. Bu vəddən bir il sonra işçi komissiya təsis edilir və yeni status üzərində çalışmalara başlanılır. İspaniya konstitusiyasında "azlıq" kimi göstərilən kimliklərinin bundan sonra "titullu xalq" mərtəbəsinə yüksəldilməsini təklif ediblər. 2005-ci ildə Kataloniya parlamenti böyük çoxluqla bölgənin yeni status mətninə səs verir. Bu sənəd İspaniyanın müvafiq orqanlarına göndərilir. Kataloniyanın yeni statusu İspaniyanın dövlət və ictimai dairələrində geniş müzakirə mövzusuna çevrilir. Mərkəz isə muxtar bölgənin daha böyük status istəyini etirazla qarşılayır. Yeni status sənədindəki maddələrin İspaniya Konstitusiyası və qanunlarına zidd olması vurğulanır. Kataloniya rəhbərliyinə zidd maddələrin dəyişdirilməsi tövsiyə edilir. Vəziyyətin böhranlı nöqtəyə gəlməməsi üçün qarşılıqlı razılaşma əsasında Kataloniyanın yeni status layihəsinə müvafiq düzəlişlər edilir. 2006-cı il iyunun 18-də keçirilən referenduma maraq az olsa da, sənəd bəyənilir. Bununla da Kataloniyanın muxtar statusu bir qədər də artırılır. Yeni status anlaşmasına görə, Kataloniya ilə İspaniya arasında səlahiyyət bölgüləri dəqiqləşdirilir. Madrid Kataloniya hökumətinin səlahiyyətinə daxil olan məsələlərə qarışmamaq öhdəliyi götürür. Bölgə geniş iqtisadi səlahiyyətlər qazanır. Yığılan verginin tən yarısı Kataloniyada qalır. Hava və dəniz limanları, telekommunikasiya sahələri, daxili təhlükəsizlik və ədliyyə sistemi Kataloniya hökumətinin səlahiyyəti çərçivəsinə daxil edilir. Kataloniyaya verilən geniş səlahiyyətlərə baxmayaraq, katalonların təxminən yarısı müstəqilliyə tərəfdardırlar. Avropada iqtisadi böhran dərinləşdiyindən katalonların müstəqillik tələbləri daha gur səslənir. Çünki, İspaniyada işsizlik artır, iqtisadiyyatda tənəzzül yaşanır, Kataloniya isə artıq Madridə vergi vermək istəmir. 
Belə bir şəraitdə katalonların əksəriyyəti çıxış yolunu azadlıqda görür. Sözdə hər şey çox asan görünür: referendum keçir, müstəqillik əldə et və yoluna davam elə. İlk növbədə, referendumun keçirilməsi üçün İspaniya konstitusiyasına görə mərkəzi hökumətin icazəsi tələb olunur. Onlar isə bu prossesi bacardıqları qədər uzatmağa cəhd göstərir. Referendum zamanı isə əhalinin 2/3 hissəsi Kataloniyanın müstəqilləşməsinə səs verməlidir. Bu gün isə bu rəqəm təqribən 52%-dir. İspaniyadan ayrılma, Avropa İttifaqından ayrılmaq deməkdir. Yenidən bura qoşulmaq üçün isə Aİ-nın tərkibində olan bütün ölkələr “lehinə” səs vermlədirlər. Təbii ki, ən azından İspaniya “əlehinə” səs verəcək. Həmçinin İspaniyadan ayrılma Kataloniya üçün ispan ticarətindən ayrılmaq deməkdir. Kataloniyada istehsal olunan məhsulun 80%-nin daxili bazara çıxarıldığını nəzərə alsaq, bu böyük itki deməkdir. Kataloniyanın azad dövlətə çevrilməsi digər əyalətlər üçün azadlıq mübarizəsində böyük təkan ola bilər. Elə İspaniyada yaşayan basklar da azad olmağa can atacaq, şotlandlar Böyük Britaniyanın tərkibindən çıxmaq istəyəcəklər. 
2016-cı ilin yanvarında  isə Kataloniyanın prezidenti Carles Puigdemont seçilib. 53 yaşlı Puigdemont Kataloniyanın İspaniyadan ayrılması üçün ilk olaraq təşkilatlanmasının vacib olduğunu qeyd edib. 18 ay sonra isə referendumla Kataloniyanın müstəqilliyinin elan olunacağını vəd edir. Ancaq İspan hökuməti Kataloniyanın müstəqilliyi üçün atacağı hər bir addımı Konstitusiya Məhkəməsi vasitəsilə qanuni olaraq tanımayacağını vurğulayır.

P.S.  Kataloniya müstəqilliyini elan etdiyi halda,  muxtar bölgəyə aid Barcelona Futbol Klubu La Liqa`ya daxil edilməyəcək və Barcelona ilə Real Madrid qarşılaşmaları ilə məşhur "El Clasico"  da tarixə qarışacaq.                                          

