MƏHV OLMUŞ ŞAHƏSƏRLƏR

Sənət kolleysiyaçılarının səylərinə baxmayaraq, dünyanın ən əhəmiyyətli rəsm və heykəltəraşlıq əsərlərinin bir çoxu artıq mövcud deyil. Bu incəsənət əsərlərinin bəziləri müharibələrdə itmiş, bəziləri öz himayəçiləri tərəfindən yandırılmış, məhv edilmiş, bəziləri də peşəkar oğrular tərəfindən oğurlanmışdır. Bu şah əsərlərindən bəziləri ilə tanış olaq...




Rodos Heykəli (The Colossus of Rhodes) 


Antik dövrün yeddi möcüzəsindən biri hesab edilən Rodos heykəli cəmi 66 il mövcud olmuşdur. Beləki,  e.ə. III əsrdə sərkərdə Demetri Rodos adasına hücum etmiş, lakin rodosluları məğlub edə bilməmişdir. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular adada dünyanın ən böyük heykəlini qoymağı qərara alırlar. Abidənin yaradılması antik dövrün məşhur heykəltəraşı Lissipin şagirdi Xaresə həvalə olunmuşdur. Xares abidəni 12 il ərzində yaratmışdır. Dənizlə şəhər darvazaları arasındakı bazar meydanında qoyulmuş 30 metrlik tunc heykəldə gənc oğlan təsvir olunmuşdur. Başında günəş şüalarının rəmzi - tac olan heykəl  Yunan Günəş Tanrısı Heliosun təsviri idi. E.ə 225 –ci ildə baş verən zəlzələ nəticəsində Rodos nəhənginin ayaqları sınmışdır. Heykəl dənizə yıxılmış və təxminən 1000 il sahildə bu vəziyyətdə qalmışdır.  653-ci ildə isə  ərəb sərkərdəsi Müaviyyə adanı ələ keçirdikdən sonra heykəli bir yəhudi tacirə satmışdır.  Həmçinin fransız heykəltəraş Frederic Auguste Bartholdi New Yorkdakı Azadlıq heykəlini Rodos heykəlindən ilhamlanaraq yaratmışdır.




Leonardo da Vinçinin “Meduza Qalxanı”(“Medusa Shield”) 

Leonardo da Vinçinin əsərlərinin bir çoxu itmişdir, lakin “Meduza Qalxanı” bəlkə də ən əsrarəngiz olanıdır. İntibah rəssamlarının bioqrafı Vazari tərəfindən nəql olunmuş 
Caravaggionun Meduzası
əfsanəyə görə, bir dəfə bir kəndli dairəvi qalxan düzəldərək Pyeroya gətirmiş və içinə rəsm çəkdirmək üçün rəssam tapmağı xahiş etmişdir. Pyero qalxanı öz oğlu Leonardoya vermişdir. Leonardo isə qalxan üzərində Meduza qorqonunun başını təsvir etmək qərarına gəlmiş, bunun üçün kərtənkələ, ilan, çəyirtkə, tırtıl, yarasa və digər heyvanlardan istifadə edərək qorxunc və iyrənc bədheybət şəkli yaratmışdır. Nəticə Leonardonun gözlədiyindən də artıq olmuşdur. Beləki, ilk dəfə təsviri görən atası qorxuya düşmüşdür. Pyero kəndliyə üzərində oxla dəlinmiş ürək təsviri olan bir qalxan vermiş, Leonardonun yaratdığı Meduza qalxanını isə Florensiyada 100 dukata satmışdır. Rəvayətə görə, qalxan Mediçi ailəsinin əlinə keçmiş, ailə şəhərdən baş vermiş bir üsyan nəticəsində qovulduöu zaman itmişdir. İllər sonra kardinal del Monte rəssam Caravaggioya Meduzanın rəsmini sifariş vermişdir.




