Muxtariyyət yoxsa Müstəqillik?

Kataloniya İspaniyada geniş muxtariyyətə malik bölgədir. Təxminən 32 min kvadrat kilometr ərazisi və 7 milyon əhalisi (İspaniya əhalisinin 18%-dir) olan Kataloniyanın paytaxtı Barselona şəhəridir. Kataloniya ilk dəfə 1871-ci ildə İspaniyadan ayrılmağa çalışır, ancaq uzun danışıqlardan sonra krallığın tərkibində qalmağa davam edir. Kataloniya ilk dəfə 1932-ci ildə İspaniya Respublikasının tərkibində muxtariyyət statusu qazanır. Ancaq bölgə bu statusdan faktiki bəhrələnə bilmir. Çünki 1936-cı ildə İspaniyada vətəndaş müharibəsi başlayır. Diktator Frankonun silahlı qüvvələri 1939-cu ildə Barselonaya daxil olaraq yerli respublikaçılara divan tutur. Kataloniya muxtariyyət hökumətinin başçısı Luis Kompanis edam edilir. 1977-ci ildə Frankonun ölümündən sonra İspaniyada referendum keçirilir və referendumun nəticəsinə əsasən, İspaniya yenidən konstitusiyalı monarxiya sisteminə qayıdır. Kataloniya ikinci dəfə 1979-cu ildə muxtariyyətinə qovuşur. 1980-ci ildə burada keçirilən parlament seçkilərində Jordi Pujol muxtar bölgənin baş naziri seçilir. Kataloniya Parlamenti 135 deputatdan formalaşır və prezidenti dörd ildən bir seçir.
Kataloniyada qazanılan pul sakinlərin gözü qarşısında mərkəz Madridə gedir. İlk dövrlərdə Kataloniya  qazanılmış bir dollardan yerli büdcəsinə yalnız 40 sent əlavə edirdi. Qazanılan pulun 60% vergilərə və mərkəzə xərclənirdi. İspaniya qanunlarına görə hər bir əyalət əhalinin faizinə görə investisiya alır. Lakin, nədənsə bu Kataloniyaya şamil edilmir: İspaniya əhalisinin 18%i burada yaşayır, ölkənin milli gəlirinin 25%i Kataloniyanın payına düşsə də, Kataloniya cəmi 11% investisiya alır.