Devamını Oku

NATO-nun Soyuq Müharibə Dövründəki Strateji Konsepsiyaları




İkinci dünya müharibəsinin bitməsindən dərhal sonra başda ABŞ olmaqla Qərbli müttəfiqlər səfərbər etdikləri qüvvələri azaltmağa başladılar.Artıq qərbi Avropa və ABŞ –ın toparlanmağa və dağılmış Avropa ölkələrini yenidən ayağa qaldırmağa ehtiyacları var idi.Çoxlu sayda konvensional qüvvəti silahaltında tutmağa davam etmək demokratiya ilə idarə olunan ölkələr üçün mümkünsüz olmuşdu.Digər tərəfdən isə Sovet Rusiyasının işğalı altında olan Şərqi Avropada vəziyyət fərql idi.Belə ki Qızıl Ordu işğal altında tutduğu ölkələrdəki qüvvətləri olduğu kimi qorumaqda davam edir sovet siyasi idarəçiləri də kommunizmi dünya miqyasında yayma cəhdləri göstərir Avropanın qalan hissəsini də işğal etmək təhdidinnən geri çəkilmirdi.Soyuq Müharibə dövrü olaraq adlandırılan bu dönəmdə ABŞ bir tərəfdən Trumen doktrinasını və Marşall planını həyata keçirərkən digər tərəfdən də sovet işğalı təhdidinə qarşı Avropanı qorumaq üçün kollektiv müdafiə əsasına söykənən NATO ittifaqını da yarada bildi.
Ümumi mənada NATO-nun yaranışından günümüzədək ittifaqın stratejik yanaşmalarının 4 dövrdən ibarət olduğunu deyə bilərik:
a)soyuq müharibə dövrü (1949-1991)
b)soyuq müharibə dövründən sonrakı dövr (1991-2001)
c)11 sentyabr 2001-ci il hadisəsindən sonrakı təhlükəsizlik məsələsi dönəmi (2001-2010) 
d)NATO-nun Lissabon sammiti və yeni strateji konsepsiyası


1949-cu ildən 1991-ci ilə qədər keçən dönəmdə NATO strategiyasını
əsas etibarı ilə müdafiə və yayındırma olaraq qiymətləndirmək mümkündür.Bu dövrün son 20 ilində dialoqlara və bir qədər yumuşamaya üstünlük verildiyini söyləmək olar.1991-ci ildən sonra isə müdafiə ilə yanaşı işbirliyi və təhlükəsizlik məfhumları da strateji yanaşmalara daxil edilmişdir.1949-cu ildən Soyuq Müharibənin sonuna qədər 4 strateji konsepsiya elan olunmuşdur.1949-1991-ci illər arası dövrdə BM Qərb və Şərq arasında ikiqütblü münaqişə vəziyyətində gerçəkləşirdi.Münasibətlərdə əsas üstünlük dialoq və işbirliyindən daha çox gərginlik və münaqişə istiqamətinə yönəldiyindən təhlükəli və bahalı silahlanma yarışı qaçınılmaz bir fakt kimi ortaya çıxdı.Bu dövrdəki 4 strateji konsepsiyaya qısaca nəzər salaq .
1. NATO-nun ilk strateji konsepsiyası ( Təcavüzü yayındırma)

