Ispaniyada Basklar

Baskoniya məsələsi İspaniya, Fransa və Bask Milli Azadlıq Hərəkatı arasında olan silahlı münaqişədir. Sosial, siyasi qruplaşma olan Bask təşkilatının əsas məqsədi Fransa və İspaniyadan ayrı müstəqil dövlət qurmaqdır. Basklar ölkəsi İspaniyada yerləşən muxtar ərazidir. Bu ərazi İspaniyanın şimalında, Fransanın isə cənub-qərbində yerləşir. Əraziyə muxtariyyət statusu 1979-cu il iyulun 25-də İspaniya tərəfindən verilmişdir. Baskların etnik mənşəyi ilə bağlı ən çox səsləndirilən iddialar, onların Hun və Avar türklərinin qalıqları olduqları istiqamətindədir. Bask dilinin(Euskera) isə Hind-Avropa yaxud Latın mənşəli olmadığı məlumdur. Bask xalqının etnik və dil baxımından xüsusi keyfiyyətləri, Bask milliyyətçiliyinin də ən əhəmiyyətli dayaq nöqtələridir. Müasir dövrdə baskların sayı təxminən 3 milyondur ki, onların da 2,3 milyonu İspaniyada, 750 mini Fransada və 50 mini ABŞ-da yaşayır.
Baskların bölgədəki
tarixi ən qədim dövrlərə qədər uzanır. Basklar
IX əsrdə NAVAR Krallığı adıyla öz müstəqil dövlətlərini qurmuşlar.
Torpaqlarının bir qismi XIII və XIV əsrlərdə Kastilya Krallığı tərəfindən işğal
edilməsinə baxmayaraq NAVAR Krallığı, XVI əsrə qədər varlığını qoruyub saxlamışdır. 1515-ci ildə isə, İspaniya ilə Fransa tərəfindən işğal edilərək paylaşılmışdır. Fransa və İspaniya hökmdarları
arasındakı anlaşmaya görə İspaniyada "Fueros" adı verilən
yerli idarəetmə sistemi qurulmuşdur. Bu sistemə görə Basklara
muxtariyyət verilmişdir(Torpaq, hüquq, qanunvericilik və hökumət sahələrində). Fransa tərəfində qalan Bask bölgəsi yerli Lord tərəfindən, İspaniyada qalan
hissəsi isə yerli məclislər tərəfindən idarə olunmuşdur. Bu yerli məclislərin
hamısı, ildə bir dəfə bir araya gələrək Bask Milli Məclisini meydana gətirmiş və
"Fueros" qaydalarına bağlı qərarlar almışlar. XVI əsrdən etibarən İspaniya imperatorluğunun ərazisinin genişləndirilməsi, Bask cəmiyyəti üzərində böyük
bir təsirə sahib olmuşdur. Bu imperatorluğun nemətlərindən faydalanmağa
başlayan Bask dənizçiləri və tacirləri arasında qısa müddətdə bir Bask
burjuaziyası ortaya çıxmışdır. Madridlə əlaqələrin inkişaf etdirilməsində mənfəəti
olan bu sinif, Bask cəmiyyətində bir bölünməyə gətirib çıxarmışdır. Bu bölünmənin
təsirləri 1833-40 və 1873-76 arasında yaşanan iki vətəndaş müharibəsində özünü göstərmişdir.. Beləki, milliyyətçilərlə mütləqiyyəti müdafiə edən
kralçılar arasında yaşanan döyüşlərdə Bask burjuvazisi milliyyətçilərin, bask xalqı
isə kralçıların tərəfindən iştirak etmişdir. Mübarizəni 1876-cı ildə milliyyətçilərin
qazanması üzərinə Bask bölgəsi, muxtariyyətini itirmişdir. Fransa sərhədlərində
qalan Bask bölgəsinin muxtariyyəti də Fransız inqilabından sonra aradan qaldırılmışdır.
