NATO-nun Soyuq Müharibə Dövründəki Strateji Konsepsiyaları

İkinci dünya müharibəsinin bitməsindən dərhal sonra başda ABŞ olmaqla Qərbli müttəfiqlər səfərbər etdikləri qüvvələri azaltmağa başladılar.Artıq qərbi Avropa və ABŞ –ın toparlanmağa və dağılmış Avropa ölkələrini yenidən ayağa qaldırmağa ehtiyacları var idi.Çoxlu sayda konvensional qüvvəti silahaltında tutmağa davam etmək demokratiya ilə idarə olunan ölkələr üçün mümkünsüz olmuşdu.Digər tərəfdən isə Sovet Rusiyasının işğalı altında olan Şərqi Avropada vəziyyət fərql idi.Belə ki Qızıl Ordu işğal altında tutduğu ölkələrdəki qüvvətləri olduğu kimi qorumaqda davam edir sovet siyasi idarəçiləri də kommunizmi dünya miqyasında yayma cəhdləri göstərir Avropanın qalan hissəsini də işğal etmək təhdidinnən geri çəkilmirdi.Soyuq Müharibə dövrü olaraq adlandırılan bu dönəmdə ABŞ bir tərəfdən Trumen doktrinasını və Marşall planını həyata keçirərkən digər tərəfdən də sovet işğalı təhdidinə qarşı Avropanı qorumaq üçün kollektiv müdafiə əsasına söykənən NATO ittifaqını da yarada bildi.
Ümumi mənada NATO-nun yaranışından günümüzədək ittifaqın stratejik yanaşmalarının 4 dövrdən ibarət olduğunu deyə bilərik:
a)soyuq müharibə dövrü (1949-1991)
b)soyuq müharibə dövründən sonrakı dövr (1991-2001)
c)11 sentyabr 2001-ci il hadisəsindən sonrakı təhlükəsizlik məsələsi dönəmi (2001-2010)
d)NATO-nun Lissabon sammiti və yeni strateji konsepsiyası

1949-cu ildən 1991-ci ilə qədər keçən dönəmdə NATO strategiyasını əsas etibarı ilə müdafiə və yayındırma olaraq qiymətləndirmək mümkündür.Bu dövrün son 20 ilində dialoqlara və bir qədər yumuşamaya üstünlük verildiyini söyləmək olar.1991-ci ildən sonra isə müdafiə ilə yanaşı işbirliyi və təhlükəsizlik məfhumları da strateji yanaşmalara daxil edilmişdir.1949-cu ildən Soyuq Müharibənin sonuna qədər 4 strateji konsepsiya elan olunmuşdur.1949-1991-ci illər arası dövrdə BM Qərb və Şərq arasında ikiqütblü münaqişə vəziyyətində gerçəkləşirdi.Münasibətlərdə əsas üstünlük dialoq və işbirliyindən daha çox gərginlik və münaqişə istiqamətinə yönəldiyindən təhlükəli və bahalı silahlanma yarışı qaçınılmaz bir fakt kimi ortaya çıxdı.Bu dövrdəki 4 strateji konsepsiyaya qısaca nəzər salaq .
1. NATO-nun ilk strateji konsepsiyası ( Təcavüzü yayındırma)
Şimali Atlantika Şurası tərəfindən 6 yanvar 1950-ci ildə qəbul olunmuşdur.Bu konsepsiyaya görə NATO-nun əsas vəzifəsi təcavüzü yayındırmaqdır.NATO qüvvələrindən ancaq yayınmanın mümkün olmadığı hər hansı bir hücuma məruz qalma təhlükəsi olduğu halda istifadə olunacaqdı.İttifaq üzvləri arasında bir – birini tamamlama və standartlaşma da bu konsepsiyannnın ana maddələri işərisində idi.Hər bir üzvün müdafiəyə olan qatqısı onun iqtisadi sənaye coğrafi və hərbi gücü ilə mütənasib olaraq hesablanırdı.Həmçinin SSRİ-nin güclü hərbi qüvvəsinə qarşı ABŞ-ın nüvə silahından bəhs olunaraq qeyd olunurdu ki ittifaq gərək olduğunda istisnasız olaraq hər cür silah və vasitədən istifadə edə bilər.