Şimali Atlantika Şurası tərəfindən 6 yanvar 1950-ci ildə qəbul olunmuşdur.Bu konsepsiyaya görə NATO-nun əsas vəzifəsi təcavüzü yayındırmaqdır.NATO qüvvələrindən ancaq yayınmanın mümkün olmadığı hər hansı bir hücuma məruz qalma təhlükəsi olduğu halda istifadə olunacaqdı.İttifaq üzvləri arasında bir – birini tamamlama və standartlaşma da bu konsepsiyannnın ana maddələri işərisində idi.Hər bir üzvün müdafiəyə olan qatqısı onun iqtisadi sənaye coğrafi və hərbi gücü ilə mütənasib olaraq hesablanırdı.Həmçinin SSRİ-nin güclü hərbi qüvvəsinə qarşı ABŞ-ın nüvə silahından bəhs olunaraq qeyd olunurdu ki ittifaq gərək olduğunda istisnasız olaraq hər cür silah və vasitədən istifadə edə bilər.
2.Koreya müharibəsi və NATO-nun ikinci strateji konsepsiyası (inteqrasiya olunmuş hərbi qüvvələrin formalaşdırılması)
25 iyun 1950-ci ildə Şimali Koreya tərəfindən Cənubi Koreyaya hücum edilməsi NATO-ya və ittifaqın strategiyasına təsir göstərdi.Dərhal iki əsas məsələ kimi NATO-nun hərbi qüvvələrinin gücünün və formasının ələ alinması ortaya qoyuldu.26 sentyabr 1950-ci ildə Şimali Atlantika Şurası mərkəzi idarə altında birləşdirilən hərbi qüvvənin yaradılmasını təsdiqlədi.General Dwight Eisenhauer NATO-nun ilk Avropa müttəfiq hərbi qüvvələri komandiri təyin olundu.Avropa Müttəfiq Qüvvələri qərargahı 1952-ci ilin 2 aprelində Parisdə yaradıldı.Bu tarixə qədər mövcud olan regional planlama qrupları (Kanada-ABŞ istisna olmaqla) ləğv edildi və əvəzində Şimali Atlantika Ali Komandanlığı yaradıldı.Həmçinin bu konsepsiyada Türkiyə və Yunanıstanın da bu ittifaqa üzv olmaları məsələsi öz əksini tapmışdı.Bu konsepsiyada belə bir önəmli ifadəyə yer verilirdi:  “ NATO-nun başlıca məqsədi regiounun təhlükəsizliyini təminat altına almaq Sovet Birliyi və onun peyklərinin döyüş əzmini iradəsini və bacarıqlarını məhv etməkdir.Bu məqsədlə NATO öncəliklə stratejik hava hücumlarını gerçəkləşdirəcək və buna paralel olaraq hava quru və dəniz hərəkatı da icra edəcəkdir.Müttəfiq hava hücumlarında hər cür silahdan istifadə olunacaqdır.Cənubi Koreyanın işğal olunmasının ortaya çıxardığı bir məsələ daha var idi. Lakin bu məsələ bir neçə il sonra ələ alındı : Bu NATO-nun daha üstün müdafiəyə duyduğu ehtiyac idi.Yəni NATO müdafiəsinin Avropada mümkün olduqca Şərqdə və Dəmir Pərdəyə daha yaxın tərtib olunması idi.Əlbəttə ki bu məsələ çox həssas bir mövzu olan Almaniyanı gündəmə gətirdi.Bu məsələ 1955-ci ildə həll olundu.Belə ki ittifaqa dəvət edilən AFR 1955-ci il 6 mayda quruma üzv oldu.
3.Yeni Baxış və NATO-nun üçüncü strateji konsepsiyası
Zamanla ittifaqda formalaşma baxımından irəliləmə müşahidə olunsa da hərbi qüvvələr problemi hələ də gündəmdə idi.Belə ki Şimali Atlantika Şurasının 1952-ci ildə Lissabonda qəbul etdiyi çox iddialı konvensional hərbi qüvvə hədəflərinə nail olmaq həm iqtisadi həm də siyasi cəhətdən müttəfiq ölkələr tərəfindən gerçəyə uyğun görülmürdü.Bunun nəticəsində ABŞ öz müdafiə siyasətində ağırlığı nüvə silahına vermək qərarına gəldi.Bu yeni baxış müdafiəyə daha çox xərc çəkmədən hərbi təsiri artırmağa kömək edəcəkdi.Bu məqsədlə nüvə silahının NATO strategiyasına tam olaraq inteqrasiyasını hədəfləyən çalışmalar qısa zaman ərzində öz nəticəsini göstərdi.NATO-da yaradılan yeni yanaşma qrupu tərəfindən hazırlanan NATO hərbi qüvvələrinin qarşıdakı 5 il ərzində ən təsirli formada yenidən yaradılması 1954-cü ilin sonunda Hərbi Komitədə və bunun ardınca Şimali Atlantika Şurasında qəbul olundu.Bu hesabatda yer alan konsepsiyalar və fərziyyələr sonradan NATO-nun üçüncü strateji konsepsiyasına daxil edildi.Bu nüvə silahının istifadəsindən qəti ifadələrlə bəhs olunan ilk rəsmi NATO sənədi idi.Olduqca uzun çəkən müzakirələrin sonunda bölgənin müdafiə olunması üçün ümumi stratetji konsepsiya və strateji konsepsiyanın həyata keçirilmə tədbirləri adlı 2 sənəd 23 may 1957-ci il tarixində qəbul olundu.Həmçinin Sovetlər Birliyinin NATO bölgəsindən kənardakı siyasi və iqtisadi fəaliyyətlərinin ittifaq üzərindəki təsiri də bu sənəddə yer alırdı.1956-cı ilin 13 dekabrında Şimali Atlantika Şurası tərəfindən Hərbi Komitəyə göndərilən siyasi direktivdə belə bir ifadə qeyd olunurdu : “hər nə qədər NATO müdafiə planlaması ittifaqın məsuliyyət daşıdığı bir bölgə ilə sərhədləndirilmiş olsa da NATO-ya qarşı bölgə xaricində də ola biləcək təhlükəələrin hesaba qatılması gərəkdir.Bu ifadə NATO-nun 60 il əvvəlki liderlərinin ittifaqın bu günlərdə qarşı qarşıya qaldığı problemləri o dönəmdən etibarən görə biləcək bir baxışa sahib olduqlarının sübutudur.
4.Üçüncü strateji konsepsiyanın sorğulanması və NATO-nun dördüncü strateji konsepsiyası
Dövr ərzində meydana gələn beynəlxalq münasibətlərdəki bəzi dəyişikliklər NATO-nun üçüncü strateji konsepsiyasının sorğulanmağa başlanmasına səbəb oldu.Bu strategiya mahiyyət etibarı ilə ABŞ-in nüvə gücünə və bir sovet təcavüzü olduğu halda Amerikanın Avropanı müdafoə etmə iradəsinə söykənməkdə idi.İlk növbədə bəzi Avropalılar ABŞ prezidentinin bir Avropa şəhəri üçün bir amerikan şəhərini fəda edəcəyindən şübhə duymağa başladılar.Ardınca isə SSRİ-nin qitələrarasıballistik roketlərini inkişaf etdirdiyi və nüvə silahına sahib olduğu məlum oldu.SSRİ-nin nüvə potensialı artdıqca NATO-nun sahib olduğu nüvə ilə yayındırma üstünlüyü getdikcə azaldı.”Qarşılıqlı mütləq yox olma” (Mutually assured destruction) kimi terminlər istifadə olunmağa başlandı.Sovetlər Birliyinin təhriki ilə başlayan İkinci Berlin böhranı (1958-1962) bu şübhələri gücləndirdi.1961-ci ildə ABŞ prezidenti J.F.Kennedy məhdud müharibə məsələsindən və bir hesab xətası və ya qəza nəticəsində nüvə roketi mübadiləsindən narahat olurdu.Bu dövrdə Berlin böhranı güclənərək Berlin divarının inşasına yol açdı.1962-ci ilin oktyabrında Soyuq Müharibə Kuba böhranı ilə zirvəyə çatdı.Böhranın həll olunması üçün ABŞ ilə SSRİ arasında əldə olunan anlayış çərçivəsində Kubadakı SSRİ roketlərinin geri çəkilməsi qarşılığında İzmirdəki amerikan Yupiter mərmilərinin Türkiyəyə məlumat verilməsinə ehtiyac duyulmadan sökülməsi ABŞ tərəfindən uyğun görüldü.Bu hadisələrin gedişində ABŞ daha güclü qeyri nüvə NATO strukturunu və yeni strategiyanı gündəmə gətirdi.Lakin bu məsələ ilə bağlı müttəfiqlər arasında razılaşma əldə olunmadı.NATO daxilindəki siyasi çəkişmələr prezident Kennedinin öldürülməsinin ABŞ idarəçiliyini sarsması və Vyetnamdakı müharibəyə ABŞ-ın gedərək daha çox daxil olması yeni bir NATO stratejik konsepsiyasının yaradılması cəhdlərinin dondurulmasına səbəb oldu.
NATO-nun dördüncü  strateji konsepsiyası – “Şimali Atlantika İttifaqı bölgəsinin ümumi müdafiə konsepsiyası “ – Müdafiə Planlama Konsepsiyasında qəbul edilərək son forması ilə 16 yanvar 1968-ci ildə elan olundu.Bu sənəd Fransanın 1966-cı ildə NATO-nun hərbi blokundan ayrılmasından sonra qələmə alına bilmişdi.Yeni strategiyanın nəzərə çarpan 2 əsas özəlliyi mövcud idi: “elastiklik” və “dırmaşma”. “İttifaqın yayındırma konsepsiyası ola biləcək bir təcavüzün NATO-nun bu təcavüzə qarşı qarşılığının nə formada ola biləcəyini təxmin edə bilməsinə dolayısı ilə təcavüzün xüsusiyyəti nə olursa olsun qəbul ediləməyəcək bir risk daşıyacağınəticəsini yaradacaq tərzdə bir əngəl yaradan elastikliyə sahibdir”.
NATO-nun məruz qala biləcəyi təcavüzə qarşı 3 tip qarşılıq forması müəyyənləşdirilmişdi:
1) Birbaşa müdafiə - təcavüzü düşmənin müəyyən etdiyi müharibə səviyyəsində müharibə edərək onu məğlub etmək
2)İdarəli ddırmaşma – böhran yüksəldikcə nüvə silahı istifadə etmə təhdidini gedərək artırmaq yolu ilə təcavüzü məğlub edəcək addımlar atmaq