Bu tarixdən sonra ortaya çıxan Bask milliyyətçiliyi, yıxılan "Fueros"
nizamının bərpası üzərinə qurulmuşdur.
1895-ci ildə isə Bask bölgəsində Bask Milliyyətçi Partiyası qurulmuşdur. Partiyanın qurucusu Sabino Arana Bask milliyətçiliyinin təməlini Bask irqinin qorunmasında görürdü.
1931-ci ildə İspaniyada İkinci
Respublikanın qurulması ilə birlikdə Bask milliyyətçiliyi yenidən canlanmıştır. Lakin respublika Kataloniyaya muxtariyyət statusu verdiyi halda, Bask bölgəsinə
bu statusu verməmişdir. Bundan sonra Bask milliyyətçiliyi bu statusun əldə edilməsi üçün siyasi səylərini
artırmışdır. 1932-ci ildə Bask bölgəsində keçirilən referendumda, əhali muxtariyyət
tələbini yüzdə 82 nisbətində dəstəkləmişdir.
1936-ci ildə İspaniya Parlamenti Bask bölgəsinə muxtariyyət verən qanunu qəbul
etmişdir. Ancaq bu muxtariyyət daha həyata keçirilmədən 1936-39-cu il vətəndaş müharibəsi baş vermişdir. Vətəndaş müharibəsi, Bask milliyyətçiliyi
baxımından son dərəcə dağıdıcı nəticələr doğurmuşdur. 1937-ci ildə, Alman ordusu və hava qüvvələrinin
dəstəyi ilə Bask bölgəsinə hücum edən Franko qüvvələri, geniş qırğınlar etmişdir.
Alman döyüş təyyarələrinin bombaladığı tarixi Guernika şəhərində iki minə yaxın
vətəndaş həyatını itirmişdir. Nəticədə 1937-ci ilin iyununda Bask qüvvələri təslim olmuşdur. Bundan təxminən iki il sonra
isə bütün respublika qüvvələri Franko qüvvələrinə təslim olmuş, beləcə ikinci respublika
dövrü sona çatmış, diktatorluq dövrü başlamışdır. Vətəndaş
müharibəsinin sonuna qədər yüz mindən çox Bask, başda Fransa olmaq üzrə
Avropanın müxtəlif ölkələrində qaçqın
olaraq sığınmış, bir qismi də oradan ABŞ-a keçmişdir. Bu dövrdən etibarən Avropanın bir çox ölkələrində, eləcədə ABŞ-da Bask diaspora cəmiyyətləri qurulmağa başlamışdır. Bu vaxt muxtar Bask rəhbərliyi
də Parisə keçərək burada sürgün hökumət qurmuşdur. 1939-cu ildə ölkə rəhbərliyini ələ
keçirən General Fransisco Franconun faşist diktaturası fərqli etnik qruplar baxımından ağır təzyiqlərlə
dolu bir dövr olmuşdur. Təxminən
22 min Bask milliyyətçisi edam olunmuşdur.
Bask bölgəsinə veriləcək muxtariyyəti ən
böyük təhdid olaraq qəbul edən Franco,
bu səbəblə Bask millətçiliyinə və mədəniyyətinə dair hər şeyə təzyiq göstərmişdir.
Bu təzyiqlər ictimai sahədə Bask dilinin istifadəsinin qadağan edilməsinə qədər
çatmışdır.
1950-ci illərdən etibarən isə
basklar mübarizəsini, Franco rejiminə qarşı olan Fransadakı Bask Milliyyətçi Partiyası üzərindən icra
etmişdir. Mübarizə Amerika və Avropada yeni formalaşan Bask diasporundan da maddi yardım
görmüşdür. Bu dövrlərdə daha çox Bask mədəniyyətinin gücləndirilməsi üzərində
dayanan partiya, siyasi baxımdan isə nisbətən passiv bir mübarizə
reallaşdırmışdır. Partiyanın strategiyasını qəbul etməyən bir qrup, 1952-ci
ildə partiyadan ayrılaraq "Ekin" (Baskça "başlamaq" mənasını bildirir)
adlı yeni bir təşkilatı yaratmışdır.
