ÖZÜNÜ TANIMAQ

Ulma ilk getdiyinizdə , qatar stansiyasında qarşılayacaq sizi o.Ulmun başqa yerlərində də təkrar rast gələcəksiniz ona. Hər gördüyünüzdə başqa-başqa rənglərdə və başqa-başqa obrazlarda olacaq. Bəzən  siqarın tüstüləndirəcək, bəzən də bir üzük daşıyacaq dimdiyində. Niyə bu quşun nəhəng ölçülərdəki heykəli şəhərin hər yanına yayılmışdı?

  Taaa illər əvvəl Ulm xalqı, məşhur Münsterin tikintisi üçün odun daşıyarkən  bizim sərçənin hikməti ortaya çıxdı.
   Ulm şəhərinə giriş-çıxış üçün müəyyən qapılardan istifadə olunurmuş.Ulm xalqı da kilsə tikmək üçün lazımlı olan bu uzun odunları eninə tutub, qapılardan içəri soxmağı heç cür bacarmırlarmış.  Hətta ağlı başında bir bələdiyyə başçısı “Qapılar yıxılmalı, giriş genişləndirilməlidir! Odunlar da beləliklə keçə bilər” deyə bir əmr belə veribmiş.Nə oldusa, elə o vaxt oldu. Bizim quşbeyinli sərçə, dimdiyiylə uzun bir budaq parçasını yuvasına doğru daşıyırmış. Ulm xalqı kimi yuvasının qapısını yıxmağa cəhd etmək yerinə, budaq parçasını dikinə qapısından içəri soxub, hər kəsi heyrətlər içində buraxmışdır!  Bu ‘maraqlı’ kəşfin ardından odunlar dikinə qapıdan içəri soxulmuş və özlərini böyük bir çətinlikdən qurtaran və bir mühəndislik nümunəsi sərgiləyən sərçənin heykəli də ‘təşəkkür ‘ məqsədiylə kilsənin ən yüksək nöqtəsinə qoyulmuşdur.
 
Ulmun Eynşteynin doğulduğu bir qəsəbə olduğuna inana bilərsinizmi?
  Ulm insanı öz sərsəmliyini üzünə vuran bir quşu niyə bu qədər çox sevir və hər yerə axmaqlığının dəlili kimi heykəlini qoyur !Uşaqkən həmişə səhvlərin unudulması, xatırladılmaması istiqamətində təlqin görmüşük. Əhəmiyyətli olan nə böyük qəhrəmanlar, nə cəsur insanlar olduğumuzdu.Bu səbəblə çaşdırdı məni Ulmlular’ın bu sərçəni çox sevmələri .
 
Əczaçı qapısının üstünə qoyduğu quşun dimdiyinə şpris qoyub , zərgər üzük daşıtdırır ,musiqi məktəbi bir ‘sol açarı ‘ , qatar stansiyasındakı sərçə də çamadanını almış tətilə gedir , siqar satan bir dükan sahibi də  sərçənin ağciyərlərini məhv etmək bahasına da olsa siqar qoymuş dimdiyinə . Başınızı hara çevirsəniz , bir sərçə görəcəksiniz.Onlar böyük bir  ‘ özünü tanımışlığın ‘ simvolu olaraq qavranılır.
                                                                                                                                        GUFRA

posted under , |

0 yorum:

Yorum Gönder

Sonraki Kayıt Önceki Kayıt Ana Sayfa
    English French German Spain Italian Dutch Russian Portuguese Japanese Korean Arabic Chinese Simplified

    Pages

lesfillesdesgrands 2015 ©. Blogger tarafından desteklenmektedir.

    ...

    ...

Recent Comments