2.Koreya müharibəsi və NATO-nun ikinci strateji konsepsiyası (inteqrasiya olunmuş hərbi qüvvələrin formalaşdırılması)
25 iyun 1950-ci ildə Şimali Koreya tərəfindən Cənubi Koreyaya hücum edilməsi NATO-ya və ittifaqın strategiyasına təsir göstərdi.Dərhal iki əsas məsələ kimi NATO-nun hərbi qüvvələrinin gücünün və formasının ələ alinması ortaya qoyuldu.26 sentyabr 1950-ci ildə Şimali Atlantika Şurası mərkəzi idarə altında birləşdirilən hərbi qüvvənin yaradılmasını təsdiqlədi.General Dwight Eisenhauer NATO-nun ilk Avropa müttəfiq hərbi qüvvələri komandiri təyin olundu.Avropa Müttəfiq Qüvvələri qərargahı 1952-ci ilin 2 aprelində Parisdə yaradıldı.Bu tarixə qədər mövcud olan regional planlama qrupları (Kanada-ABŞ istisna olmaqla) ləğv edildi və əvəzində Şimali Atlantika Ali Komandanlığı yaradıldı.Həmçinin bu konsepsiyada Türkiyə və Yunanıstanın da bu ittifaqa üzv olmaları məsələsi öz əksini tapmışdı.Bu konsepsiyada belə bir önəmli ifadəyə yer verilirdi: “ NATO-nun başlıca məqsədi regiounun təhlükəsizliyini təminat altına almaq Sovet Birliyi və onun peyklərinin döyüş əzmini iradəsini və bacarıqlarını məhv etməkdir.Bu məqsədlə NATO öncəliklə stratejik hava hücumlarını gerçəkləşdirəcək və buna paralel olaraq hava quru və dəniz hərəkatı da icra edəcəkdir.Müttəfiq hava hücumlarında hər cür silahdan istifadə olunacaqdır.Cənubi Koreyanın işğal olunmasının ortaya çıxardığı bir məsələ daha var idi. Lakin bu məsələ bir neçə il sonra ələ alındı : Bu NATO-nun daha üstün müdafiəyə duyduğu ehtiyac idi.Yəni NATO müdafiəsinin Avropada mümkün olduqca Şərqdə və Dəmir Pərdəyə daha yaxın tərtib olunması idi.Əlbəttə ki bu məsələ çox həssas bir mövzu olan Almaniyanı gündəmə gətirdi.Bu məsələ 1955-ci ildə həll olundu.Belə ki ittifaqa dəvət edilən AFR 1955-ci il 6 mayda quruma üzv oldu.