Diego Riveranın “Yolayrıcındakı adamlar”ı(“Man at the Crossroads”) 

Leninin təsviri
Diego Riveraya 1932-ci ildə New York Rockefeller Mərkəzində  divar rəsmləri yaratması üçün  John D. Rockefeller tərəfindən tapşırıq verilmişdir. “Ümidlərlə baxan yolayrıcındakı adamlar və yeni, daha yaxşı gələcəyi seçmək üçün böyük arzular” mövzusunu nəzərə alaraq Rivera elmi tərəqqi, vətəndaş hüququ və fəhlə sinfinin vəziyyətini ehtiva edən inqilabi əsərini ərsəyə gətirdi. Rəsm mübahisələrə səbəb olmuşdur, çünki qatı solçu Rivera rəsm əsərinə kommunist lider  Leninin təsvirini çəkmişdir. Bir çox rəssamın etirazına baxmayaraq Nelson Rockefeller bu rəsm əsərinin məhv edilməsinə əmr vermişdi. (Bu haqda məşhur "Frida" filmindən ətraflı öyrənmək olar)






Graham Sutherland-ın “Cənab Uinston Çörçillin Portreti” (“Portrait of Sir Winston Churchill”)  


1954-cü ildə Britaniya parlament nümayəndələri Çörçillin portretini çəkməsi üçün rəssam Graham Sutherlanda sifariş vermişlər və bu portret Çörçilin ad günündə(80yaşında) ona hədiyə edilmişdir. Yəqin ki, hədiyyə sahibində yaratdığı nifrət baxımından gəlmiş keçmiş ən məşhur portretdir. Eləcə də baş nazir şəxsən Sutherlanda məktub yazaraq öz məyusluğunu ifadə etmişdir. 1977-ci ildə isə Klemente Çörçillin (Uinston Çörçillin həyat yoldaşı) bu portreti yandırması aşkar edilmişdir. Əsas səbəb kimi isə Çörçillin çox yaşlı, yorğun,çökmüş təsvir edilməsi göstərilir.




Babyan Budda Heykəlləri(The Buddhas of Bamiyan) 

Ümümdünya irsinə daxil olan Babyan Budda heykəlləri Hind-Yunan üslubunda VI əsrdə inşa edilmişdir. Əfqanıstanın Kabil şəhərinin 230 km şimal-qərbində, Babyan vadisində sal qayaların içərisində oyularaq hazırlanmış iki ədət hündür heykəldən ibarət olmuşdur. Şəhər Böyük İpək yolu üzərində inkişaf etdiyi dövrdə Babyan Heykəlləri ən möhtəşəm abidə kimi təqdim edilirdi. 2001-ci ildə Taliban və onun müttəfiqi Əl-Qaidə bu abidəni bütpərəstliyi təbliğ etdiyi üçün dinamit ilə partlatmışdır..
                         
                                                                                                                                                ₦

Devamını Oku

posted under | 0 Comments

Birinci Papa, the first Pope

I Papa - Müqəddəs Pyotr (I Pope - St. Peter, Aziz Petrus) 

d
 Peter Paul Rubensin "Müqəddəs pyotr" əsəri.
Rəssam  Pyotru əlində tutduğu Cənnət və cəhənnəmin
            açarları və əynində Pallium ilə rəsm etmişdir.
 Papalığın adı onunla bağlıdır. İsanın 12 həvarisindən biridir. Həmçinin Simon, Peter, Kifas adları ilə də bilinir. Fələstində dünyaya gəlib. Balıqçı olmuşdur. Katolik kilsəsinə əsasən ilk Papa hesab olunur. Qədim yəhudi dilində (ivrit) Kifas "qaya" anlamına gəlir. Bu ləqəbi Pyotra İsa peyğmbər vermişdir. O: "Mən öz evimi bu qayanın üzərində quracam" demişdir. Yəni İsa peyğəmbər öz ardıcıllarının ondan sonrakı dayağı kimi Pyotru görmüşdür. Bizə məlumdur ki, indi də dünyanın ən böyük kilsəsi olan - Müqəddəs Pyotr kilsəsi Vatikanda yerləşir. Şəkildə göründüyü kimi Pyotrun əlində tutduğu açarlar onun simvollarından hesab olunur. Bu açarlar Cənnət krallığının və Cəhənnəmin açarlarıdır. Xristian inancına görə insanın öldükdən sonra cənnət, yoxsa cəhənnəmə gedəcəyini də məhz o təyin edir. Dünyanın ən məşhur rəssamlarının da rəsm əsərlərində əlində açar tutan insan və yaxud sadəcə açar rəsmi Pyotra işarədir. 