3)Ümumi nüvə qarşılığı – son yayındırma üsulu
Bu sənədlə bərabər “NATO bölgəsinin müdafiəsində stratejik konsepsiyanın həyata keçirilmə tədbirləri” adlı sənəd də 8 dekabr 1969-cu ildə qüvvəyə mindi.Hər iki sənəd də istər mahiyyət istərsə də şərh olunma baxımından sahib olduqları elastiklik sayəsində uzun müddət dəyişikliyə ehtiyac duymadan soyuq müharibənin sonuna qədər mövcud oldular.
Harmel hesabatı və Soyuq Müharibənin başa çatmasına qədərki dövr. 
Fransanın ittifaqın hərbi qanadını tərk etməsindən sonra 1967-ci ildə NATO gələcək 20 illik dönəmdəki stratejik hədəflərini müəyyənləşdirmək məqsədilə siyasi və hərbi cəhətlərdən təhlükəsizliyə ikili yanaşmanı nəzərdə tutan bir hesabat hazırladı.bu hesabat o zamanın Belçika Xarici İşlər Naziri Paul Harmelin adı ilə “Harmel hesabatı” və ya “NATO-nun gələcəkdəki tapşırıqları ilə bağlı hesabat “ olaraq adlandırılmışdır.
Hesabat bir yandan kifayət qədər müdafiə gücünü ehtiva edərkən digər yandan da ittifaqın yaranışından bu yana var olan təhlükəsizlik mühitinin geniş analizini edərək Qərb-Şərq münasibətlərində gərginliklərin azaldıla bilməsi və Avropanı bölən siyasi problemlərin həllinə yönəlik çalışmalar edilməsini təklif edirdi.Mahiyyət etibarı ilə biri siyasi digəri isə hərbi olmaqla 2 tapşırıq nəzərdə tutulurdu.Siyasi tapşırıq olaraq – Şərq-Qərb arasında balanslı qüvvət endirimlərinə yol aça biləcək təkliflərin verilməsi ; hərbi baxımdan isə - başda Aralıq dənzi olmaqla həssas bölgələrin müdafiə olunması.
Nisbətən yumuşama dönəmində qeydə alınan Harmel hesabatı yayındırma və dialoqu birlikdə ələ alan bir tutumu mənimsəmişdi.Beləliklə təhlükəsizlik məsələlərinə daha işbirlikçi bir yanaşma üçün ilk addımlar atılmış olacaqdı.1967-1991-ci illər arası dövrdə bir tərəfdən iki blok arasında ciddi gərginliklər yaradan hadisələr yaşanmaqda ikən digər tərəfdən də ümid verici bəzi hadisələr cərəyan edirdi.Sovetlərin Əfqanıstanı işğal etməsi və SS-20 roketlərini Şərqi Avropada yerləşdirməsi gərginliyi artırdı.Buna qarşılıq olaraq NATO 1979-cu ilin dekabrında ikitərəfli qərar çərçivəsində Varşava paktına orta və orta-uzun mənzilli ballistik roketlərdə qarşılıqlı azaldılma edilməsini təklif edərkən bir tərəfdən də Pershing və Cruise roketlərini Qərbi Avropaya yerləşdirməyə hazırlandı.Moskvadan müsbət cavabın alına bilməməsi nəticəsində roketlər mənzillərdə yerləşdirildi.
ABŞ – Sovetlər Birliyi arasında stratejik silahların məhdudlaşdırılması (SALT-1) anti-ballistik sistemlər orta-uzun mənzilli Nüvə silahları razılaşmalarının imzalanması SALT-2 və eyni zamanda ABŞ-Sovet stratejik silahların azaldılması görüşləri ilə yumuşamada irəliləmə əldə oluna bilmişdi.Buna baxmayaraq 1980-ci illərin ortalarında hər 2 blok da təhlükəsizliyi artdırmağı ön plana çıxaran cəhdlər etmiş olmaqla bərabər münasibətlərin yeni bir təmələ oturdula bilməsi ancaq Berlin divarının yıxılması Varşava paktının ləğv olunması və Sovetlər Birliyinin dağılmasından sonra mümkün ola bilərdi.

