Birinci Papa, the first Pope

I Papa - Müqəddəs Pyotr (I Pope - St. Peter, Aziz Petrus) 

d
 Peter Paul Rubensin "Müqəddəs pyotr" əsəri.
Rəssam  Pyotru əlində tutduğu Cənnət və cəhənnəmin
            açarları və əynində Pallium ilə rəsm etmişdir.
 Papalığın adı onunla bağlıdır. İsanın 12 həvarisindən biridir. Həmçinin Simon, Peter, Kifas adları ilə də bilinir. Fələstində dünyaya gəlib. Balıqçı olmuşdur. Katolik kilsəsinə əsasən ilk Papa hesab olunur. Qədim yəhudi dilində (ivrit) Kifas "qaya" anlamına gəlir. Bu ləqəbi Pyotra İsa peyğmbər vermişdir. O: "Mən öz evimi bu qayanın üzərində quracam" demişdir. Yəni İsa peyğəmbər öz ardıcıllarının ondan sonrakı dayağı kimi Pyotru görmüşdür. Bizə məlumdur ki, indi də dünyanın ən böyük kilsəsi olan - Müqəddəs Pyotr kilsəsi Vatikanda yerləşir. Şəkildə göründüyü kimi Pyotrun əlində tutduğu açarlar onun simvollarından hesab olunur. Bu açarlar Cənnət krallığının və Cəhənnəmin açarlarıdır. Xristian inancına görə insanın öldükdən sonra cənnət, yoxsa cəhənnəmə gedəcəyini də məhz o təyin edir. Dünyanın ən məşhur rəssamlarının da rəsm əsərlərində əlində açar tutan insan və yaxud sadəcə açar rəsmi Pyotra işarədir. 

Guido Reni - Müqəddəs Pyotrun
 çarmıxa çəkilməsi











    Pyotrun digər simvolu isə tərsinə çevrilmiş xaçdır. Pyotr İsa peyghəmbər kimi düzünə çarmıxa çəkilə biləcək qədər dəyərli olduğuna inanmamış, bu səbəbdən baş aşağı edam edilmək istəmişdi. Onu qeyd edim ki, bəzi insanlar bu simvolu satanizmlə əlaqələndirmişdir. 



Leonardo da Vinçinin də rəsm etdiyi İsa peyğəmbərin öz həvariləri ilə "Sonuncu şam yeməyi" zamanı Müqəddəs Pyotrla İsa arasında bir dialoq baş verir. Masadan ayrılarkən Pyotr İsadan hara getdiyini soruşur. İsa isə ona cavabında:
-"Pyotr, getdiyim yerə qədər məni izləyə bilməzsən. Ancaq sonradan mənim ardımca gələcəksən" deyir.
Pyotr: Niyə səni indi izləyə bilmərəm? Sənin üçün canımı verərəm..
İsa Məsih: Sən? canını mənim üçün verəcəksən? Sizə düzünü deyim.. Sən məni 3 dəfə inkar etmədikcə xoruz banlamayacaq..
  Deyilənə görə, yəhudilər İsanı mühakimə etmək üçün tutduqdan sonra Pyotru İsanın yanında gördüklərini deyən insanlara Pyotr - "mən onu tanımıram" deyərək İsanı inkar etmişdir. 3-cü dəfə inkar etdikdə isə xoruz banlaması səsi eşidilmişdir.
                                                                                                                            
Leonardo da Vinçi - Sonuncu şam yeməyi
Freska Santa Maria delle Grazie monastrının divarına çəkilib.


Pyotrun İsadan sonrakı həyatı ilə maraqlananlar bu filmə baxa bilərlər :)                                                                                                                                                                                                                  
Bernini - Müqəddəs Pyotrun taxtı
Vatikanda Müqəddəs Pyotr 

kilsəsində yerləşir
Bernininin bu əsərində bürüncdən düzəldilmiş taxt taxtadan düzəldilmiş taxtı bütövlüklə içinə alıb onu qoruyur. Bəziləri taxtadan olan taxtın Müqəddəs Pyotra aid olduğuna inanır.  
Orta əsrlərdə inanclı insanlara bu taxta taxtı sərgiləmək adətə çevrilmişdi. Yeni seçilmiş papalar da bu taxtda otururdular. Aleksandr VII gələcək nəsillər üçün bu dəyəri qorumaq məqsədilə, bu adəti aradan qaldrır və taxtı Berniniyə yenidən dizayn etdirir. Bu zaman Bernini taxtı bürünclə dövrələyir və stulu əhatələyən kilsənin 4 "həkimini" öz əsərinə daxil edir. Bunlar Müqəddəs Avqustin, Müqəddəs Ambrosi, Müqəddəs Afanasi və Müqəddəs Xrisostom idi. Bernininin əsərində yer almış qızıl buludlar isə Cənnəti simvolizə edir. Aşağıdan uzanan buludlar taxtı sanki Cənnətə doğru qaldırır.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                  




posted under |

0 yorum:

Yorum Gönder

Sonraki Kayıt Önceki Kayıt Ana Sayfa
    English French German Spain Italian Dutch Russian Portuguese Japanese Korean Arabic Chinese Simplified

    Pages

lesfillesdesgrands 2015 ©. Blogger tarafından desteklenmektedir.

    ...

    ...

Recent Comments