Guido Reni - Müqəddəs Pyotrun
 çarmıxa çəkilməsi











    Pyotrun digər simvolu isə tərsinə çevrilmiş xaçdır. Pyotr İsa peyghəmbər kimi düzünə çarmıxa çəkilə biləcək qədər dəyərli olduğuna inanmamış, bu səbəbdən baş aşağı edam edilmək istəmişdi. Onu qeyd edim ki, bəzi insanlar bu simvolu satanizmlə əlaqələndirmişdir. 



Leonardo da Vinçinin də rəsm etdiyi İsa peyğəmbərin öz həvariləri ilə "Sonuncu şam yeməyi" zamanı Müqəddəs Pyotrla İsa arasında bir dialoq baş verir. Masadan ayrılarkən Pyotr İsadan hara getdiyini soruşur. İsa isə ona cavabında:
-"Pyotr, getdiyim yerə qədər məni izləyə bilməzsən. Ancaq sonradan mənim ardımca gələcəksən" deyir.
Pyotr: Niyə səni indi izləyə bilmərəm? Sənin üçün canımı verərəm..
İsa Məsih: Sən? canını mənim üçün verəcəksən? Sizə düzünü deyim.. Sən məni 3 dəfə inkar etmədikcə xoruz banlamayacaq..
  Deyilənə görə, yəhudilər İsanı mühakimə etmək üçün tutduqdan sonra Pyotru İsanın yanında gördüklərini deyən insanlara Pyotr - "mən onu tanımıram" deyərək İsanı inkar etmişdir. 3-cü dəfə inkar etdikdə isə xoruz banlaması səsi eşidilmişdir.
                                                                                                                            
Leonardo da Vinçi - Sonuncu şam yeməyi
Freska Santa Maria delle Grazie monastrının divarına çəkilib.


Pyotrun İsadan sonrakı həyatı ilə maraqlananlar bu filmə baxa bilərlər :)                                                                                                                                                                                                                  
Bernini - Müqəddəs Pyotrun taxtı
Vatikanda Müqəddəs Pyotr 

kilsəsində yerləşir
Bernininin bu əsərində bürüncdən düzəldilmiş taxt taxtadan düzəldilmiş taxtı bütövlüklə içinə alıb onu qoruyur. Bəziləri taxtadan olan taxtın Müqəddəs Pyotra aid olduğuna inanır.  
Orta əsrlərdə inanclı insanlara bu taxta taxtı sərgiləmək adətə çevrilmişdi. Yeni seçilmiş papalar da bu taxtda otururdular. Aleksandr VII gələcək nəsillər üçün bu dəyəri qorumaq məqsədilə, bu adəti aradan qaldrır və taxtı Berniniyə yenidən dizayn etdirir. Bu zaman Bernini taxtı bürünclə dövrələyir və stulu əhatələyən kilsənin 4 "həkimini" öz əsərinə daxil edir. Bunlar Müqəddəs Avqustin, Müqəddəs Ambrosi, Müqəddəs Afanasi və Müqəddəs Xrisostom idi. Bernininin əsərində yer almış qızıl buludlar isə Cənnəti simvolizə edir. Aşağıdan uzanan buludlar taxtı sanki Cənnətə doğru qaldırır.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                  




Devamını Oku

posted under | 0 Comments

Song of the Day

GÜNÜN MUSİQİSİ :)
Song of the Day

Bu musiqi bir çoxları tərəfindən səsləndirilib və hər biri gözəldir..ancaq bu versiyası ürəyə daha çox təsir edir...
Devamını Oku

posted under | 0 Comments

Song of the Day

GÜNÜN MUSİQİSİ :)Song of the Day


Son günlərin ən xoşagələn musiqisi oldu mənim üçün, həm də fəxr etdim..Qulaq asın :P
Devamını Oku

posted under | 0 Comments

Der Hauptmann von Köpenick

    1906-cı il  16 oktyabr sabahı
Bir alman giziri Berlin küçələrində gedir. Hərkəs onu salamlayır. Salam verənlər arasında küçədəki əsgərlər də var. Yol boyunca ona Salam verən əsgərlərə onun ardınca gəlmələrini əmr edir. Berlində bir qəsəbə olan Kopenikdə bələdiyyənin önündən keçən gizir arxasından gələn əsgərlərə içəri girməyi əmr edir. Gizirin gəldiyini görən hərkəs bələdiyyədə onu hörmətlə qarşılayır. Bələdiyyə başçısı qaçaraq aşağıya enir:
-"Buyurun, Xoş gəlmişsiniz!"
- "İmperatorun əmri var. 4 Min mark verəcəksiniz" deyir gizir.
Əmr edilən miqdar hazırlanır və gizirə təhvil verilir. 4 min markı təhvil alan gizir üzünü əsgərlərinə çevirib binanı bir neçə saat tərk etməmələrini və çölə heç kimi buraxmamalarını əmr edir.