2003-cü ildə Paskual Maraqall Kataloniyanın prezidenti seçildikdən sonra seçicilərə bölgənin statusunu dəyişdirəcəyini vəd edir. Bu vəddən bir il sonra işçi komissiya təsis edilir və yeni status üzərində çalışmalara başlanılır. İspaniya konstitusiyasında "azlıq" kimi göstərilən kimliklərinin bundan sonra "titullu xalq" mərtəbəsinə yüksəldilməsini təklif ediblər. 2005-ci ildə Kataloniya parlamenti böyük çoxluqla bölgənin yeni status mətninə səs verir. Bu sənəd İspaniyanın müvafiq orqanlarına göndərilir. Kataloniyanın yeni statusu İspaniyanın dövlət və ictimai dairələrində geniş müzakirə mövzusuna çevrilir. Mərkəz isə muxtar bölgənin daha böyük status istəyini etirazla qarşılayır. Yeni status sənədindəki maddələrin İspaniya Konstitusiyası və qanunlarına zidd olması vurğulanır. Kataloniya rəhbərliyinə zidd maddələrin dəyişdirilməsi tövsiyə edilir. Vəziyyətin böhranlı nöqtəyə gəlməməsi üçün qarşılıqlı razılaşma əsasında Kataloniyanın yeni status layihəsinə müvafiq düzəlişlər edilir. 2006-cı il iyunun 18-də keçirilən referenduma maraq az olsa da, sənəd bəyənilir. Bununla da Kataloniyanın muxtar statusu bir qədər də artırılır. Yeni status anlaşmasına görə, Kataloniya ilə İspaniya arasında səlahiyyət bölgüləri dəqiqləşdirilir. Madrid Kataloniya hökumətinin səlahiyyətinə daxil olan məsələlərə qarışmamaq öhdəliyi götürür. Bölgə geniş iqtisadi səlahiyyətlər qazanır. Yığılan verginin tən yarısı Kataloniyada qalır. Hava və dəniz limanları, telekommunikasiya sahələri, daxili təhlükəsizlik və ədliyyə sistemi Kataloniya hökumətinin səlahiyyəti çərçivəsinə daxil edilir. Kataloniyaya verilən geniş səlahiyyətlərə baxmayaraq, katalonların təxminən yarısı müstəqilliyə tərəfdardırlar. Avropada iqtisadi böhran dərinləşdiyindən katalonların müstəqillik tələbləri daha gur səslənir. Çünki, İspaniyada işsizlik artır, iqtisadiyyatda tənəzzül yaşanır, Kataloniya isə artıq Madridə vergi vermək istəmir. 
Belə bir şəraitdə katalonların əksəriyyəti çıxış yolunu azadlıqda görür. Sözdə hər şey çox asan görünür: referendum keçir, müstəqillik əldə et və yoluna davam elə. İlk növbədə, referendumun keçirilməsi üçün İspaniya konstitusiyasına görə mərkəzi hökumətin icazəsi tələb olunur. Onlar isə bu prossesi bacardıqları qədər uzatmağa cəhd göstərir. Referendum zamanı isə əhalinin 2/3 hissəsi Kataloniyanın müstəqilləşməsinə səs verməlidir. Bu gün isə bu rəqəm təqribən 52%-dir. İspaniyadan ayrılma, Avropa İttifaqından ayrılmaq deməkdir. Yenidən bura qoşulmaq üçün isə Aİ-nın tərkibində olan bütün ölkələr “lehinə” səs vermlədirlər. Təbii ki, ən azından İspaniya “əlehinə” səs verəcək. Həmçinin İspaniyadan ayrılma Kataloniya üçün ispan ticarətindən ayrılmaq deməkdir. Kataloniyada istehsal olunan məhsulun 80%-nin daxili bazara çıxarıldığını nəzərə alsaq, bu böyük itki deməkdir. Kataloniyanın azad dövlətə çevrilməsi digər əyalətlər üçün azadlıq mübarizəsində böyük təkan ola bilər. Elə İspaniyada yaşayan basklar da azad olmağa can atacaq, şotlandlar Böyük Britaniyanın tərkibindən çıxmaq istəyəcəklər. 
2016-cı ilin yanvarında  isə Kataloniyanın prezidenti Carles Puigdemont seçilib. 53 yaşlı Puigdemont Kataloniyanın İspaniyadan ayrılması üçün ilk olaraq təşkilatlanmasının vacib olduğunu qeyd edib. 18 ay sonra isə referendumla Kataloniyanın müstəqilliyinin elan olunacağını vəd edir. Ancaq İspan hökuməti Kataloniyanın müstəqilliyi üçün atacağı hər bir addımı Konstitusiya Məhkəməsi vasitəsilə qanuni olaraq tanımayacağını vurğulayır.

P.S.  Kataloniya müstəqilliyini elan etdiyi halda,  muxtar bölgəyə aid Barcelona Futbol Klubu La Liqa`ya daxil edilməyəcək və Barcelona ilə Real Madrid qarşılaşmaları ilə məşhur "El Clasico"  da tarixə qarışacaq.                                          

posted under |

0 yorum:

Yorum Gönder

Sonraki Kayıt Önceki Kayıt Ana Sayfa
    English French German Spain Italian Dutch Russian Portuguese Japanese Korean Arabic Chinese Simplified

    Pages

lesfillesdesgrands 2015 ©. Blogger tarafından desteklenmektedir.

    ...

    ...

Recent Comments