3.Yeni Baxış və NATO-nun üçüncü strateji konsepsiyası
Zamanla ittifaqda formalaşma baxımından irəliləmə müşahidə olunsa da hərbi qüvvələr problemi hələ də gündəmdə idi.Belə ki Şimali Atlantika Şurasının 1952-ci ildə Lissabonda qəbul etdiyi çox iddialı konvensional hərbi qüvvə hədəflərinə nail olmaq həm iqtisadi həm də siyasi cəhətdən müttəfiq ölkələr tərəfindən gerçəyə uyğun görülmürdü.Bunun nəticəsində ABŞ öz müdafiə siyasətində ağırlığı nüvə silahına vermək qərarına gəldi.Bu yeni baxış müdafiəyə daha çox xərc çəkmədən hərbi təsiri artırmağa kömək edəcəkdi.Bu məqsədlə nüvə silahının NATO strategiyasına tam olaraq inteqrasiyasını hədəfləyən çalışmalar qısa zaman ərzində öz nəticəsini göstərdi.NATO-da yaradılan yeni yanaşma qrupu tərəfindən hazırlanan NATO hərbi qüvvələrinin qarşıdakı 5 il ərzində ən təsirli formada yenidən yaradılması 1954-cü ilin sonunda Hərbi Komitədə və bunun ardınca Şimali Atlantika Şurasında qəbul olundu.Bu hesabatda yer alan konsepsiyalar və fərziyyələr sonradan NATO-nun üçüncü strateji konsepsiyasına daxil edildi.Bu nüvə silahının istifadəsindən qəti ifadələrlə bəhs olunan ilk rəsmi NATO sənədi idi.Olduqca uzun çəkən müzakirələrin sonunda bölgənin müdafiə olunması üçün ümumi stratetji konsepsiya və strateji konsepsiyanın həyata keçirilmə tədbirləri adlı 2 sənəd 23 may 1957-ci il tarixində qəbul olundu.Həmçinin Sovetlər Birliyinin NATO bölgəsindən kənardakı siyasi və iqtisadi fəaliyyətlərinin ittifaq üzərindəki təsiri də bu sənəddə yer alırdı.1956-cı ilin 13 dekabrında Şimali Atlantika Şurası tərəfindən Hərbi Komitəyə göndərilən siyasi direktivdə belə bir ifadə qeyd olunurdu : “hər nə qədər NATO müdafiə planlaması ittifaqın məsuliyyət daşıdığı bir bölgə ilə sərhədləndirilmiş olsa da NATO-ya qarşı bölgə xaricində də ola biləcək təhlükəələrin hesaba qatılması gərəkdir.Bu ifadə NATO-nun 60 il əvvəlki liderlərinin ittifaqın bu günlərdə qarşı qarşıya qaldığı problemləri o dönəmdən etibarən görə biləcək bir baxışa sahib olduqlarının sübutudur.
4.Üçüncü strateji konsepsiyanın sorğulanması və NATO-nun dördüncü strateji konsepsiyası
Dövr ərzində meydana gələn beynəlxalq münasibətlərdəki bəzi dəyişikliklər NATO-nun üçüncü strateji konsepsiyasının sorğulanmağa başlanmasına səbəb oldu.Bu strategiya mahiyyət etibarı ilə ABŞ-in nüvə gücünə və bir sovet təcavüzü olduğu halda Amerikanın Avropanı müdafoə etmə iradəsinə söykənməkdə idi.İlk növbədə bəzi Avropalılar ABŞ prezidentinin bir Avropa şəhəri üçün bir amerikan şəhərini fəda edəcəyindən şübhə duymağa başladılar.Ardınca isə SSRİ-nin qitələrarasıballistik roketlərini inkişaf etdirdiyi və nüvə silahına sahib olduğu məlum oldu.SSRİ-nin nüvə potensialı artdıqca NATO-nun sahib olduğu nüvə ilə yayındırma üstünlüyü getdikcə azaldı.”Qarşılıqlı mütləq yox olma” (Mutually assured destruction) kimi terminlər istifadə olunmağa başlandı.Sovetlər Birliyinin təhriki ilə başlayan İkinci Berlin böhranı (1958-1962) bu şübhələri gücləndirdi.1961-ci ildə ABŞ prezidenti J.F.Kennedy məhdud müharibə məsələsindən və bir hesab xətası və ya qəza nəticəsində nüvə roketi mübadiləsindən narahat olurdu.Bu dövrdə Berlin böhranı güclənərək Berlin divarının inşasına yol açdı.1962-ci ilin oktyabrında Soyuq Müharibə Kuba böhranı ilə zirvəyə çatdı.Böhranın həll olunması üçün ABŞ ilə SSRİ arasında əldə olunan anlayış çərçivəsində Kubadakı SSRİ roketlərinin geri çəkilməsi qarşılığında İzmirdəki amerikan Yupiter mərmilərinin Türkiyəyə məlumat verilməsinə ehtiyac duyulmadan sökülməsi ABŞ tərəfindən uyğun görüldü.Bu hadisələrin gedişində ABŞ daha güclü qeyri nüvə NATO strukturunu və yeni strategiyanı gündəmə gətirdi.Lakin bu məsələ ilə bağlı müttəfiqlər arasında razılaşma əldə olunmadı.NATO daxilindəki siyasi çəkişmələr prezident Kennedinin öldürülməsinin ABŞ idarəçiliyini sarsması və Vyetnamdakı müharibəyə ABŞ-ın gedərək daha çox daxil olması yeni bir NATO stratejik konsepsiyasının yaradılması cəhdlərinin dondurulmasına səbəb oldu.