  Belə bir gizir yoxdur, dostlar... O fırıldaqçı, dələduz, 15 il həbs yatmış bir oğrudur. Hadisədən 10 gün sonra qəhrəmanımız həbs edilir və 4 il həbs cəzasına məhkum edilir. Hadisə  imperator               II Wilhelmin qulağına çatır. Bu hadisəyə qəhqəhələr çəkən imperator "Bu adam möhtəşəmdir. İntizam bax budur. Heçkim bu mövzuda bizimlə yarışa bilməz" deyir və daha sonra  bu şəxslə tanış olmaq istəyir. İmperatorun qarşısına gətirilən bu şəxsdən imperator:
- "Bunu niyə etdin?" deyə soruşur.
-"Mən sadəcə üşüyürdüm" deyə cavab verir imperatora.
Daha sonra...
"Cibimdəki axırıncı  pul ilə bazardan  köhnə bir gizir paltosu aldım. Baxdım, küçədə hər kəs, əsgərlər daxil olmaqla, Salam verir mənə. Tam Bələdiyyə binasının qarşısından keçərkən, ağlıma belə bir şey gəldi. Amma mən sadəcə üşüyürdüm" dedi.
Imperator onun təqsirini bağışlayır, həbs cəzasından azad edir. Daha sonra kim olduğunu belə soruşmadan bələdiyyənin 4 min markını fırıldaqçı gizirə verən bələdiyyə başçısını çağırıb əmr edir:
"Fırıldaqçı gizirin heykəlini bələdiyyə binasının qarşısına qoyursan və hər səhər bələdiyyəyə gələrkən, hər axşam bələdiyyədən çıxarkən sən və sənin bütün işçilərin heykələ Salam verəcəksiniz. "

 Yaşanmış hekayənin qəhrəmanı olan bu şəxs 1849-cu ildə Şərqi Prussiyada doğulan Friedrich Wilhelm Voigtdur. Atası kimi ayaqqabı ustası olan Voigt 14 yaşından etibarən cinayət hadisələri törətmiş və 15 il həbs yatmışdır.
Bu hadisə ilə məşhurlaşan Voigta ssenarilər yazılır, teatrlara tamaşalar qoyulur. Beləliklə, Voigt rifaha qovuşur və ilk avtomobil sahibi olanların sırasına daxil olur. Ancaq 1914-cü ildə Birinci Dünya Müharibəsində Voigt şöhrətini itirir və 1922-ci ildə səfalət içində Lüksemburqda həyatını itirir.
                                                                                                                                                GUFRA


Devamını Oku

Marie Balter Hekayəsi



Marie  1930-cu ildə alkolik  ananın nigahdan kənar uşağı olaraq dünyaya gəlir. Anası  5 yaşında olan Marieni yoxsulluqdan uşaq evinə  verir. Daha sonra isə bir ailə  onu övladlığa götürər, lakin   onu övladlığa götürən bu ailə sadist çıxar. İtalyan əsilli ər-arvad kiçik qızı evin zirzəmisində bağlayıb ona işgəncə edərlər. Kənardan  baxıldıqda normal və çox hörmətli görünən ailə  bunu illərcə rahatlıqla gizlədə bilirlər və Marie sanki cəhənnəmi yaşayar. Marie Rose 17 yaşında olarkən  depressiyadan iflic keçirər. Halisünasyonlar da gördüyü üçün həkimlər ona şizofren diaqnozu qoyar və  ruhi xəstəxanada yerləşdirilər. Həyatının 17 ilini orada keçirən Marie yemək yeməz, yerindən tərpənməz və tez-tez intihar etməyi düşünər. 34 yaşındakı Marinenin  vəziyyətini həkimlər  yenidən dəyərlədirər və  onun şizofren olmadığına, ağır depressiya keçirdiyinə  qərar verərlər. Dostlarının və xəstaxanada onunla yaxın olan həkimin  köməyi ilə  Marie xəstəxanadan çıxar. 34 ili ziyan olmuş bu qadın qəzəbli, hirsli, ümidsiz olmaq əvəzinə sıfırdan başlamağı seçdi.

