GƏNCLİK MALL


Bu gün sizinlə ilk dəfə getdiyimiz Gənclik mall haqqında ilk təəssüratlarımızı bölüşmək istədik.. Regionun ən böyük ticarət mərkəzi olan və 15 aprel 2016-cı il tarixində qapılarını sakinlərin üzünə açan Gənclik mall-da bizim və inanıram ki, ziyarət edən hər kəsin ən çox bəyəndiyi nüans Gənclik metrostansiyasından ticarət mərkəzinə birbaşa keçidin olmasıdır. Keçiddən birbaşa daxil olduğumuz mərtəbədə elektronik əşyaların satıldığı "Maxi.az" və eləcə də “Zel Home”, “The One” və “CoinCasa” kimi məşhur ev aksesuarları mağazaları və şəhərin ən böyük supermarketlərindən biri yerləşir. Marketdə ilk yaxınlaşdığımız bölmə təbii ki :), kosmetika və qulluq vasitələrinin yerləşdiyi  bölmə oldu. Bu məhsullara görə deyə bilərik ki , digər marketlərlə müqayisədə qiymətlər olduqca normal idi. Amma bəzi axtardığımız məhsulları tapmaqda çətinlik çəkdik ( məsələn pendirli sous :( ).


Təkcə marketin içərisini gəzməyə xeyli vaxt sərf etdik. İkinci mərtəbədə isə “Zara”, “Massimo Dutti”, “Mango”, “Ted Baker”, “Lacoste”, “Tommy Hilfiger”, “French Connection”, “LC Waikiki”, “Koton”, “New Yorker”, “DeFacto”, “Calliope”, “Terranova”, “Stradivarius”, "OVS", “Pimkie” və s. dünya şöhrətli brendlərlə yanaşı idman məhsullarının geniş çeşidlərinin mövcud olduğu GO Sport və Courir mağazaları da “fəaliyyət göstərir". (təəssüflər olsun ki, mağazaların çoxu hələ açılmayıb)







"Go Sport" mağazasında idmanla əlaqəli ağlınıza gələ biləcək bütün məhsulları tapa bilərsiniz: futbol toplarından, idman ayaqqabılarından tutmuş-düşərgə çadırlarına qədər hər şey. "OVS" mağazası ilə ilk dəfə tanış olsam da, öz adımdan çox bəyəndiyimi deyə bilməyəcəm. Həm qadın, həm də kişi geyimlərinin olduğu mağazada gündəlik sport üslublu geyimlər üstünlük təşkil edirdi.

koton mağazası
Xeyli gəzib yorulduqdan sonra qalxdıq cafe və restoranların olduğu mərtəbəyə. Lakin bu mərtəbədə də, sözün əsil mənasında, təəssüf hissi yaşadıq, çünki “McDonald’s”, "KFC", “Villa Pizza”, “Starbucks”, “Espressamente İlly”, “Gloria Jeans”, “Café City”, “Vapiano”, “Mado” “Mooyah”, “Bagel Bar”, “PakDAD”, və s. kimi çox sayda cafe adı olsa da bunlardan yalnız “McDonald’s”, “PakDAD” kimi iki-üç fastfood cafe fəaliyyət göstərirdi. Ancaq indiyə qədər ən sürətli sifariş hazırlayan “McDonald’s” buradadır desək, yanılmarıq. Naharı rəngbərəng masa və stullarda yeməyin də iştah artırdığını demək olar :) Məkanın yuxarı mərtəbəsində Bowling zal,  “Wonderland” oyun zonası və 9 zaldan ibarət “CinemaPlus” kinoteatrı yerləşir. Bu hissələrdə olmasaq da, yaxın zamanlarda ziyarət edib öz fikirlərimizi sizə çatdıracayıq. Ümumilikdə isə, yaxın zamanlarda mağazaların və cafelərin əksəriyyəti istifadəyə verildikdən sonra məkanın daha əyləncəli olacağına və Gənclik Mall ziyarətçilərinin sayının artacağına şübhəmiz yoxdur :) 


posted under |

0 yorum:

Yorum Gönder

Sonraki Kayıt Önceki Kayıt Ana Sayfa
    English French German Spain Italian Dutch Russian Portuguese Japanese Korean Arabic Chinese Simplified

    Pages

lesfillesdesgrands 2015 ©. Blogger tarafından desteklenmektedir.

    ...

    ...

Recent Comments