Soyuq müharibə dövrü.
1954-cü ildə Sovetlər Birliyi Avropada sülhü qorumaq üçün NATO-ya qoşulması gərəkdiyi fikrini irəli sürdü.Sovetlər Birliyinin bu yolla ittifaqı zəiflətməyə çalışdığından ehtiyatlanan NATO ölkələri bu təklifi rədd etdi.Qərbi Almaniyanın 9 may 1955-ci ildə ittifaqa daxil edilməsi o dövrün Norveç Xarici İşlər Naziri Harvard Lange tərəfindən “ Qitəmizin tarixində bir dönüş nöqtəsi “ sözləri ilə qiymətləndirildi.Bunun nəticəsi olaraq 1955-ci ilin 14 mayında Sovetlər Birliyi Macarıstan Çexoslavakiya Polşa Bolqarıstan Ruminiya Şərqi Almaniyanın imza atdığı Varşava Paktı təşkilatı quruldu.Beləliklə Soyuq Müharibənin hər iki tərəfi müəyyənləşdirildi. Fransa prezidenti Şarll de Qoll ABŞ-ın ittifaqdakı güclü roluna və öz fikrinə görə ABŞ ilə Birləşmiş Krallıq arasındakı xüsusi münasibətə etiraz etdi.O Eyzenhauer ilə Makmillana 17 sentyabr 1958-ci ildə göndərdiyi memorandumda Fransanı ABŞ və BK ilə bərabər səviyyəyə gətirəcək 3-lü bir quruluş yaradılmasını təklif etdi.Memorandumuna aldığı cavabı yetərsiz hesab edən de Qoll ölkəsi üçün müstəqil bir müdafiə gücü yaratmağa başladı.O Qərbi Almaniyaya Şərqi Almaniyadan axın olduğu halda Fransanın daha böyük bir NATO-Varşava paktı münaqişəsinə qoşulmaq əvəzinə Şərq bloku ilə ayrılıqda barışıq imzalama variantı yaratmaq istədi.1959-cu ilin fevralında Fransa Aralıq dənizindəki qüvvələrini NATO komandanlığından geri aldı.Daha sonra xaricilərə məxsus nüvə slahlarının Fransada yerləşdirilməsini qadağan etdi.Bunun nəticəsində ABŞ 200 hərbi hava vasitəsini Fransadan çıxartmaq və 1950-ci ildən bəri istifadə etdiyi Fransadakı hərbi hava bazalarını 1967-ci ildə fransızlara vermək məcburiyyətində qaldı.1962-ci il Kuba böhranı zamanı Fransa NATO-nun digər üzvləri ilə birlikdə dayanışma göstərməsinə baxmayaraq de Qoll Fransanın Atlantik okeandakı qüvvələrini NATO komandanlığından alaraq müstəqil müdafiə işini davam etdirdi.1966-cı ildə Fransanın bütün silahlı qüvvələri NATO-nun birgə hərbi komandanlığından çəkildi və fransız olmayan bütün NATO əsgərlərinin Fransadan ayrılmasını tələb edildi.ABŞ XİN Dean Rusk etdiyi açıqlamada de Qolla bu açıqlamanın Fransız məzarlıqlarında yatan ABŞ əsgərlərinə aid olub olmadığını soruşdu.Fransa ittifaqın üzvü olaraq qaldı və AFR-də yerləşdirilən qüvvələri ilə soyuq müharibə boyunca ola biləcək Varşava paktı hücumlarına qarşı Avropa müdafiəsinə yardım göstərdi.ABŞ ilə Fransa arasında imzalanan Lemnitzer-Ailleret gizli sazişlərində Şərq-Qərb münaqişəsi baş verəcəyi halda Fransa qüvvələrinin NATO komandanlığına necə geri alınacağı xırdalıqları ilə öz əksini tapmışdı.BM-dəki yumuşama sayəsində NATO və VP ölkələrinin liderləri arasında bir sıra yüksək səviyyəli görüşlər həyata keçirildi.1968-ci 1 iyulunda nüvə silahlarının yayılmasının qarşısının alınması haqqında saziş imzalandı.1978-ci ilin mayında NATO ölkələri ittifaqın gələcək 2 hədəfini- təhlükəsizliyi təmin etmək və yumuşama siyasətini davam etdirmək olmaqla rəsmən müəyyənləşdirdi.Bu hərəkət yeni bir silahlanma yarışına yol açmadan müdafiəni Varşava paktının hücum qabiliyyətinə uyğun səviyyəyə bərabər halına gətirmək mənasına gəlirdi.Soyuq müharibə dövründə Avropanın böyük bir hissəsi NATO(mavi) və VP (qırmızı) olmaq üzrə 2 ittifaqa üzvlük çox aşağı səviyyədə idi.1974-cü ildə Yunanıstan Kipr məsələsi ilə bağlı öz qüvvələrini NATO hərbi qanadından geri çəksə də 1980-ci ildə geri qayıtdı.1982-ci ilin 30 mayında NATO demokratiya ilə yeni tanış olan İspaniyanın ittifaqa bir refendum nəticəsində qatılması ilə yeni bir üzvə sahib oldu.Soyuq müharibənin ən yüksək dönəmində 16 üzv ölkə 78 qərargaha malik komandaanlıq altında birləşən 5.252.800 hərbi qüvvəyə malik idi. 