Həkimlərin onun  oxumasının  mümkün olmadıqlarını dedikləri halda Marie Salem State Universitetinə Psixologiya fakültəsinə daxil olar və məzun olur.  Özü kimi ruhi xəstəxanada olmuş, daha sonra yaxşılaşmış  Joe ilə evlənir. Təəssüf ki, altı il sonra  Joe ölər və Marie işi ilə daha çox məşğul olmağa başlayar. 
Uzun illər həkim olaraq çalışdıqdan sonra Harvard Universitetində magistr təhsili alar. Psixiatrik xəstələrlə işləyər, konfranslar verər. Ən maraqlısı isə budur ki, o 58 yaşındaykən 17 ilini keçirdiyi Danvers Dövlət Xəstəxanasına  rəhbər olaraq təyin olunur. Verdiyi bir mətbuat konfransda isə Marie  bunları demişdir: "Əgər bağışlamağı öyrənməsəydim, həyatım ziyan edilmiş bir həyat olardı. Və bu gün bu xəstəxanaya idarəçi olaraq geri dönməzdim."  Xəbər agenliklərindən biri isə Marie Rose Balterin yeni vəzifəsi haqqında xəbər verərkən belə demişdir:  "Ən uzun səyahət beynimizdən ürəyimizə etdiyimiz səyahətdir. Bağışlamaq bu səyahətin ən qısa yoludur. Bağışlamağı tələb edən  hər yara, özündə mühüm bir dərs saxlayar. Dərsi görə bilmək üçün yaranı yenidən deşərək üzləşmək məcburiyyətində qalsaq belə ... "

  • P.S.  Marie Balterin həyatı haqqında  1986-ci ildə Nobody`s Child filmi də çəkilmişdir

                                                                                          

















Devamını Oku

posted under | 0 Comments

SANAT NEDİR? What is Art?

SaNAT


 Milyonlarca insan kitab okuyor, müzik dinliyor, resim satın alıyor..tiyatroya, sinemaya gidiyor..pekii neden? oyalanmak içinmi, yoksa günün yorqunluğunu üzerinden atıb biraz dinlene bilmek içinmi? eylenmek için de ola bilirmi? İnsanın bir başkasının hayatına, sorunlarına gömülmesi, kendini bir resim, ya da müzik parçası, ya da bir roman, oyun, film kişisi ile bir görmesi neden oyalayıcı, dinlendirici, hatta eylendirici olsun? İnsan neden karanlık bir salonun aydınlatılmış sahnesinde yalnızca oyun olduğunu bildiyi bir şeye soluğu kesilircesine kapılıb gider? Böyle gerçeklikdışı olaylara neden gerçeklikmiş gibi tepki veririz? ne tuhaf, ne anlaşılmaz bir eylencedir bu...
Yetersiz bir yaşayışdan daha zengin bir yaşayışa, tehlikelerden uzak yaşantılara kaçmak istiyoruzdur belki..Ancak..insan neden yaşadıklarıyla yetinmez de, yetersiz olduğunu düşünür ki? Belli ki, kendimizi aşmak istiyoruz..Tüm ve Tam olmak istiyoruz..Sanat böyle hiss eden insan için ne ifade eder? Kişiliğinin geçici, rastgele sınırlarına, yaşamının içekapanıklığına, kendini tüketmek zorunluluğuna baş kaldırıyor insan..Bireysel yaşamının kopmuşluğundan kurtulmayı arıyor. İstiyor ki, benliyinden ötede, kendi dışında ama yine de kendi için vazgeçilmez birşeyin parçası olsun...
SaNaT en genel anlamıyla yaratıcılığın ve hayal gücünün bir ifadesi olarak anlaşılır. Akademik çevrelerce tanımı tam olarak bilinmemektedir. İnsanın insan olduğunu tam olarak anlamadığı zamanlarda bile sanat var olduğu için ona insan tarafından bir tarif verilme çabası anlamsız geliyor bana.. Sanat kelimesi ise arapça "Sun" sözünden türemiştir ve bir işi güzel yapmak anlamına gelir. Lakin Arap ve Osmanlı yazarları bu sözcüğü tanrısal yaratma ile ilişkilendirmiştir.  
 Sanatı kocaman bir ağaç olarak düşünürsek onun dallarını, yani "Sanat dalları"nı orta çağ bilginleri 10 başlık altında toplamışlar:
1. Sarf - dil bilgisi
2. Nahiv - söz dizimi
3. İlmi Beyan - anlatma, ifade bilimi
4. Belagat - güzel konuşma bilimi
5. Musiki
(bundan sonrası ilginç)
6. Felsefe
7. İstatistik
8. Matematik
9. Geometri
10. Astronomi 
Bunlardan çoğu, zamanla bilimler arasına girmiş, güzel sanatlar olmaktan çıkmışlar. Yeni sınıflandırma 7 başlık altında olmuş:
1. Edebiyyat
2. Resim
3. Heykel
4. Mimarlık
5. Müzik
6. Tiyatro
7. Dans
Yalnız bunlar da tüm sanat dallarını kapsıyor gibi görünmüyor. Mesela, ilk akla gelen sinema, fotoğraf, karikatür, hatta seramik bunların içinde yok. Demek ki daha çağdaş bir sınıflandırma gerekiyor..
Başka sınıflandırmalara bakarsak:

Yüzey sanatları: Tüm 2 boyutlu sanat çalışmaları, yani bir eni ve bir boyu olan kağıt ve ya tuval üzerine, bir duvar, ya da kumaş üzerine uygulanan sanatlardır. Resim ve türleri, yağlıboya, suluboya, baskı sanatları, afiş, qrafiti çizimler, duvar resmi, minyatür, karikatür, fotoğraf, süsleme ve s.


Hacim sanatları: 3 boyutlu sanat çalışmalarıdır. Heykel, seramik, anıtlar gibi sanat ürünleri buraya aittir  


Mekan sanatları: İç, ya da dış mekanı içine alan, ya da düzenleyen sanatlardır. En başta mimari olmak üzere, bahçe mimarisi, peyzaj mimarisi, çevre düzenlemesi gibi mekana ilişkin tüm tasarım çalışmalaradır 


Dil sanatları: Edebiyyat ve yazı türlerini kapsayan sanatlardır. Roman, hikaye, şiir, deneme, tiyatro metni, film senaryosu ve s.


Ses sanatları: Müzik ve bütün türlerini kapsayan sanatlar


Hareket sanatları: İnsanın bedenile anlatım gücü kazandırdığı sanatlardır. Bale, dans türleri, halk dansları, pandomim ve bunun gibi


Dramatik sanatlar: İnsanın eyleme dönüşmüş ifadelerle kendini ve ya bir olayı, bir olguyu anlattığı sanatlardır. Tiyatro, opera, müzikal, sinema, gölge oyunu gibi türleri örnek olarak görürüz


İnsanın bir zamanlar yaşamış olduğu duyguyu kendinde canlandırdıktan sonra, aynı duyguyu başkalarının da hiss ede bilmesi için hareket, ses, çizgi, renk ve ya kelimelerle belirlenen biçimde ifade etme ihtiyacından SANAT ortaya çıkmıştır. Bu bağlamda bir blog yazısı bile bir sanatdır diye biliriz ;)
Ruhunuzu dinlendirmek için izlemenizi tavsiye ederim:















Devamını Oku

posted under | 0 Comments

ÖZÜNÜ TANIMAQ

Ulma ilk getdiyinizdə , qatar stansiyasında qarşılayacaq sizi o.Ulmun başqa yerlərində də təkrar rast gələcəksiniz ona. Hər gördüyünüzdə başqa-başqa rənglərdə və başqa-başqa obrazlarda olacaq. Bəzən  siqarın tüstüləndirəcək, bəzən də bir üzük daşıyacaq dimdiyində. Niyə bu quşun nəhəng ölçülərdəki heykəli şəhərin hər yanına yayılmışdı?

