Der Hauptmann von Köpenick

    1906-cı il  16 oktyabr sabahı
Bir alman giziri Berlin küçələrində gedir. Hərkəs onu salamlayır. Salam verənlər arasında küçədəki əsgərlər də var. Yol boyunca ona Salam verən əsgərlərə onun ardınca gəlmələrini əmr edir. Berlində bir qəsəbə olan Kopenikdə bələdiyyənin önündən keçən gizir arxasından gələn əsgərlərə içəri girməyi əmr edir. Gizirin gəldiyini görən hərkəs bələdiyyədə onu hörmətlə qarşılayır. Bələdiyyə başçısı qaçaraq aşağıya enir:
-"Buyurun, Xoş gəlmişsiniz!"
- "İmperatorun əmri var. 4 Min mark verəcəksiniz" deyir gizir.
Əmr edilən miqdar hazırlanır və gizirə təhvil verilir. 4 min markı təhvil alan gizir üzünü əsgərlərinə çevirib binanı bir neçə saat tərk etməmələrini və çölə heç kimi buraxmamalarını əmr edir.

  Belə bir gizir yoxdur, dostlar... O fırıldaqçı, dələduz, 15 il həbs yatmış bir oğrudur. Hadisədən 10 gün sonra qəhrəmanımız həbs edilir və 4 il həbs cəzasına məhkum edilir. Hadisə  imperator               II Wilhelmin qulağına çatır. Bu hadisəyə qəhqəhələr çəkən imperator "Bu adam möhtəşəmdir. İntizam bax budur. Heçkim bu mövzuda bizimlə yarışa bilməz" deyir və daha sonra  bu şəxslə tanış olmaq istəyir. İmperatorun qarşısına gətirilən bu şəxsdən imperator:
- "Bunu niyə etdin?" deyə soruşur.
-"Mən sadəcə üşüyürdüm" deyə cavab verir imperatora.
Daha sonra...
"Cibimdəki axırıncı  pul ilə bazardan  köhnə bir gizir paltosu aldım. Baxdım, küçədə hər kəs, əsgərlər daxil olmaqla, Salam verir mənə. Tam Bələdiyyə binasının qarşısından keçərkən, ağlıma belə bir şey gəldi. Amma mən sadəcə üşüyürdüm" dedi.
Imperator onun təqsirini bağışlayır, həbs cəzasından azad edir. Daha sonra kim olduğunu belə soruşmadan bələdiyyənin 4 min markını fırıldaqçı gizirə verən bələdiyyə başçısını çağırıb əmr edir:
"Fırıldaqçı gizirin heykəlini bələdiyyə binasının qarşısına qoyursan və hər səhər bələdiyyəyə gələrkən, hər axşam bələdiyyədən çıxarkən sən və sənin bütün işçilərin heykələ Salam verəcəksiniz. "

 Yaşanmış hekayənin qəhrəmanı olan bu şəxs 1849-cu ildə Şərqi Prussiyada doğulan Friedrich Wilhelm Voigtdur. Atası kimi ayaqqabı ustası olan Voigt 14 yaşından etibarən cinayət hadisələri törətmiş və 15 il həbs yatmışdır.
Bu hadisə ilə məşhurlaşan Voigta ssenarilər yazılır, teatrlara tamaşalar qoyulur. Beləliklə, Voigt rifaha qovuşur və ilk avtomobil sahibi olanların sırasına daxil olur. Ancaq 1914-cü ildə Birinci Dünya Müharibəsində Voigt şöhrətini itirir və 1922-ci ildə səfalət içində Lüksemburqda həyatını itirir.
                                                                                                                                                GUFRA


posted under , |

0 yorum:

Yorum Gönder

Sonraki Kayıt Önceki Kayıt Ana Sayfa
    English French German Spain Italian Dutch Russian Portuguese Japanese Korean Arabic Chinese Simplified

    Pages

lesfillesdesgrands 2015 ©. Blogger tarafından desteklenmektedir.

    ...

    ...

Recent Comments