Devamını Oku

Ispaniyada Basklar


Baskoniya məsələsi İspaniya, Fransa və Bask Milli Azadlıq Hərəkatı arasında olan silahlı münaqişədir. Sosial, siyasi qruplaşma olan Bask təşkilatının əsas məqsədi Fransa və İspaniyadan ayrı müstəqil dövlət qurmaqdır. Basklar ölkəsi İspaniyada yerləşən muxtar ərazidir. Bu ərazi İspaniyanın şimalında, Fransanın isə cənub-qərbində yerləşir. Əraziyə muxtariyyət statusu 1979-cu il  iyulun  25-də İspaniya tərəfindən verilmişdir. Baskların etnik mənşəyi ilə  bağlı ən çox səsləndirilən iddialar, onların  Hun və Avar türklərinin qalıqları olduqları istiqamətindədir. Bask dilinin(Euskera) isə  Hind-Avropa yaxud Latın mənşəli olmadığı məlumdur. Bask xalqının etnik və dil baxımından xüsusi keyfiyyətləri, Bask milliyyətçiliyinin də  ən əhəmiyyətli dayaq nöqtələridir. Müasir dövrdə  baskların sayı təxminən 3 milyondur ki, onların da 2,3 milyonu İspaniyada, 750 mini Fransada və 50 mini ABŞ-da  yaşayır.
Baskların bölgədəki tarixi ən qədim dövrlərə qədər uzanır. Basklar  IX əsrdə NAVAR Krallığı adıyla öz müstəqil dövlətlərini qurmuşlar. Torpaqlarının bir qismi XIII və XIV əsrlərdə Kastilya Krallığı tərəfindən işğal edilməsinə baxmayaraq NAVAR Krallığı, XVI əsrə qədər varlığını qoruyub saxlamışdır. 1515-ci ildə isə, İspaniya ilə Fransa tərəfindən işğal edilərək paylaşılmışdır.   Fransa və İspaniya hökmdarları arasındakı  anlaşmaya görə  İspaniyada "Fueros" adı verilən yerli idarəetmə sistemi qurulmuşdur. Bu sistemə görə  Basklara  muxtariyyət verilmişdir(Torpaq, hüquq, qanunvericilik və hökumət sahələrində). Fransa tərəfində qalan Bask bölgəsi yerli  Lord tərəfindən, İspaniyada qalan hissəsi isə yerli məclislər tərəfindən idarə olunmuşdur. Bu yerli məclislərin hamısı, ildə bir dəfə bir araya gələrək Bask Milli Məclisini meydana gətirmiş və "Fueros" qaydalarına bağlı qərarlar almışlar.  XVI əsrdən etibarən İspaniya imperatorluğunun ərazisinin  genişləndirilməsi, Bask cəmiyyəti üzərində böyük bir təsirə sahib olmuşdur. Bu imperatorluğun nemətlərindən faydalanmağa başlayan Bask dənizçiləri və tacirləri arasında qısa müddətdə bir Bask burjuaziyası ortaya çıxmışdır. Madridlə əlaqələrin inkişaf etdirilməsində mənfəəti olan bu sinif, Bask cəmiyyətində bir bölünməyə gətirib çıxarmışdır. Bu bölünmənin təsirləri 1833-40 və 1873-76 arasında yaşanan iki vətəndaş müharibəsində özünü göstərmişdir.. Beləki,  milliyyətçilərlə mütləqiyyəti müdafiə edən kralçılar arasında yaşanan döyüşlərdə Bask burjuvazisi milliyyətçilərin, bask xalqı isə kralçıların tərəfindən iştirak etmişdir. Mübarizəni 1876-cı ildə milliyyətçilərin qazanması üzərinə Bask bölgəsi, muxtariyyətini itirmişdir. Fransa sərhədlərində qalan Bask bölgəsinin muxtariyyəti də Fransız inqilabından sonra aradan qaldırılmışdır. Bu tarixdən sonra ortaya çıxan Bask milliyyətçiliyi, yıxılan "Fueros" nizamının bərpası üzərinə qurulmuşdur.  1895-ci ildə isə Bask bölgəsində Bask Milliyyətçi  Partiyası  qurulmuşdur. Partiyanın qurucusu Sabino Arana Bask milliyətçiliyinin təməlini Bask irqinin qorunmasında görürdü.
1931-ci ildə İspaniyada İkinci Respublikanın qurulması ilə  birlikdə  Bask milliyyətçiliyi yenidən canlanmıştır. Lakin respublika Kataloniyaya muxtariyyət statusu verdiyi halda, Bask bölgəsinə bu statusu  verməmişdir. Bundan sonra  Bask milliyyətçiliyi bu statusun əldə edilməsi üçün siyasi səylərini artırmışdır. 1932-ci ildə Bask bölgəsində keçirilən referendumda, əhali muxtariyyət tələbini  yüzdə 82 nisbətində dəstəkləmişdir. 1936-ci ildə İspaniya Parlamenti Bask bölgəsinə muxtariyyət verən qanunu qəbul etmişdir. Ancaq bu muxtariyyət daha həyata keçirilmədən  1936-39-cu il  vətəndaş müharibəsi baş vermişdir. Vətəndaş müharibəsi, Bask milliyyətçiliyi baxımından son dərəcə dağıdıcı nəticələr doğurmuşdur.  1937-ci ildə, Alman ordusu və hava qüvvələrinin dəstəyi ilə Bask bölgəsinə hücum edən  Franko qüvvələri, geniş qırğınlar etmişdir. Alman döyüş təyyarələrinin bombaladığı tarixi Guernika şəhərində iki minə yaxın  vətəndaş həyatını itirmişdir. Nəticədə  1937-ci ilin iyununda Bask qüvvələri təslim olmuşdur. Bundan təxminən iki il sonra isə bütün respublika qüvvələri Franko qüvvələrinə təslim olmuş, beləcə ikinci respublika dövrü sona çatmış, diktatorluq dövrü başlamışdır. Vətəndaş müharibəsinin sonuna qədər yüz mindən çox Bask, başda Fransa olmaq üzrə Avropanın müxtəlif ölkələrində  qaçqın olaraq sığınmış, bir qismi də oradan ABŞ-a keçmişdir. Bu dövrdən etibarən Avropanın bir çox ölkələrində, eləcədə ABŞ-da Bask diaspora cəmiyyətləri qurulmağa başlamışdır. Bu vaxt muxtar Bask rəhbərliyi də Parisə keçərək burada  sürgün hökumət qurmuşdur. 1939-cu ildə ölkə rəhbərliyini ələ keçirən General Fransisco Franconun faşist diktaturası  fərqli etnik qruplar baxımından  ağır təzyiqlərlə dolu bir dövr olmuşdur. Təxminən 22 min Bask milliyyətçisi edam olunmuşdur. Bask bölgəsinə veriləcək  muxtariyyəti ən böyük təhdid olaraq qəbul edən  Franco, bu səbəblə Bask millətçiliyinə və mədəniyyətinə dair hər şeyə təzyiq göstərmişdir. Bu təzyiqlər ictimai sahədə Bask dilinin istifadəsinin qadağan edilməsinə qədər çatmışdır.
          
