MƏHV OLMUŞ ŞAHƏSƏRLƏR
Sənət kolleysiyaçılarının səylərinə baxmayaraq,
dünyanın ən əhəmiyyətli rəsm və heykəltəraşlıq əsərlərinin bir çoxu artıq
mövcud deyil. Bu incəsənət əsərlərinin bəziləri müharibələrdə itmiş, bəziləri öz himayəçiləri tərəfindən yandırılmış, məhv edilmiş, bəziləri də peşəkar oğrular tərəfindən
oğurlanmışdır. Bu şah əsərlərindən bəziləri ilə tanış olaq...
Rodos Heykəli (The Colossus of Rhodes)
Antik dövrün yeddi
möcüzəsindən biri hesab edilən Rodos heykəli cəmi 66 il mövcud olmuşdur.
Beləki, e.ə. III əsrdə sərkərdə Demetri Rodos adasına hücum etmiş, lakin
rodosluları məğlub edə bilməmişdir. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular
adada dünyanın ən böyük heykəlini qoymağı qərara alırlar. Abidənin yaradılması
antik dövrün məşhur heykəltəraşı Lissipin şagirdi Xaresə həvalə
olunmuşdur. Xares abidəni 12 il ərzində yaratmışdır. Dənizlə şəhər darvazaları
arasındakı bazar meydanında qoyulmuş 30 metrlik tunc heykəldə gənc oğlan təsvir
olunmuşdur. Başında günəş şüalarının rəmzi - tac olan heykəl Yunan Günəş
Tanrısı Heliosun təsviri idi. E.ə 225 –ci ildə baş verən zəlzələ
nəticəsində Rodos nəhənginin ayaqları sınmışdır. Heykəl dənizə yıxılmış və təxminən
1000 il sahildə bu vəziyyətdə qalmışdır. 653-ci ildə isə ərəb
sərkərdəsi Müaviyyə adanı ələ keçirdikdən sonra heykəli bir yəhudi tacirə
satmışdır. Həmçinin fransız heykəltəraş Frederic Auguste Bartholdi New
Yorkdakı Azadlıq heykəlini Rodos heykəlindən ilhamlanaraq yaratmışdır.Leonardo da Vinçinin “Meduza Qalxanı”(“Medusa Shield”)
Leonardo da Vinçinin əsərlərinin bir çoxu itmişdir, lakin “Meduza Qalxanı” bəlkə də ən əsrarəngiz olanıdır. İntibah rəssamlarının bioqrafı Vazari tərəfindən nəql olunmuş![]() |
| Caravaggionun Meduzası |
Diego Riveranın “Yolayrıcındakı adamlar”ı(“Man at the Crossroads”)
![]() |
| Leninin təsviri |
Graham Sutherland-ın “Cənab Uinston Çörçillin Portreti” (“Portrait of Sir Winston Churchill”)
1954-cü ildə Britaniya parlament nümayəndələri Çörçillin portretini çəkməsi üçün rəssam Graham Sutherlanda sifariş vermişlər və bu portret Çörçilin ad günündə(80yaşında) ona hədiyə edilmişdir. Yəqin ki, hədiyyə sahibində yaratdığı nifrət baxımından gəlmiş keçmiş ən məşhur portretdir. Eləcə də baş nazir şəxsən Sutherlanda məktub yazaraq öz məyusluğunu ifadə etmişdir. 1977-ci ildə isə Klemente Çörçillin (Uinston Çörçillin həyat yoldaşı) bu portreti yandırması aşkar edilmişdir. Əsas səbəb kimi isə Çörçillin çox yaşlı, yorğun,çökmüş təsvir edilməsi göstərilir.
Babyan Budda Heykəlləri(The Buddhas of Bamiyan)
Ümümdünya irsinə daxil olan Babyan Budda heykəlləri Hind-Yunan üslubunda VI əsrdə inşa edilmişdir. Əfqanıstanın Kabil şəhərinin 230 km şimal-qərbində, Babyan vadisində sal qayaların içərisində oyularaq hazırlanmış iki ədət hündür heykəldən ibarət olmuşdur. Şəhər Böyük İpək yolu üzərində inkişaf etdiyi dövrdə Babyan Heykəlləri ən möhtəşəm abidə kimi təqdim edilirdi. 2001-ci ildə Taliban və onun müttəfiqi Əl-Qaidə bu abidəni bütpərəstliyi təbliğ etdiyi üçün dinamit ilə partlatmışdır..₦





0 yorum:
Yorum Gönder