Ekin, Bask mübarizəsinin Franco rejiminə qarşı deyil, İspaniyaya qarşı olduğu
düşünürdü. 1959-ci ildə isə Ekin içindən daha radikal bir qrup, milli müstəqillik
üçün silahlı mübarizədən başqa yol olmadığı iddiasıyla Ekin-dən ayrılaraq ETA təşkilatını
qurmuşdur. ETA-nın
ilk əhəmiyyətli fəaliyyəti, 18 iyul 1961 tarixində əsgərləri daşıyan qatara
edilən hücumdur. Bu zaman ölən ya da yaralanan olmamışdır, amma bir çox insan şübhəli
olaraq həbs olunmuşdur. Bu hadisədən sonra ETA terror təşkilatının
bir çox üzvü Şimali Bask bölgəsinə qaçmış və burada 1962-ci ildə I Konqresini
həyata keçirmişdir. ETA terror təşkilatının ideoloji infrastrukturunun təyin
olunduğu bu konqresdə, Bask bölgəsinin müstəqilliyi, Avropa federalizmi, insan
hüquqlarının müdafiəsi kimi fundamental prinsiplər müəyyən edilir və irqçilik rədd
edilir. Euskara (Bask dili) yeganə milli dil olaraq elan edilir və bu məqsədlərə
çatmaq məqsədilə hər cür şiddətin qanuniliyi təsdiq edilir. ETA terror təşkilatı
bu dövrdə dünyanın digər bölgələrində müstəmləkəçilik əleyhinə, antiimperyalist hərəkətlərindən təsirlənir, Xüsusilə dövrün məşhur simalarından
Fidel Kastro nümunə alınır.
1975-ci ildə isə Franco öldü. Bundan sonra İspaniyada demokratikləşmə prosesi başlayır.. 1978-ci ildə
qüvvəyə minən yeni konstitusiya, müxtəlif dillər və mədəniyyətləri ehtiva edən
və bunlara hörmət göstərən birləşmiş bir İspaniya prinsipinə əsaslanırdı. Ölkə
birbaşa seçkilərin keçirildiyi və öz
özünü idarə edən 17 bölgəyə ayrılırdı. Hər bölgəyə tanınan muxtariyyət səlahiyyətləri
bir-birindən fərqli idi. İlk muxtariyyət əldə edən bölgələrdən biri də Bask
Bölgəsi olur. Bask bölgələrindən bərabər sayda olmaqla 75 nəfərlik bir Bask məclisi quruldu. Bu məclisə sədrini seçmək, kənd
təsərrüfatı, sənaye, mədəniyyət, nəqliyyat sahələrində qərar almaq, öz
polisini təşkil etmək və vergi toplamaq səlahiyyəti
verildi. Bugün Ərazini basklara məxsus Ertzaintza adlı
polis təşkilatı qoruyur. Bundan başqa, turizm, maliyyə, vergilərdən əldə olunan
gəlirlərin böyük bir qismi İspaniyanın deyil, Bask Muxtariyyətinin büdcəsinə gedir.
Bask dilində sərbəst danışılmaq hüququ,
hətta Bask Bölgəsində rəsmi dil olaraq qəbul edilməsi ETA-nın terror hərəkətlərini azaltmamışdır. ETA-ya görə Franco ölümündən
sonra meydana gələcək boşluq, İspaniya
ilə əlaqələrin qoparılması üçün əlverişli bir mühitdir. Bu
mühitdə Bask bölgəsinin müstəqilliyini elan etmək mümkün olacaq. Və bu müddəti terror
aktları ilə qısaltmaq mümkündür. Beləliklə,
80-ci illər terrorun artaraq davam etdiyi illər olmuşdur. ETA-nın terror hərəkətləri
Bask xalqının çox hissəsi tərəfindən dəstəklənmədi. Təşkilatın metodunun ancaq
terror olduğunu düşünən baskların 90-cı illərdə ¡Basta Ya!(Artıq
Yetər) hərəkətini meydana gətirdi. Hətta bu hərəkatda əvvəlki dövrlərdəki
ETA fəalları da iştirak etmişdir.