1950-ci illərdən etibarən isə basklar mübarizəsini, Franco rejiminə qarşı olan Fransadakı Bask Milliyyətçi Partiyası üzərindən icra etmişdir. Mübarizə Amerika və Avropada yeni formalaşan Bask diasporundan da maddi yardım görmüşdür. Bu dövrlərdə daha çox Bask mədəniyyətinin gücləndirilməsi üzərində dayanan partiya, siyasi baxımdan isə nisbətən passiv bir mübarizə reallaşdırmışdır.   Partiyanın  strategiyasını  qəbul etməyən bir qrup, 1952-ci ildə partiyadan ayrılaraq "Ekin" (Baskça "başlamaq" mənasını bildirir) adlı yeni bir təşkilatı  yaratmışdır. Ekin, Bask mübarizəsinin Franco rejiminə qarşı deyil, İspaniyaya qarşı olduğu düşünürdü. 1959-ci ildə isə Ekin içindən daha radikal bir qrup, milli müstəqillik üçün silahlı mübarizədən başqa yol olmadığı iddiasıyla Ekin-dən ayrılaraq ETA təşkilatını qurmuşdur.  ETA-nın ilk əhəmiyyətli fəaliyyəti, 18 iyul 1961 tarixində əsgərləri daşıyan qatara edilən hücumdur. Bu zaman ölən ya da yaralanan olmamışdır, amma bir çox insan şübhəli olaraq həbs olunmuşdur. Bu hadisədən sonra ETA terror təşkilatının bir çox üzvü Şimali Bask bölgəsinə qaçmış və burada 1962-ci ildə I Konqresini həyata keçirmişdir. ETA terror təşkilatının ideoloji infrastrukturunun təyin olunduğu bu konqresdə, Bask bölgəsinin müstəqilliyi, Avropa federalizmi, insan hüquqlarının müdafiəsi kimi fundamental prinsiplər müəyyən edilir və irqçilik rədd edilir. Euskara (Bask dili) yeganə milli dil olaraq elan edilir və bu məqsədlərə çatmaq məqsədilə hər cür şiddətin qanuniliyi təsdiq edilir. ETA terror təşkilatı bu dövrdə dünyanın digər bölgələrində müstəmləkəçilik əleyhinə, antiimperyalist  hərəkətlərindən təsirlənir, Xüsusilə dövrün məşhur simalarından Fidel Kastro nümunə alınır.
1975-ci ildə isə Franco öldü. Bundan sonra İspaniyada  demokratikləşmə prosesi başlayır.. 1978-ci ildə qüvvəyə minən yeni konstitusiya, müxtəlif dillər və mədəniyyətləri ehtiva edən və bunlara hörmət göstərən birləşmiş bir İspaniya prinsipinə əsaslanırdı. Ölkə birbaşa seçkilərin keçirildiyi  və öz özünü idarə edən 17 bölgəyə ayrılırdı. Hər bölgəyə tanınan muxtariyyət səlahiyyətləri bir-birindən fərqli idi.  İlk muxtariyyət əldə edən bölgələrdən biri də Bask Bölgəsi olur. Bask bölgələrindən bərabər sayda olmaqla 75 nəfərlik bir Bask məclisi quruldu. Bu məclisə sədrini seçmək, kənd təsərrüfatı, sənaye, mədəniyyət, nəqliyyat sahələrində qərar almaq, öz polisini  təşkil etmək və vergi toplamaq səlahiyyəti verildi.  Bugün Ərazini basklara məxsus Ertzaintza adlı polis təşkilatı qoruyur. Bundan başqa, turizm, maliyyə, vergilərdən əldə olunan gəlirlərin böyük bir qismi İspaniyanın deyil, Bask Muxtariyyətinin büdcəsinə gedir. Bask dilində sərbəst  danışılmaq hüququ, hətta Bask Bölgəsində rəsmi dil olaraq qəbul edilməsi ETA-nın terror hərəkətlərini  azaltmamışdır. ETA-ya görə Franco ölümündən sonra meydana gələcək boşluq,  İspaniya ilə əlaqələrin qoparılması üçün əlverişli bir mühitdir. Bu mühitdə Bask bölgəsinin müstəqilliyini elan etmək mümkün olacaq. Və bu müddəti terror aktları ilə  qısaltmaq mümkündür. Beləliklə, 80-ci illər terrorun artaraq davam etdiyi illər olmuşdur. ETA-nın terror hərəkətləri Bask xalqının çox hissəsi tərəfindən dəstəklənmədi. Təşkilatın metodunun ancaq terror olduğunu düşünən baskların 90-cı illərdə  ¡Basta Ya!(Artıq Yetər)  hərəkətini meydana gətirdi. Hətta bu hərəkatda əvvəlki dövrlərdəki ETA fəalları da iştirak etmişdir. 