  Taaa illər əvvəl Ulm xalqı, məşhur Münsterin tikintisi üçün odun daşıyarkən  bizim sərçənin hikməti ortaya çıxdı.
   Ulm şəhərinə giriş-çıxış üçün müəyyən qapılardan istifadə olunurmuş.Ulm xalqı da kilsə tikmək üçün lazımlı olan bu uzun odunları eninə tutub, qapılardan içəri soxmağı heç cür bacarmırlarmış.  Hətta ağlı başında bir bələdiyyə başçısı “Qapılar yıxılmalı, giriş genişləndirilməlidir! Odunlar da beləliklə keçə bilər” deyə bir əmr belə veribmiş.Nə oldusa, elə o vaxt oldu. Bizim quşbeyinli sərçə, dimdiyiylə uzun bir budaq parçasını yuvasına doğru daşıyırmış. Ulm xalqı kimi yuvasının qapısını yıxmağa cəhd etmək yerinə, budaq parçasını dikinə qapısından içəri soxub, hər kəsi heyrətlər içində buraxmışdır!  Bu ‘maraqlı’ kəşfin ardından odunlar dikinə qapıdan içəri soxulmuş və özlərini böyük bir çətinlikdən qurtaran və bir mühəndislik nümunəsi sərgiləyən sərçənin heykəli də ‘təşəkkür ‘ məqsədiylə kilsənin ən yüksək nöqtəsinə qoyulmuşdur.
 
Ulmun Eynşteynin doğulduğu bir qəsəbə olduğuna inana bilərsinizmi?
  Ulm insanı öz sərsəmliyini üzünə vuran bir quşu niyə bu qədər çox sevir və hər yerə axmaqlığının dəlili kimi heykəlini qoyur !Uşaqkən həmişə səhvlərin unudulması, xatırladılmaması istiqamətində təlqin görmüşük. Əhəmiyyətli olan nə böyük qəhrəmanlar, nə cəsur insanlar olduğumuzdu.Bu səbəblə çaşdırdı məni Ulmlular’ın bu sərçəni çox sevmələri .
 
Əczaçı qapısının üstünə qoyduğu quşun dimdiyinə şpris qoyub , zərgər üzük daşıtdırır ,musiqi məktəbi bir ‘sol açarı ‘ , qatar stansiyasındakı sərçə də çamadanını almış tətilə gedir , siqar satan bir dükan sahibi də  sərçənin ağciyərlərini məhv etmək bahasına da olsa siqar qoymuş dimdiyinə . Başınızı hara çevirsəniz , bir sərçə görəcəksiniz.Onlar böyük bir  ‘ özünü tanımışlığın ‘ simvolu olaraq qavranılır.
                                                                                                                                        GUFRA

Devamını Oku

17 Noyabr Beynəlxalq Tələbələr Günümüz mübarək!

Happy İnternational Students' Day!



         International Students' Day is a ceremony of the student union and this day is celebrated on 17ᵗʰ November of every year. The main origin of this day was related to German Nazi storming in the University of Prague in 1939 and movement against the occupation of Czechoslovakia by nazis. As a result, 9 student leaders of this movement were killed and over 1200 students were sent to concentration camps, at the same time all Czech universities and colleges were closed completely. After this revolution, the 17ᵗʰ of  November was the first marked as International Students' Day in 1941 in London by the International Students' Council.

Student Life in Azerbaijan...

          In order to compare student life in Azerbaijan with other countries, we decided to meet international students and take an interview about their student life in our country.  

Let's start

     Our first guest is Aminath Suneetha from Maldives. Yes, you read correct, Maldives. She is a master student of ADA University. Now Aminath studies at the Master Business Administration (MBA)  and she had got a scholarship before she came here. Aminath's hobby is read books and decorate a cake. She also tasted our national food such as gutab. She would like to be in Ateshgah.
- Aminath, why did you choose this country, this university? 
- Due to scholarship opportunity, I have chosen this university as well as my bachelor degree was related to business administration. When I decided to get a master degree, I had focused on only to get a high education, knowledge, not a job opportunity.
    Our second question is about the most important value at the university. Aminath thinks that there are many international students study here, the atmosphere is very friendly and you can be easily adapted this environment. Furthermore, there is not any discrimination between international and local students. For me, the most important value is a close relation among students, on the other word, warm environment at the university. In comparison with my previous university, I concentrate on  not only theory, but also I improve practical skills for business  management.
    One of the popular questions is about future plans  ☺️
- Aminath, imagine that today is 2016 and you graduated from ADA University. What will you do?
- So, my plan is work at the Finance & Treasury such as finance executive and I think to work in this sphere during next 5 years.

