Marie Balter Hekayəsi
Marie 1930-cu ildə alkolik ananın
nigahdan kənar uşağı olaraq dünyaya gəlir. Anası 5 yaşında olan Marieni
yoxsulluqdan uşaq evinə verir. Daha sonra isə bir ailə onu
övladlığa götürər, lakin onu övladlığa götürən bu ailə sadist çıxar. İtalyan əsilli ər-arvad kiçik qızı evin zirzəmisində bağlayıb ona işgəncə edərlər.
Kənardan baxıldıqda normal və çox hörmətli görünən ailə bunu illərcə
rahatlıqla gizlədə bilirlər və Marie sanki cəhənnəmi yaşayar. Marie Rose 17
yaşında olarkən depressiyadan iflic keçirər. Halisünasyonlar da gördüyü
üçün həkimlər ona şizofren diaqnozu qoyar və ruhi xəstəxanada yerləşdirilər.
Həyatının 17 ilini orada keçirən Marie yemək yeməz, yerindən tərpənməz və
tez-tez intihar etməyi düşünər. 34 yaşındakı Marinenin vəziyyətini həkimlər
yenidən dəyərlədirər və onun şizofren olmadığına, ağır depressiya
keçirdiyinə qərar verərlər. Dostlarının və xəstaxanada onunla yaxın olan
həkimin köməyi ilə Marie xəstəxanadan çıxar. 34 ili ziyan
olmuş bu qadın qəzəbli, hirsli, ümidsiz olmaq əvəzinə sıfırdan başlamağı seçdi.
Həkimlərin onun oxumasının mümkün olmadıqlarını dedikləri halda Marie Salem State Universitetinə Psixologiya fakültəsinə daxil olar və məzun olur. Özü kimi ruhi xəstəxanada olmuş, daha sonra yaxşılaşmış Joe ilə evlənir. Təəssüf ki, altı il sonra Joe ölər və Marie işi ilə daha çox məşğul olmağa başlayar.
Uzun illər həkim olaraq çalışdıqdan sonra Harvard Universitetində magistr təhsili alar. Psixiatrik xəstələrlə işləyər, konfranslar verər. Ən maraqlısı isə budur ki, o 58 yaşındaykən 17 ilini keçirdiyi Danvers Dövlət Xəstəxanasına rəhbər olaraq təyin olunur. Verdiyi bir mətbuat konfransda isə Marie bunları demişdir: "Əgər bağışlamağı öyrənməsəydim, həyatım ziyan edilmiş bir həyat olardı. Və bu gün bu xəstəxanaya idarəçi olaraq geri dönməzdim." Xəbər agenliklərindən biri isə Marie Rose Balterin yeni vəzifəsi haqqında xəbər verərkən belə demişdir: "Ən uzun səyahət beynimizdən ürəyimizə etdiyimiz səyahətdir. Bağışlamaq bu səyahətin ən qısa yoludur. Bağışlamağı tələb edən hər yara, özündə mühüm bir dərs saxlayar. Dərsi görə bilmək üçün yaranı yenidən deşərək üzləşmək məcburiyyətində qalsaq belə ... "
₦

0 yorum:
Yorum Gönder