16 oktyabr 1998-ci ildə ilk dəfə atəşkəs elan olunur. Bu atəşkəs dövründə İspan hökuməti ilə ETA Sürixdə sülh danışıqlarına başlayar. Hökumət sülh danışıqlarından  sonra Bask bölgəsindən ordunun çəkilməsi və 500 ETA məhkumunun azad edilməsi kimi qərarlar alır. Ancaq elan edilən atəşkəsin ömrü uzun olmur və  1999-ci ilin dekabrda  30 insanın  həyatını itirdiyi bombalama hərəkətindən sonra atəşkəs pozulur.  İspaniya hökuməti isə  Fransa ilə razılaşma əldə edərək, ETA ilə mübarizə işlərini 50% nisbətində artırır.
2004-cü ildə keçirilən seçkilərdə ikinci dəfə  İspan Sosialist Fəhlə Partiyası hökumətini quran Zapatero, ETA ilə mübarizədə daha mülayim siyasət izləməyə başlayır. 2005-ci ildə İspan hökuməti ETA ilə siyasi dialoqa başlayır. Ancaq bu danışıqlar da bir işə yaramır, çünkü ETA müstəqil dövlət qurmaq istəyir, İspaniya höküməti isə heç vaxt buna razılıq verməz. Əgər icazə versə belə, Fransa buna razı olmaz. Beləki,  ETA köhnə torpaqlarını  birləşdirib dövlət qurmaq istəyir ki, bu torpaqların bir hissəsi də Fransa ərazisində yerləşir. 
2002-ci ildə Bask Bölgəsi Başçısı Ibarretxe, Bask Xalqının Milli kimliyinin tanınması və öz müqəddəratını təyin etmə hüququnu ehtiva edən  muxtariyyət planını açıqlayır.  69 maddədən ibarət yeni status təklifi Ibarretxe Planı kimi tanınır. Yeni status çərçivəsində Basklar ölkəsinin  İspaniya hökuməti ilə bərabər hüquqlar çərçivəsində  siyasi əlaqələrə malik olması öz əksini tapırdı.  Bu plan İspaniya parlamentində 29/319 nisbətində səslə rədd edilir.
2008-ci ildə etibarən İspan polisinin Fransız təhlükəsizlik gücləriylə birlikdə reallaşdırdığı əməliyyatlar nəticəsində ETA terror təşkilatı bir neçə nüfuzlu şəxsini itirir.  Beləki,  Oktyabr 2009-cu ildə Fransız polisi tərəfindən Alizaran Aguilar  həbs olunur. Aguilar İspaniya DİN tərəfindən ETA-nın "siyasi qanad rəhbəri" olaraq təyin olunmuşdu. Bundan sonra  hərbi və siyasi qanadından bir çox üst səviyyə idarəçisini itirən ETA  2010-cu ildə tək tərəfli atəşkəs elan etmişdir. 2011-ci ilin yanvar ayında  isə ETA  "daimi atəşkəs" elan etdiyini bir video ilə bildirmişdir. Bu dövrdən etibarən də  heç bir  terror fəaliyyət həyata keçirməyərək, qərarının ciddiliyini göstərmişdir. ETA-nın silahlı mübarizəsini sonlandırması , müstəqil Bask milliyətçiliyinin bitdiyi mənasına gəlmir. Bölgədəki mübarizənin isə demokratik yollarla davam etdiriləcəyi proqnoz edilir.                                                              
Devamını Oku

Önceki Kayıtlar Ana Sayfa
    English French German Spain Italian Dutch Russian Portuguese Japanese Korean Arabic Chinese Simplified

    Pages

lesfillesdesgrands 2015 ©. Blogger tarafından desteklenmektedir.

    ...

    ...

Recent Comments