NATO-nun dördüncü strateji konsepsiyası – “Şimali Atlantika İttifaqı bölgəsinin ümumi müdafiə konsepsiyası “ – Müdafiə Planlama Konsepsiyasında qəbul edilərək son forması ilə 16 yanvar 1968-ci ildə elan olundu.Bu sənəd Fransanın 1966-cı ildə NATO-nun hərbi blokundan ayrılmasından sonra qələmə alına bilmişdi.Yeni strategiyanın nəzərə çarpan 2 əsas özəlliyi mövcud idi: “elastiklik” və “dırmaşma”. “İttifaqın yayındırma konsepsiyası ola biləcək bir təcavüzün NATO-nun bu təcavüzə qarşı qarşılığının nə formada ola biləcəyini təxmin edə bilməsinə dolayısı ilə təcavüzün xüsusiyyəti nə olursa olsun qəbul ediləməyəcək bir risk daşıyacağınəticəsini yaradacaq tərzdə bir əngəl yaradan elastikliyə sahibdir”.
NATO-nun məruz qala biləcəyi təcavüzə qarşı 3 tip qarşılıq forması müəyyənləşdirilmişdi:
1) Birbaşa müdafiə - təcavüzü düşmənin müəyyən etdiyi müharibə səviyyəsində müharibə edərək onu məğlub etmək
2)İdarəli ddırmaşma – böhran yüksəldikcə nüvə silahı istifadə etmə təhdidini gedərək artırmaq yolu ilə təcavüzü məğlub edəcək addımlar atmaq
3)Ümumi nüvə qarşılığı – son yayındırma üsulu
Bu sənədlə bərabər “NATO bölgəsinin müdafiəsində stratejik konsepsiyanın həyata keçirilmə tədbirləri” adlı sənəd də 8 dekabr 1969-cu ildə qüvvəyə mindi.Hər iki sənəd də istər mahiyyət istərsə də şərh olunma baxımından sahib olduqları elastiklik sayəsində uzun müddət dəyişikliyə ehtiyac duymadan soyuq müharibənin sonuna qədər mövcud oldular.
Harmel hesabatı və Soyuq Müharibənin başa çatmasına qədərki dövr.
Fransanın ittifaqın hərbi qanadını tərk etməsindən sonra 1967-ci ildə NATO gələcək 20 illik dönəmdəki stratejik hədəflərini müəyyənləşdirmək məqsədilə siyasi və hərbi cəhətlərdən təhlükəsizliyə ikili yanaşmanı nəzərdə tutan bir hesabat hazırladı.bu hesabat o zamanın Belçika Xarici İşlər Naziri Paul Harmelin adı ilə “Harmel hesabatı” və ya “NATO-nun gələcəkdəki tapşırıqları ilə bağlı hesabat “ olaraq adlandırılmışdır.