16 oktyabr 1998-ci ildə ilk dəfə atəşkəs elan olunur. Bu atəşkəs
dövründə İspan hökuməti ilə ETA Sürixdə sülh danışıqlarına başlayar. Hökumət
sülh danışıqlarından sonra Bask bölgəsindən ordunun çəkilməsi və 500 ETA
məhkumunun azad edilməsi kimi qərarlar alır. Ancaq elan edilən atəşkəsin ömrü
uzun olmur və 1999-ci ilin dekabrda 30 insanın həyatını
itirdiyi bombalama hərəkətindən sonra atəşkəs pozulur. İspaniya hökuməti
isə Fransa ilə razılaşma əldə edərək, ETA ilə mübarizə işlərini 50% nisbətində
artırır.
2004-cü ildə keçirilən seçkilərdə ikinci dəfə İspan
Sosialist Fəhlə Partiyası hökumətini quran Zapatero, ETA ilə mübarizədə daha
mülayim siyasət izləməyə başlayır. 2005-ci ildə İspan hökuməti ETA ilə siyasi dialoqa başlayır. Ancaq bu danışıqlar da bir işə yaramır, çünkü ETA müstəqil dövlət qurmaq istəyir, İspaniya höküməti isə heç vaxt buna razılıq verməz. Əgər icazə versə belə, Fransa buna razı olmaz. Beləki, ETA köhnə torpaqlarını birləşdirib dövlət qurmaq istəyir ki, bu torpaqların bir hissəsi də Fransa ərazisində yerləşir.
2002-ci ildə Bask Bölgəsi Başçısı Ibarretxe, Bask
Xalqının Milli kimliyinin tanınması və öz müqəddəratını təyin etmə hüququnu ehtiva
edən muxtariyyət planını açıqlayır. 69 maddədən ibarət yeni status təklifi
Ibarretxe Planı kimi tanınır. Yeni status çərçivəsində Basklar ölkəsinin İspaniya hökuməti ilə bərabər hüquqlar çərçivəsində siyasi əlaqələrə malik olması öz əksini
tapırdı. Bu plan İspaniya parlamentində
29/319 nisbətində səslə rədd edilir.
2008-ci ildə etibarən İspan polisinin Fransız təhlükəsizlik
gücləriylə birlikdə reallaşdırdığı əməliyyatlar nəticəsində ETA terror təşkilatı
bir neçə nüfuzlu şəxsini itirir. Beləki,
Oktyabr 2009-cu ildə Fransız polisi tərəfindən
Alizaran Aguilar həbs olunur. Aguilar
İspaniya DİN tərəfindən ETA-nın "siyasi qanad rəhbəri" olaraq təyin
olunmuşdu. Bundan sonra hərbi və siyasi
qanadından bir çox üst səviyyə idarəçisini itirən ETA 2010-cu ildə tək
tərəfli atəşkəs elan etmişdir. 2011-ci ilin yanvar ayında isə ETA "daimi atəşkəs"
elan etdiyini bir video ilə bildirmişdir. Bu dövrdən etibarən də heç bir terror fəaliyyət həyata keçirməyərək, qərarının
ciddiliyini göstərmişdir. ETA-nın silahlı mübarizəsini sonlandırması , müstəqil Bask milliyətçiliyinin bitdiyi mənasına gəlmir. Bölgədəki mübarizənin isə demokratik yollarla davam etdiriləcəyi proqnoz edilir. ₦


0 yorum:
Yorum Gönder