       The next international student is Suzyika Nyimbili from Zambia. He got bachelor degree (study in Education) in capital city Lusaka and he is also a master student ( Public Policy) of ADA University. His hobby is writing especially poetry and reciting. 
Suzyika considers that Azerbaijan is a new country for me and as you know, most students prefer to study in the UK, New Zealand maybe Turkey. 
- However, I am interested in new action, new places, new lifestyle, therefore, I decided to choose this country. It is true that I had heard about it and watched videos about here. Nevertheless, after came here my experiences were different almost.
 When we ask him "what is the most important value at the university?"- he smiled ☺️
- It is difficult to say. I can not say really. Probably grade. Students focus on grades in ADA University, because community requires it. Actually, they should focus on gain knowledge, make society better, learn skills and different things. Today, I do not have any idea about Ph.D., however, it might be related to any developed sphere. Hopefully, I am going to gain a lot of knowledge from MPP and going to develop my country
           


   Now, we pass from Zambia to Afganistan. Our next guest is Ahmad Sharig. Although, he studied at the business management, Ahmad chose Public Policy for master degree in ADA University. When we answer a question, why did you change your position ? - he said that job market is competitive in order to excellent employment, you should have different skills and you should find yourself in the various fields.  
  Ahmad thinks that the most valuable significance is learning experiences, different values, friendship. He appreciated his spare time listen to music, watch documentary movies, and drawing. When we discussed future plans, it is clarified that Ahmad has already his Ph.D. field and he wants to concentrate on water conflicts. At the same time, he thinks to work at the agencies of the UN.  Perfect :P
  Our the last question was about Azerbaijani people. When we ask this question, Ahmad immediately said 3 words: Friendly, Hospitable, Warm  By the way, he has already written an article about Azerbaijan.

      Just a minute! Now we have an interesting trip to Italy. Yes, She is Sara Ottaviani from Italy. Her bachelor degree is related to  international relations as well as she has gained scholarship in order to  study MADIA program (Master of Arts in Diplomacy and International Affairs) in ADA University. Sara's choice was by chance for master degree. She has a little story. Actually, her aim was to study in Afganistan, however, when she did not find any opportunity, she decided to look through scholarship programs by alphabet rule. Finally, she gained a scholarship program  in Azerbaijan. Then Sara applied and enrolled this university. 
   She thinks that the most valuable thing is appearance and teaching. In comparison with her previous university, Sara firmly believes that ADA University has really perfect opportunities in order to study. 
- On the other hand, education is so difficult and intensive. Sometimes you can confuse system, however, I try to be adapted for easily understanding. At the present, I do not have any future plan for a Ph.D. degree. However, probably it will happen and I would like to focus on politic system and international affairs of Afganistan, as well as, I think to study for Ph.D. in Afganistan. In Baku I don't have more leisure time, nevertheless, when I was in Italy, I was spending my waste time for sport, especially swimming and climbing. 
    
       
     At the end of the interview, our last guest was Akin Mok from Southern Korea. He is an exchange student and will return his hometown in December. It is an interesting fact, Akin's teacher was from Azerbaijan in Southern Korea and he suggested that you can study in ADA University for one semester. Apart from this, Akin also know Turkish language and little Azerbaijani, even he spoke with us in Turkish. It was really perfect
   Due to studying at the business administration, he also considers continuing this field for master degree. He just only concentrates on business administration, therefore, Akin likes to read books such as economic and philosophic

         Finally, We thank all friends in order to participate in our interview.  As faces of the world's students, we proud of You and wish success in the future.


        Dears, keep in mind, Education is the license to future and tomorrow belonges those who prepare for it today!
Devamını Oku

Daha Yeni Kayıtlar Ana Sayfa
    English French German Spain Italian Dutch Russian Portuguese Japanese Korean Arabic Chinese Simplified

    Pages

lesfillesdesgrands 2015 ©. Blogger tarafından desteklenmektedir.

    ...

    ...

Recent Comments