Hesabat bir yandan kifayət qədər müdafiə gücünü ehtiva edərkən digər yandan da ittifaqın yaranışından bu yana var olan təhlükəsizlik mühitinin geniş analizini edərək Qərb-Şərq münasibətlərində gərginliklərin azaldıla bilməsi və Avropanı bölən siyasi problemlərin həllinə yönəlik çalışmalar edilməsini təklif edirdi.Mahiyyət etibarı ilə biri siyasi digəri isə hərbi olmaqla 2 tapşırıq nəzərdə tutulurdu.Siyasi tapşırıq olaraq – Şərq-Qərb arasında balanslı qüvvət endirimlərinə yol aça biləcək təkliflərin verilməsi ; hərbi baxımdan isə - başda Aralıq dənzi olmaqla həssas bölgələrin müdafiə olunması.
Nisbətən yumuşama dönəmində qeydə alınan Harmel hesabatı yayındırma və dialoqu birlikdə ələ alan bir tutumu mənimsəmişdi.Beləliklə təhlükəsizlik məsələlərinə daha işbirlikçi bir yanaşma üçün ilk addımlar atılmış olacaqdı.1967-1991-ci illər arası dövrdə bir tərəfdən iki blok arasında ciddi gərginliklər yaradan hadisələr yaşanmaqda ikən digər tərəfdən də ümid verici bəzi hadisələr cərəyan edirdi.Sovetlərin Əfqanıstanı işğal etməsi və SS-20 roketlərini Şərqi Avropada yerləşdirməsi gərginliyi artırdı.Buna qarşılıq olaraq NATO 1979-cu ilin dekabrında ikitərəfli qərar çərçivəsində Varşava paktına orta və orta-uzun mənzilli ballistik roketlərdə qarşılıqlı azaldılma edilməsini təklif edərkən bir tərəfdən də Pershing və Cruise roketlərini Qərbi Avropaya yerləşdirməyə hazırlandı.Moskvadan müsbət cavabın alına bilməməsi nəticəsində roketlər mənzillərdə yerləşdirildi.
ABŞ – Sovetlər Birliyi arasında stratejik silahların məhdudlaşdırılması (SALT-1) anti-ballistik sistemlər orta-uzun mənzilli Nüvə silahları razılaşmalarının imzalanması SALT-2 və eyni zamanda ABŞ-Sovet stratejik silahların azaldılması görüşləri ilə yumuşamada irəliləmə əldə oluna bilmişdi.Buna baxmayaraq 1980-ci illərin ortalarında hər 2 blok da təhlükəsizliyi artdırmağı ön plana çıxaran cəhdlər etmiş olmaqla bərabər münasibətlərin yeni bir təmələ oturdula bilməsi ancaq Berlin divarının yıxılması Varşava paktının ləğv olunması və Sovetlər Birliyinin dağılmasından sonra mümkün ola bilərdi.
Soyuq müharibə dövrü.
1954-cü ildə Sovetlər Birliyi Avropada sülhü qorumaq üçün NATO-ya qoşulması gərəkdiyi fikrini irəli sürdü.Sovetlər Birliyinin bu yolla ittifaqı zəiflətməyə çalışdığından ehtiyatlanan NATO ölkələri bu təklifi rədd etdi.Qərbi Almaniyanın 9 may 1955-ci ildə ittifaqa daxil edilməsi o dövrün Norveç Xarici İşlər Naziri Harvard Lange tərəfindən “ Qitəmizin tarixində bir dönüş nöqtəsi “ sözləri ilə qiymətləndirildi.Bunun nəticəsi olaraq 1955-ci ilin 14 mayında Sovetlər Birliyi Macarıstan Çexoslavakiya Polşa Bolqarıstan Ruminiya Şərqi Almaniyanın imza atdığı Varşava Paktı təşkilatı quruldu.Beləliklə Soyuq Müharibənin hər iki tərəfi müəyyənləşdirildi. Fransa prezidenti Şarll de Qoll ABŞ-ın ittifaqdakı güclü roluna və öz fikrinə görə ABŞ ilə Birləşmiş Krallıq arasındakı xüsusi münasibətə etiraz etdi.O Eyzenhauer ilə Makmillana 17 sentyabr 1958-ci ildə göndərdiyi memorandumda Fransanı ABŞ və BK ilə bərabər səviyyəyə gətirəcək 3-lü bir quruluş yaradılmasını təklif etdi.Memorandumuna aldığı cavabı yetərsiz hesab edən de Qoll ölkəsi üçün müstəqil bir müdafiə gücü yaratmağa başladı.O Qərbi Almaniyaya Şərqi Almaniyadan axın olduğu halda Fransanın daha böyük bir NATO-Varşava paktı münaqişəsinə qoşulmaq əvəzinə Şərq bloku ilə ayrılıqda barışıq imzalama variantı yaratmaq istədi.1959-cu ilin fevralında Fransa Aralıq dənizindəki qüvvələrini NATO komandanlığından geri aldı.Daha sonra xaricilərə məxsus nüvə slahlarının Fransada yerləşdirilməsini qadağan etdi.Bunun nəticəsində ABŞ 200 hərbi hava vasitəsini Fransadan çıxartmaq və 1950-ci ildən bəri istifadə etdiyi Fransadakı hərbi hava bazalarını 1967-ci ildə fransızlara vermək məcburiyyətində qaldı.1962-ci il Kuba böhranı zamanı Fransa NATO-nun digər üzvləri ilə birlikdə dayanışma göstərməsinə baxmayaraq de Qoll Fransanın Atlantik okeandakı qüvvələrini NATO komandanlığından alaraq müstəqil müdafiə işini davam etdirdi.1966-cı ildə Fransanın bütün silahlı qüvvələri NATO-nun birgə hərbi komandanlığından çəkildi və fransız olmayan bütün NATO əsgərlərinin Fransadan ayrılmasını tələb edildi.ABŞ XİN Dean Rusk etdiyi açıqlamada de Qolla bu açıqlamanın Fransız məzarlıqlarında yatan ABŞ əsgərlərinə aid olub olmadığını soruşdu.Fransa ittifaqın üzvü olaraq qaldı və AFR-də yerləşdirilən qüvvələri ilə soyuq müharibə boyunca ola biləcək Varşava paktı hücumlarına qarşı Avropa müdafiəsinə yardım göstərdi.ABŞ ilə Fransa arasında imzalanan Lemnitzer-Ailleret gizli sazişlərində Şərq-Qərb münaqişəsi baş verəcəyi halda Fransa qüvvələrinin NATO komandanlığına necə geri alınacağı xırdalıqları ilə öz əksini tapmışdı.BM-dəki yumuşama sayəsində NATO və VP ölkələrinin liderləri arasında bir sıra yüksək səviyyəli görüşlər həyata keçirildi.1968-ci 1 iyulunda nüvə silahlarının yayılmasının qarşısının alınması haqqında saziş imzalandı.1978-ci ilin mayında NATO ölkələri ittifaqın gələcək 2 hədəfini- təhlükəsizliyi təmin etmək və yumuşama siyasətini davam etdirmək olmaqla rəsmən müəyyənləşdirdi.Bu hərəkət yeni bir silahlanma yarışına yol açmadan müdafiəni Varşava paktının hücum qabiliyyətinə uyğun səviyyəyə bərabər halına gətirmək mənasına gəlirdi.Soyuq müharibə dövründə Avropanın böyük bir hissəsi NATO(mavi) və VP (qırmızı) olmaq üzrə 2 ittifaqa üzvlük çox aşağı səviyyədə idi.1974-cü ildə Yunanıstan Kipr məsələsi ilə bağlı öz qüvvələrini NATO hərbi qanadından geri çəksə də 1980-ci ildə geri qayıtdı.1982-ci ilin 30 mayında NATO demokratiya ilə yeni tanış olan İspaniyanın ittifaqa bir refendum nəticəsində qatılması ilə yeni bir üzvə sahib oldu.Soyuq müharibənin ən yüksək dönəmində 16 üzv ölkə 78 qərargaha malik komandaanlıq altında birləşən 5.252.800 hərbi qüvvəyə malik idi.
0 yorum:
Yorum Gönder